Axund Hacı İlham – Dövlətçiliyə sədaqəti, mənəvi dəyərlərin təbliği və xeyirxah əməlləri ilə seçilən din xadimi
"Sen Bizim Kahramanımızsın" – "Biz bir millet, iki devletiz" ruhunun yaşayan bir temsilcisi
Taleh Qaraşov Viravul kənd inzibati ərazi dairəsinin sakinlərinin qayğı və problemlərini dinləyib
Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev mütəmadi olaraq şəhid ailələrini ziyarət edir
Sakinlər göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.
“Nyukasl” azarkeşləri bizim vurduğumuz qola əl çalırdılar”
“Komandama, futbolçularıma təşəkkür edirəm. Çempionlar Liqası turnirində çox uzun, maraqlı bir mövsüm keçirdilər. Göstərdikləri oyuna görə hər birindən çox razıyam”.
“Qafqazinfo” xəbər verir ki, bunu UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Nyukasl” – “Qarabağ” (3:2) matçından sonra jurnalistlərə açıqlamasında Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov deyib.
“Son oyunumuzda da özlərini maksimum yaxşı tərəfdən göstərdilər. Baxmayaraq ki, Bakıdakı oyundan sonra psixoloji olaraq komandanı hazırlamaq bir az çətin idi. Bununla belə, futbolçular bu gün ilk hissədəki iki qoldan sonra özlərini ələ ala bildilər və sona qədər oyundan qopmadılar.
Fürsətdən istifadə edib “Nyukasl” azarkeşlərinə təşəkkür edirəm. Bəzən bizə də azarkeşlik edirdilər. Bizim vurduğumuz qola əl çalırdılar. Bakıya gələn azarkeşlər də çox razı qayıtmışdılar.
Öz azarkeşlərimizə təşəkkür edirəm. Onlar Bakıdakı marafonda sonadək bizimlə oldular. Biz də çalışdıq ki, onları sevindirək, böyük futbolu göstərmək üçün çalışdıq”, - o qeyd edib.






















































