İsmayıl Zalovdan Leyla Əliyevaya doğum günü münasibətilə səmimi təbrik və xoş Arzuları
Bakı şəhəri, Yasamal rayonu A.M.Şərifzadə küçəsi ilə X.Mustafayev küçəsinin kəsişməsində qanunsuz tikintini kim himayə edir.
Qanunun keşiyində şərəflə dayanan rəhbər – Mehdiabad Polis Bölməsinin rəisi Ceyhun Qasımov
“Bölgədə Azərbaycan vektorlu yeni reallıqların formalaşması bunun əyani nümunəsidir”
Xeyriyyəçi, vətənpərvər xanım Zərniyar Kərimova: "Azərbaycan Polisi dövlətimizin və xalqımızın etibarlı dayağıdır"
Hikmət Hacıyevə açıq müraciət: 31 il dövlətə, Qarabağa və həqiqətlərə xidmət edən qələmin kölgədə qalan haqqı...
77 Abdullauşağı sakininin Prezidentə harayı: "Doğma yurda qayıdış arzumuza kölgə salınmasın”
Abşeronda "Uşaq və gənclərin internetdən düzgün istifadəsində milli və mənəvi təbliğatın rolu" mövzusunda tədbir keçirilib
“Səfərin ləğvindən 10 dəqiqə sonra İran yeni təklif göndərdi”
“ABŞ nümayəndə heyətinin səfərinin ləğvindən 10 dəqiqə sonra İran yeni təklif göndərdi”.
“Qafqazinfo” xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Florida ştatından Vaşinqtona qayıdarkən “Air Force One” təyyarəsində jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, İranla danışıqların növbəti mərhələsi üçün ABŞ nümayəndə heyətinin səfəri ləğv edildikdən cəmi 10 dəqiqə sonra Tehran tərəfindən yeni təklif təqdim olunub.
Donald Tramp deyib ki, İranın əvvəlcə təqdim etdiyi sənədin “daha yaxşı ola biləcəyi” düşünülərək rədd edilib, lakin səfərin ləğvindən qısa müddət sonra yeni təklif göndərilib.
“Onlar bizə bir sənəd göndərdilər, amma mən onu ləğv etdikdən 10 dəqiqə sonra daha yaxşı görünən yeni bir sənəd aldıq”, – Tramp əlavə edib.
Prezident yeni təklifin məzmunu barədə ətraflı danışmayıb, lakin ABŞ-ın əsas şərtinin İranın nüvə silahına sahib olmaması olduğunu vurğulayıb.
Tramp söyləyib ki, ABŞ nümayəndə heyətinin, o cümlədən, Stiv Uitkoff və Cared Kuşnerin səfəri “çox uzun səyahət” və İran rəhbərliyi ilə birbaşa görüşlərin olmaması səbəbindən ləğv edilib.
O bildirib ki, ABŞ tərəfi diplomatik təmasları telefon danışıqları vasitəsilə davam etdirməyə hazırdır və İran istənilən vaxt Vaşinqtonla əlaqə saxlaya bilər.























































