Qax RİH-nin başçısı Elvin Paşayev: 17 NOYABR – MİLLİ DİRÇƏLİŞ GÜNÜ, TARİXİ YADDAŞDAN MÜASİR AZƏRBAYCANIN QÜDRƏTİNƏ DOĞRU
Yazı makinasından süni intellektə: Azərbaycanda özəl tibbin və tibbi maarifləndirmənin ilk şahidi – Dr. Davud Qüdrətovun xatirələri
İcbari sığorta müqavilələri üzrə bildirişlər artıq “mygov” vasitəsilə də təqdim olunur
Vətənpərvər iş adamı Eldəniz Zeynalov: 17 NOYABR – MİLLİ DİRÇƏLİŞ GÜNÜ: XALQIN TARİXƏ YAZDIĞI AZADLIQ SALNAMƏSİ!
Biznes xərclərindən də millər qazandıran “ABB AZAL Miles Business” kartları təqdim olundu
Lənkəran ŞİH başçısı Taleh Qaraşov: MİLLİ DİRÇƏLİŞ GÜNÜ – AZƏRBAYCANIN MÜSTƏQİLLİK YOLUNDA MİLLİ İRADƏNİN VƏ TARİXİ QƏTİYYƏTİN TƏNTƏNƏSİ
Gələcəyin şəhərlərinə gənclərdən innovativ baxış: “İnsanyönümlü şəhərlər” hakatonu başa çatıb
Azərbaycan Avropanın yaşıl enerji gələcəyinin etibarlı tərəfdaşlarından biri olacaq
SƏFƏRALİYEV QANBOY ƏHMƏDALI OĞLU – LAÇININ ALXASLI KƏNDİNİN VƏTƏN NAMİNƏ ŞƏHİDLİK ZİRVƏSİNƏ UCALAN İGİD OĞLU!
Əsabil Qasımov 5 milyonluq əmlakı ələ keçirib, indi də sahibini və mətbuatı susdurmağa çalışır
Qazaxda region gənclərinin inkişafı və karyera planlaması müzakirə olunub
Qazaxda “CareerLAB” şəbəkəsi çərçivəsində “Region gənclərinin inkişafı və karyera planlaması” mövzusunda panel müzakirəsi təşkil olunub.
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax-Tovuz regional nümayəndəliyinin koordinatoru Abuhəyat Əfəndinin moderatorluğu ilə keçirilən müzakirədə Qazax-Tovuz Regional Məşğulluq filialının mütəxəssisi və karyera məsləhətçisi Bəkir Bəkirli, “VA Academy MMC”nin təsisçisi və direktoru Vüsalə Əhmədova, Bakı Dövlət Universitetinin Qazax filialının müəllimi Ayşən Qasımova və Qazax Dövlət Sosial-İqtisadi Kollecinin əməkdaşı Asya Alhüseynova spiker qismində iştirak ediblər.
Panel çərçivəsində rəqabətli əmək bazarında uğurlu karyera qurmağın əsas şərtləri, nəzəri biliklərin praktiki bacarıqlarla tamamlanmasının əhəmiyyəti, peşə və ixtisas seçimində özünüdərkin rolu, eləcə də regionlarda mövcud karyera imkanlarından səmərəli istifadə və yeni imkanların yaradılması istiqamətləri müzakirə olunub.
Spikerlər öz peşəkar təcrübələrini iştirakçılarla bölüşərək gənclərin əmək bazarına hazırlığı, bacarıqlarının inkişaf etdirilməsi və karyera hədəflərinin düzgün müəyyənləşdirilməsi ilə bağlı tövsiyələrini təqdim ediblər. İnteraktiv müzakirə formatında davam edən tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb.
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax-Tovuz regional nümayəndəliyinin təşkilatçılığı, Bakı Dövlət Universitetinin Qazax filialının tərəfdaşlığı ilə keçirilən tədbirin məqsədi region gənclərinin karyera imkanları barədə məlumatlılığını artırmq, əmək bazarının müasir tələblərini diqqətə çatdırmaq və onların peşəkar inkişafına dəstək göstərmək olub.
Qeyd edək ki, “CareerLAB” şəbəkəsi gənclərin ixtisas seçimində və karyera planlamasında düzgün istiqamətlənməsinə, əmək bazarının tələbləri barədə məlumatlılığının artırılmasına, eləcə də peşəkar əlaqələrinin genişləndirilməsinə xidmət edir.
Xezertv.info





























































