TALEH QARAŞOVDAN MİLLİ QƏHRƏMAN PƏNCƏLİ TEYMUROVUN ANASINA YÜKSƏK EHTİRAM VƏ DİQQƏT
Bu gün Azərbaycan siyasi tarixində özünəməxsus yeri olan Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 34-cü ildönümünü qeyd edirik.
Ağdaş şəhər 4 nömrəli uşaq bağçasında “Payız möcüzələri” adlı möhtəşəm tədbir keçirilib.
MEHMAN QƏHRƏMANOVA AĞIR İTKİ ÜZ VERİB – ƏMİSİ MİRİD QƏHRƏMANOV VƏFAT EDİB. ALLAH RƏHMƏT ELƏSİN!
Yeni Azərbaycan Partiyası - Dünənin tarixi zərurətindən sabahın güclü Azərbaycanına doğru
KOTANAXR KƏNDİNİN TANINMIŞ SİMASI ƏLİ QARAKİŞİ OĞLUNUN ƏZİZ XATİRƏSİNƏ DƏRİN HÖRMƏTLƏ BAŞSAĞLIĞI
VƏKİLLİK İNSTİTUTU HÜQUQİ DÖVLƏTİN SÜTUNUDUR: PEŞƏ NÜFUZU, ƏDALƏT VƏ İNSAN HÜQUQLARI ETİBARI QORUNMALIDIR!
"YAP-ın yaranması ölkənin siyasi gələcəyinə hesablanmış qərar idi" - DEPUTAT DANIŞDI
İLHAMƏ ABDULLAYEVA – TƏHSİL SAHƏSİNDƏ TOPLADIĞI ZƏNGİN TƏCRÜBƏ, PEŞƏKARLIQ VƏ MƏSULİYYƏTİ İLƏ YENİ MƏRHƏLƏYƏ DOĞRU!
Azərbaycan–Vyetnam münasibətlərində yeni mərhələ: strateji tərəfdaşlığın real iqtisadi nəticələrə çevrilməsi
“Prezidentin Vyetnama səfəri siyasi kursun möhkəmləndirilməsində əlamətdar mərhələdir”
“Ağ pələng”in izi ilə - Prezident İlham Əliyev 43 illik siyasi irsə yeni məzmun qazandırır
4 saylı Magistral avtomobil yollarının istismarı MMC Müşfiq qəsəbəsində yol və infrastruktur problemlərinin həlli istiqamətində mühüm işlər görür
“Kibermühitdə bu günün şifrəli sirr tarixçəsi sabahın açıq kitabıdır” - DTX-nin rəis müavini
“Geropharm”ın diabet və piylənmə preparatları “Halal” sertifikatı aldı
“Geropharm” şirkətinin Sejaro (tirzepatid), Semavic (semaqlutid) və Semavic Next (semaqlutid) preparatları islam normalarına uyğunluğunu təsdiqləyən “Halal” sertifikatı alıb.
Preparatlar GLP-1 reseptor agonistləri sinfinə aiddir. Şəkərli diabetin 2-ci tipinin və piylənmənin müalicəsində istifadə olunur. Preparatlar artıq Azərbaycan bazarında mövcuddur və təsdiq edilmiş göstərişlərə uyğun olaraq həkim təyinatı ilə apteklərdə əldə edilə bilər.
Sertifikat Beynəlxalq “Halal” Standartlaşdırma və Sertifikatlaşdırma Mərkəzi tərəfindən təqdim edilib. İstehsal prosesi islam normalarının tələblərinə tam uyğunlaşır.
“Halal” statusu dərman vasitələrinə yalnız tərkib və istehsal texnologiyası hərtərəfli yoxlanıldıqdan sonra verilir. Bu o deməkdir ki, preparatların tərkibində etanol, qan, donuz mənşəli hüceyrə və toxumalar, eləcə də islam normalarına uyğun olmayan digər komponentlər mövcud deyil.
Azərbaycanda məhsulların islam normalarına uyğunluğu bir çox istehlakçı üçün mühüm amil hesab olunur. Bu baxımdan “Halal” sertifikatının mövcudluğu pasiyentlərə terapiya seçərkən əlavə əminlik yaradır. Bu, şəkərli diabetin 2-ci tipi və piylənmənin müalicəsində yalnız tibbi göstəriciləri deyil, həm də pasiyentlərin şəxsi inanclarını nəzərə almağa imkan verir.
Şəkərli diabet və piylənmənin yayılmasının artdığı bir dövrdə islam normalarına uyğun innovativ preparatların əlçatanlığı səhiyyədə daha pasiyentyönümlü yanaşmanın inkişafına töhfə verir.
Daha əvvəl “Geropharm” insulin preparatları xətti üçün də “Halal” sertifikatı əldə etmişdi. GLP-1 sinfinə aid preparatlar üçün sertifikatın alınması şirkətin islam normalarına riayət edən pasiyentlər üçün müasir müalicə imkanlarının əlçatanlığını genişləndirmək istiqamətində atdığı növbəti addımdır.
“Pasiyentə qayğı onun həyat tərzinə və inanclarına hörmətlə başlayır. Buna görə də bizim üçün Sejaro, Semavic və Semavic Next preparatlarının islamın ən ciddi tələblərinə uyğunluğunu təsdiqləmək prinsipial əhəmiyyət daşıyırdı. “Halal” statusu hər bir pasiyentə diqqətli və dürüst münasibətimizin təminatıdır”, — deyə “Geropharm” şirkətinin baş direktoru Pyotr Rodionov bildirib.
“Geropharm” GxP standartlarına uyğun fəaliyyət göstərən beynəlxalq biotexnoloji preparatlar istehsalçısıdır. Şirkət nevrologiya, endokrinologiya, oftalmologiya, ginekologiya və urologiya kimi tibb sahələrində istifadə olunan preparatların istehsalı ilə məşğuldur. Məhsullar dünyanın 14 ölkəsində tibb mütəxəssisləri tərəfindən etibarlı seçim kimi istifadə olunur.
Azərbaycan Respublikasında “Geropharm” 2014-cü ildən etibarən öz nümayəndəliyi vasitəsilə fəaliyyət göstərir, ölkənin tibb ictimaiyyəti və pasiyentləri ilə uzunmüddətli əməkdaşlığını inkişaf etdirir. Bu gün şirkət şəkərli diabet və piylənmənin müalicəsi istiqamətində fəaliyyətini davam etdirir, pasiyentlərin müasir biotexnoloji preparatlara çıxış imkanlarını genişləndirir.
Əlavə məlumat üçün:
Adeliya Fərhadova
Tel.: +994(10) 241 88 43
E-mail: [email protected]

























































