ANIM GÜNÜ İLƏ BAĞLI GİKM-İN REGİONAL NÜMAYƏNDƏLİK VƏ BÖLMƏLƏRİNDƏ SİLSİLƏ TƏDBİRLƏR KEÇİRİLİB
Ağırlıqqaldırma üzrə tələbələr arasında ilk dünya çempionumuz Tehran Məmmədov Vətənə qayıdıb
Xətai rayon ictimaiyyəti 27 Sentyabr – Anım Günü ilə əlaqədar şəhid məzarlarını ziyarət edib
“Avtopilot” MMC-nin rəhbəri İqrar Həsənov: 27 Sentyabr – Yarımçıq qalan arzuların əbədi Vətən hekayəsi
Qusar Rayon Yol İdarəsinin rəisi Güloğlan Əliyev: 27 Sentyabr – Zəfərə aparan yolun müqəddəs yaddaşı
Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi Teymur Hacıyev: 27 Sentyabr – Əbədi yaddaşa çevrilən qəhrəmanlıq
Gəncə şəhər İcra hakimiyyətinin başçısı Niyazi Bayramov: 27 Sentyabr – Bir xalqın qürur və ehtiram günü
Vətənpərvər xanım, xeyriyyəçi Zərniyar Kərimova: 27 Sentyabr – Qəlblərdə yaşayan müqəddəs yaddaş
“Gəncə Körpü Tikinti-2” ASC-nin rəhbəri Aqibət Məmmədov: “27 Sentyabr – Yaddaşdan tarixə, tarixdən gələcəyə”
İş adamı Qəzənfər Niftəliyev: 27 Sentyabr – Xalqın yaddaşında əbədi yaşayan qəhrəmanlıq günü
Arif Rəsulov: 27 Sentyabr – Anım Günü: Şəhidlərin əziz xatirəsi qarşısında baş əyirik
27 Sentyabr – Milli iradənin, xalq birliyinin və qəhrəmanlığın tarixə həkk olunduğu gün
Məcid Məmmədov: 44 günlük vətən müharibəsi milli birliyimizin gücünü bütün dünyaya nümayiş etdirdi
“İndi bir məqsədim var, o da “Neftçi”dir” - Vernidub
“Neftçi” Misli Premyer Liqasının 27-ci turunda doğma meydanda “Araz-Naxçıvan”ı 2:1 hesabı ilə məğlub edib.
“Qafqazinfo” xəbər verir ki, “ağ-qaralar”ın baş məşqçisi Yuri Vernidub matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- İki hissə arasındakı bu qədər fərqin olmasının səbəbi nə idi?
- Birinci hissədə həqiqətən “Neftçi”nin performansı çox yaxşı idi. Bizim çox yaxşı qol epizodlarımız var idi. Ən azından 6-7 epizodumuz var idi, amma vura bilmədik hamısını. 60-cı dəqiqəyə qədər də yaxşı oynadıq. Düşünürəm ki, ondan sonra əsas rolu psixologiya oynadı. Hesab 2:0 oldu, futbolçular bir az sakitləşdilər. 60 dəqiqə ərzində rəqibə maksimum pressinq etmək istəyirdik. 60 dəqiqə ərzində qapımız qarşısında cəmi 1 epizod oldu, qapıçımız da bizi də xilas etdi. Biz isə 4-cü dəqiqəyə qədər 2 epizod yaratmışdıq. Futboldur, belə şeylər olur. Biz daha çox işləməliyik, çalışmalıyıq ki, oyunçuların fiziki durumları daha yaxşı olsun. Mən də baş məşqçi kimi analiz etməliyəm. Şadam ki, kapitanımız geri döndü. Möhkəm insandır, bu cür zədə ilə geri qayıtdı. Emin bizim üçün açar oyunçudur. Ümid edirəm ki, onda hər şey yaxşı olacaq.
- Artıq avrokubok zonasının astanasındasınız. Üzərinizdə əlavə təzyiq hiss edirsiz?
