Bu sevda Vətən sevdasıdır... XTQ-nin cəsur döyüşçüsü, Şuşa fatehi Zaur Ələkbərovun qəhrəman obrazı
Masallı qaz idarəsindən şikayət: “Heç bir rəsmi xəbərdarlıq edilmədən qazımız kəsildi” -VIDEO
ZAQATALA RAYONU, MAZIX KƏNDİNDƏ NƏZARƏTSİZLİK TƏHLÜKƏLİ HƏDDƏ ÇATIB - SÜRÜCÜLƏR HƏR GÜN RİSK ALTINDADIR -VİDEO
Sözün, zəkanın və insanlığın 50 illik işıqlı yoluna ehtiramla – Təyyar Yəhyayevə yubiley təbriki
Aztürk Holding-in təşkilatçılığı ilə 28 May – Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib.
Milli geyim sənayesinin inkişafına töhfə verən rəhbər – Bakı Tikiş Evinin direktoru Fədai Rəhimov
Dövlətinə sədaqətlə xidmət edən peşəkar rəhbər – “Aran” Regional Enerji Təchizatı və Satış İdarəsinin rəisi Zülfi Ağayev
Dövlətinə və xalqına sədaqətlə xidmət edən rəhbər – “Azərişıq” ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satış İdarəsinin rəisi Nəriman Mahmudov
"Sistemdə ciddi islahatlara ehtiyac var" - Kənd təsərrüfatı üzrə subsidiyalar niyə effektiv deyil?
Dəhşətə salan görüntü: Milyarder Ceff Bezosun raketi Floridada sınaq zamanı partladı
Gənclərin İnkişaf və Karyera Mərkəzi tərəfindən regionlarda Müstəqillik Günü münasibətilə tədbirlər təşkil olunub
YAP İsmayıllı Rayon Təşkilatının sədri Zaur Muradovun 28 May – Müstəqillik Günü Münasibətilə təbriki və dövlətçilik dəyərlərinə sədaqət nümunəsi
Vaqif Abdullayev: 28 MAY siyasi təqvimdə Türk tarixi üçün uğur hekayəsi sayıla bilər.
İsmayıllı RİH-nin başçısı Nahid Bağırov 28 May – Müstəqillik Günü münasibəti ilə təbriki
Azərbaycanın aqrar inkişaf strategiyası: Prezident İlham Əliyevin kənd təsərrüfatı və su təhlükəsizliyi siyasəti
Səhiyyədə peşəkarlıq və humanizm nümunəsi – Gəncə Şəhər Birləşmiş Xəstəxanasının direktoru İlkin İsmayılov
İlham Əliyevin sosial şəbəkə hesablarında Müstəqillik Günü ilə bağlı paylaşım olundu
Rubio ABŞ-ın Azərbaycanla əməkdaşlığı möhkəmləndirməkdə maraqlı olduğunu bəyan edib
“Zeferyolu.az” informasiya agentliyinin rəhbəri Jalə Ağakişiqızından müqəddəs Qurban Bayramı təbriki
Qobustan Rayon Mərkəzi Xəstəxanasının direktoru Günay Muradovadan müqəddəs “Qurban” bayramı təbriki
Vüsal Nəsirli islahata başladı - İlham Əzimov vəzifəsində qalacaqmı?
Vüsal Nəsirli islahata başladı - İlham Əzimov vəzifəsində qalacaqmı? Maliyyə Nazirliyinin ötən ilin sonlarından etibarən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində (AAYDA) apardığı dolayı monitorinqlərə son verilib. Aparılan yoxlamalarda ortaya külli miqdarsa dövlət vəsaitlərinin mənimsənilməsi barədə faktlarının üzə çıxdığı iddia olunur.
Mətbuatda təkzib olunmayan məlimatlara görə AAYDA-nın keçmiş sədri Saleh Məmmədov və komandası ümumilikdə 1 milyard dollara yaxın pul mənimsəyiblər.
Məlumata görə, Maliyyə Nazirliyinin yoxlamasından sonra AAYDA sədri Vüsal Nəsirlinin göstərişi ilə qurumun idarələrində yeni yoxlamalara start verilib. Bu yoxamalardan sonra AAYDA kadr islahatına başlanılacağı və uzun müddətdən bəri qurumda idarə rəisi kimi işləyən və adıları korrupsiyada hallanan məmurların işdən çıxarılacağı gözlənilir.
Artıq bu gün AAYDA- islahatlara start verildi. Belə ki, sədr Vüsal Nəsirlinin göstərişi qurumun iki idsrə müdiri vəzifəsi ilə vidalaşdı. Xalq-ın əldə etdiyi məlunata görə AAYDA sədrinin islahata narahat olan məmurlardan biri də 43 saylı Yol İstismar İdarəsinin rəisi İlham Əzimovdur. Bu həmin İlham Əzimovdur ki, onun adı ölkə mətbuatında davamlı olaraq oliqarx məmur kimi keçir. Övladlarından tutmuş kürəkəninə kimi hamısına yaxşı şərait quran İlham Əzimov keçmiş sədr Saleh Məmmədovun komandasının üzvü kimi tanınır. Belə ki, Tərtər rayonundan olan Saleh Məmmədovla İlham Əzimovu keçmiş tellər bağlayır. Daim Saleh Məmmədovla münasibətlərini isti saxlayan İlham Əzimov məhz buna görə 43 saylı Yol İstismar İdarəsininşəxsi obyekti kimk idarə edirdi. Bərdədə hər kəs bilir ki, 43 saylı YİS-nin avtomobill və texnikaları İlham Əzimov tərəfindən icarəyə verilib.
Bundan başqa İlham Əzimovun Bərdə rayonunda hektarlarla torpaq sahələrinin, övladının maşın kolleksiyası, ferması, dəbdəbəli tikdirdiyi malikanəsi olduğu bildirilir. 43 saylı Yol İstismar İdarəsi rəisinin dövlət hesabına rayonda icra nümayəndəsi işləyən qudasına da geniş imkanlar yaratdığı məlumatlar içindədir. Həmçinin, İlham Əzimovun kürəkəninə avtoyuma məntəqələri açdığı, “Range Rover” markalı maşın aldığı da bildirilir.
Məlumata görə İ. Əzimov Saleh Məmmədovun dövründə 43 saylı Yol İstismar İdarəsini xeyli sayda işçisinin əmək haqqı kartını özünə götürərək,hər ay dövlətin külli mqidarda vəsaitini mənimsəyib.
Qeyd edilir ki, bu gün Bərdə rayonunda 43 saylı Yol İstismar İdarəsinin balansına düşən avtomobil yollarının əksəriyyəti bərbad gündədir. Vətəndaşların bərbad yollarla bağlı şikayətlərinə isə İlham Əzimov “vəsait ayrılacağı və yolların düzələcəyi” vədini verməklə illəri yola verib.
Məlumata görə, AAYDA rəhbərliyinə Vüsal Nəsirli sədr təyin edildikdən sonra İlham Əzimov əl-ayağa düşüb. Belə ki, İ.Əzimovun 43 saylı Yol İstismar İdarəsinin balansında olan bəzi kənd yollarına qrabil tökdürdüyü deyilir.
Ifadetv.info























































