Binəqədi rayonu 28 May Qəsəbə sakinləri ADY QSC ev tikəndə pul aldılar, sökəndə niyə haqqımızı vermirlər.
“AzInTelecom” və “Presight” SİMA-nın beynəlxalq bazara çıxarılması üçün əməkdaşlıq edəcək - Fotolar
TALEH QARAŞOVDAN MİLLİ QƏHRƏMAN PƏNCƏLİ TEYMUROVUN ANASINA YÜKSƏK EHTİRAM VƏ DİQQƏT
Bu gün Azərbaycan siyasi tarixində özünəməxsus yeri olan Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 34-cü ildönümünü qeyd edirik.
Ağdaş şəhər 4 nömrəli uşaq bağçasında “Payız möcüzələri” adlı möhtəşəm tədbir keçirilib.
MEHMAN QƏHRƏMANOVA AĞIR İTKİ ÜZ VERİB – ƏMİSİ MİRİD QƏHRƏMANOV VƏFAT EDİB. ALLAH RƏHMƏT ELƏSİN!
Yeni Azərbaycan Partiyası - Dünənin tarixi zərurətindən sabahın güclü Azərbaycanına doğru
KOTANAXR KƏNDİNİN TANINMIŞ SİMASI ƏLİ QARAKİŞİ OĞLUNUN ƏZİZ XATİRƏSİNƏ DƏRİN HÖRMƏTLƏ BAŞSAĞLIĞI
VƏKİLLİK İNSTİTUTU HÜQUQİ DÖVLƏTİN SÜTUNUDUR: PEŞƏ NÜFUZU, ƏDALƏT VƏ İNSAN HÜQUQLARI ETİBARI QORUNMALIDIR!
"YAP-ın yaranması ölkənin siyasi gələcəyinə hesablanmış qərar idi" - DEPUTAT DANIŞDI
İLHAMƏ ABDULLAYEVA – TƏHSİL SAHƏSİNDƏ TOPLADIĞI ZƏNGİN TƏCRÜBƏ, PEŞƏKARLIQ VƏ MƏSULİYYƏTİ İLƏ YENİ MƏRHƏLƏYƏ DOĞRU!
Direktor bağçada uşağa şiddət göstərdi - Cinayət işi açıldı
Bakının Səbail rayonu, Badamdar qəsəbəsində fəaliyyət göstərən “EOS uşaq inkişaf mərkəzi”ndə azyaşlılara qarşı fiziki zorakılıqla bağlı görüntülər yayılıb.
“Qafqazinfo” xəbər verir ki, məsələ ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu sosial şəbəkə hesabında paylaşım edib.
O bildirib ki, uşaq bağçasında azyaşlıya qarşı fiziki zorakılıq faktı ilə bağlı cinayət işi başlanıb.
“Xəzər TV”də yayımlanan və bu gün sosial şəbəkələrdə yayılan görüntülərdə paytaxt ərazisində fəaliyyət göstərən özəl uşaq bağçalarından birində azyaşlı uşağın müəssisə direktoru tərəfindən fiziki zorakılığa məruz qalması əks olunub. Bununla əlaqədar Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən dərhal aidiyyəti üzrə polis şöbəsinə müraciət edilib.
Dövlət Komitəsinə verilən məlumata əsasən, faktla bağlı polisdə cinayət işi başlanılıb. Hazırda hadisənin bütün hallarının araşdırılması və faktın hüquqi qiymətləndirilməsi məqsədilə istintaq tədbirləri davam etdirilir.
Uşaqlara qarşı hər hansı formada zorakılığı qətiyyətlə pisləyirik. Hər bir uşağın təhlükəsiz mühitdə böyümək, hüquqlarının və mənafelərinin qorunması hüququ var”, - qurum rəsmisi bildirib.
Qeyd edək ki, sözügedən iddialarla bağlı ötən gün mediada videogörüntülər də yayılıb. Valideynlər övladlarının bağçada ciddi psixoloji sarsıntı keçirdiyini və müəssisə rəhbərliyi tərəfindən döyüldüyünü iddia edirlər. Şikayətçilərin sözlərinə görə, hər uşaq üçün aylıq 200 manat ödəniş edilməsinə baxmayaraq, mərkəzdə övladlarına lazımi qayğı göstərilməyib. Həmçinin direktor barəsində əvvəllər də analoji şikayətlərin olduğu vurğulanıb.
Ətraflı videomaterialda:























