- Mən təzyiq hiss etmirəm. Getdikcə dərəcə artır. Əsas odur ki, bizim oyunçular bunu başa düşsünlər və dərəcəni saxlasınlar. Çünki bundan sonrakı bütün oyunlar sanki kubok finalı kimidir. Ona görə xallarımızı qazanmalıyıq, irəli getməliyik. Bu ay ərzində oynayacağımız komandalar da bunu istəyir, “Zirə” və “Qarabağ”, Ona görə bu oyunlardan çox şey asılı olacaq. Uşaqlar bunu başa düşür. Hər birinə hörmətlə yanaşırıq. Çıxıb oynayacağıq. Hər şeyi Allah bilir.
- Siz gəldikdən sonra Vensan Abubakar start heyətində yer almayıb. Bu onu göstərir ki, yeni mövsüm üçün planınızda Abubakar yoxdur?
- Mən mətbuatı oxuyanda bəzən gülümsəyirəm. Çünki elə şeylər olur ki, onlar haqda, ümumiyyətlə, heç nə deməmişəm, demək də istəmirəm. Abubakar komanda oyunçusudur, “Neftçi”nin futbolçusudur. Onun zədəsi var idi. Üç həftə məşq etmədi. Müalicə alırdı. Beş gün məşq etməklə əvvəlki fiziki vəziyyəti qaytarmaq mümkün deyil. Eyni söz Bassala Sambuya da aiddir. O, məşqlərə başlayıb, amma fərdi məşqlər edir. Yəqin ki, bərpasına 2-3 həftəyə geri qayıdacaq. Hər şey yaxşı getsə, “Qarabağ”la 2-ci oyuna çıxarmaq olar. Amma bu da şübhəlidir. Hər birini gözləyirəm. Böyük ümidlər var. Eyni məsələ Ştoqrinə də aiddir. Dünən zəhərlənib. Hətta 23-lükdə adı da yox idi.
- Bassala Sambu da geri qayıtdıqdan sonra ola bilər ki, 9 nömrəsiz oynamağa davam etsin? Çünki komanda hücumda daha rəngarəng görünür...
- Gözləyək, görək o nə vaxt qayıdır. Ondan sonra düşünüb təhlil edərik.
- Ukrayna mətbuatında millinin baş məşqçi postuna namizədlər arasında göstərilirsiniz. Bu, doğrudur?
- Son aylarda Ukraynadan heç bir jurnalistlə danışmamışam. Nə yazırlarsa, mənimlə əlaqəsi yoxdur. Yazırlar ki, Kənan Piriç qol buraxdıqdan sonra Vernidub onunla yollarını ayırmaq istəyir. Necə bunu yazmaq olar? Qol da buraxacaq, seyv də edəcək. Belə çıxır ki, buraxılan qoldan sonra hər qapıçı ilə yolları ayırmaq lazımdır? Elə suallarınız olarsa, mətbuat xidməti ilə danışa bilərsiniz, mən də müsahibəyə hər zaman hazıram. Ən azından orada doğrunu deyəcəyəm. Milliyə gəldikdə, bununla bağlı söz-söhbət çoxdan gedir. Mənə heç kim zəng etməyib. Orada 8-10 nəfər yazırlar, bəlkə kimsə mənim də adımı ora daxil ediblər. Ciddi bir şey olsaydı, zəng edərdilər. İndi mənim bir məqsədim var, o da “Neftçi”dir. Kluba və mənim qarşıma qoyulan hədəflərə çatmağı düşünürəm. Alınar-alınmaz, həyat göstərəcək. Bu öhdəliyi üzərimə götürmüşəmsə, sona qədər gedəcəyik. Görürsünüz ki, nə qədər məsafə qət etmişik. Futbolçulara təşəkkür edirəm ki, üzərlərində işləyirlər, məşqlərdə çox peşəkardırlar. Klubun rəhbərliyinə də təşəkkür edirəm. Onlar da oyunçulara böyük motivasiya göstərirlər, dəstək göstərirlər. Ortada belə nəticə var. Komanda ilə rəhbərlik bir olanda, bu böyük gücdür.























































