“Seliverstov” 200 minlik dələduzluğunu ifşa edən İsrail vətəndaşlarına qarşı şər-böhtan kampaniyasina başlayıb
MÜDAFİƏ YAZISI ŞƏLALƏ HÜSEYNOVANIN FƏALİYYƏTİ İLƏ BAĞLI İDDİALARI TƏKZİB EDİRMİ? – XEВERMEDİA.İNFO-DAN SƏRT CAVAB!
“İMZA” İctimai Birliyi tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
ƏZİZ İLKİN, ATANIZ FÜZULİ MÜƏLLİMİN ƏZİZ XATİRƏSİ QARŞISINDA BAŞ ƏYİR, SİZƏ VƏ AİLƏNİZƏ DƏRİN HÜZNLƏ BAŞSAĞLIĞI VERİRİK!
Üçrəngli Bayrağımız müstəqilliyimizin, milli qürurumuzun və Zəfərimizin əbədi rəmzidir
AYB və AJB-nin üzvü Şamil Cəfər: 8 NOYABR – MİLLİ QÜRURUMUZUN, DÖVLƏTİMİZİN GÜCÜNÜN VƏ XALQIMIZIN MƏĞLUBEDİLMƏZLİYİNİN TƏNTƏNƏSİ!
“Xezertv.info”-nun Baş redaktoru Fərid Səfərov: 8 NOYABR – MİLLİ QÜRURUMUZUN, QƏHRƏMANLIĞIMIZIN VƏ TARİXİ ƏDALƏTİN TƏNTƏNƏSİ!
Xezertv.info-nun baş direktoru Çingiz Mahmduov: 8 NOYABR – TARİXİN DƏYİŞDİYİ, BAYRAĞIMIZIN QARABAĞDA ƏBƏDİ UCALDIĞI GÜN!
Zeferyolu.az-ın rəhbəri Jalə Ağakişiqızı: 8 NOYABR – QALİB XALQIN QÜRUR GÜNÜ, AZƏRBAYCANIN ƏBƏDİ ZƏFƏR SALNAMƏSİ!
“Böyükhesablı qələbə futbolçulara rahatlıq verə bilər” - Qurban Qurbanov
“Futbolçularımı təbrik edirəm. Yaxşı oyun göstərdilər və vacib üç xal qazandıq. Hər iki komandanın azarkeşlərinə təşəkkür edirəm”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının 29-cu turunun “Neftçi”(1:5) ilə oyunundan sonra keçirilmiş mətbuat konfransında deyib.
O, jurnalistlərin suallarını da cavablandırıb.
- Start heyətini müəyyənləşdirmək üçün hansı detallar vacib oldu?
- Futbolçuların hazırlığına görə bu addımı atdım. Futbolçular sıx qrafikdə oynayırdılar. Bəzi oyunçuların yorğunluğu çox idi. Ona görə rotasiyalar etdik. Futbolçular yaxşı məşq edirdilər, hazırlaşırdılar. Özlərini yaxşı tərəfdən göstərmək istəyirdilər.
- Həmişə deyirsiz ki, “Neftçi” ilə oyun tamam başqadır. Son günlərin gərginliyi fonunda komandanı “Neftçi” ilə oyuna hazırlaşdırmaq əlavə güc tələb edir?
- Hazırlaşmağa bir o qədər vaxtımız da olmadı. Komanda şəklində bir məşqimiz oldu. “Neftçi”yə qarşı oynayırıqsa, futbolçulara çox motivasiya vermək lazım olmur. Bu oyunları oynamaq xoşdur. Azarkeşlər üçün də yaxşı oyun alınır. Vacib olan bundan sonrakı oyundur. Komandanı ona düzgün hazırlaşdırmağa çalışacağıq. Böyükhesablı qələbə futbolçulara rahatçılıq verə bilər. Bu oyuna hazırlamaq daha çətin olacaq.























































