Ticarətdən birgə istehsala: Azərbaycan və Mərkəzi Asiya arasında yeni iqtisadi model
Deputat: Müasir Azərbaycan müstəqil siyasət həyata keçirir, nəqliyyat, enerji və siyasi layihələri inkişaf etdirir
Dövlətə və dövlətçiliyə sədaqətli xidmətin nümunəsi – Taleh Məmmədova ad günü təbriki!
“Heydər Əliyev - Azərbaycan fenomeninin uydurulmamış tarixi” kitabı xarici müəllifin Azərbaycan həqiqətlərinə baxışıdır
Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının - Yeni tərkibi
Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkiyə, Rusiya, İrlandiya, İsrail və Azərbaycan — Bakıda bir ideya ətrafında səkkiz ölkə
Minaya düşənlər şəhid Ruhin Qəhrəmanovun atası ilə qardaşıdır minaya-dusenler-sehid-ruhin-qehremanovun-atasi-ile-qardasidir
TƏBİB – insan sağlamlığına və vətəndaş məmnunluğuna xidmət edən mühüm səhiyyə qurumu
Tramp İranla danışıqları qiymətləndirdi: "Onlar saziş bağlamaq istəyirlər"
ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Birləşmiş Ştatlar İranla məhsuldar danışıqlar aparıb və Tehran saziş bağlamağa hazırdır.
Oxu.Az xəbər verir ki, bu barədə "İnterfaks" məlumat yayıb.
"Biz, həmçinin İran üzrə çox yaxşı danışıqlar apardıq. Görünür, İran saziş bağlamağı çox istəyir", - deyə ABŞ lideri vurğulayıb.
Eyni zamanda, Ağ Ev rəhbəri dəqiqləşdirib ki, İslam Respublikasına tərəf əhəmiyyətli qüvvələr cəmləşdirilir.
"Bizim böyük donanmamız bu istiqamətə yönəlib və çox tezliklə orada olacaq. Odur ki, bundan nə çıxacağını görəcəyik", - deyə ABŞ prezidenti əlavə edib.
O, həmçinin İranın ABŞ ilə saziş bağlamağa hazırlıq dərəcəsini yüksək qiymətləndirib.
Mümkün razılaşmaların şərtlərindən danışan Tramp vurğulayıb:
"Bir məqam hər şeydən üstündür: heç bir nüvə silahı olmamalıdır. Əgər biz belə bir sazişi iki il əvvəl bağlaya bilsəydik, bunu edərdik, lakin onlar bunu etmək istəmirdilər. İndi isə istəyirlər. Onlar ilyarım və hətta bir il əvvəl edəcəklərindən daha çoxunu etməyə hazırdırlar".
Vaşinqtonla Tehran arasında danışıqların növbəti raunduna toxunan Tramp bəyan edib:
"Biz gələn həftənin əvvəlində yenidən görüşmək niyyətindəyik. Onlar saziş bağlamaq istəyirlər. Saziş bağlamağı istəməlidirlər".























































