Hər kəs öz hekayəsinin qəhrəmanıdır... Qalibin yaşı olmur... Kiçik qəhrəmanın Böyük yolu
Qaradağ rayon Qobustan qəsəbəsində itkin düşmüş Şəhid Cəlal Abdullayevin anım günü keçirildi
Şuşa Dövlət Dram Teatrında Şəhid kapitan Əli Abbasquluzadə və kəşfiyatçı Elman Əliyevin mövlud günü tədbiri keçirildi
Geofizika və Geologiya İdarəsinin rəisi Ziya Rəhimov-Neftçi əməyinə ehtiram, dövlətçilik ənənələrinə sədaqət
20 sentyabr – Azərbaycanın Dövlət Suverenliyi Günü milli qürur və dövlətçilik tariximizin şərəfli səhifəsidir
Xeyriyyəçi, vətənpərvər xanım Zərniyar Kərimova - Vətən sevgisi, dövlətçilik ruhu və neftçi əməyinə ehtiram
Hər bir müraciət qeydiyyata alınaraq problemlərin aradan qaldırılması istiqamətində aidiyyəti üzrə müvafiq göstəriş və tapşırıqlar verilib
Sentyabrın 17-də Yeni Azərbaycan Partiyası (YAP) İsmayıllı rayon təşkilatının XI konfransı keçirilib.
“Daş abidə” parkının yerini kim alıb? - Bu tikintiyə kim icazə verib?... - Yenilənib - VİDEO
Azərbaycanlı milyarderlərin Moskvadakı bazarı PUA ilə vuruldu
Rusiyanın paytaxtı Moskvaya PUA hücumu zamanı ölkənin ən böyük ticarət mərkəzlərindən biri olan "Sadovod" da zərər görüb.
Oxu.Az xəbər verir ki, bu barədə Rusiya paytaxtının meri Sergey Sobyanin sosial şəbəkə hesabında məlumat yayıb.
Merin sözlərinə görə, hava hücumundan müdafiə sistemlərinin fəaliyyəti nəticəsində vurulan dronlardan birinin qalıqları "Sadovod" ticarət kompleksinin binalarından birinə ziyan vurub:
"Ticarət mərkəzinin ərazisinə qalıqların düşməsi nəticəsində binalardan birində kiçikmiqyaslı dağıntılar qeydə alınıb. İnsident nəticəsində xəsarət alan yoxdur. Hazırda qalıqların düşdüyü yerdə bütün operativ və fövqəladə hallar xidmətləri aktiv şəkildə işləyir".
Qeyd edək ki, ümumi sahəsi on hektarlarla ölçülən, Rusiya iqtisadiyyatında mühüm rol oynayan və gündəlik onminlərlə insanın ziyarət etdiyi məşhur "Sadovod" ticarət kompleksi "Kiyevskaya ploşad" (Kiyev meydanı) şirkətinə məxsusdur. Bu nəhəng holdinqin ortaq sahibləri isə əslən Azərbaycandan - Quba rayonunun Qırmızı qəsəbəsindən olan tanınmış milyarderlər, Rusiyanın kommersiya daşınmaz əmlak bazarının liderləri Qod Nisanov və Zarah İliyevdir.
Xatırladaq ki, onların rəhbərlik etdiyi şirkət uzun illərdir ki, ən çox gəlir gətirən daşınmaz əmlakların reytinqində birinciliyi əldən vermir.























































