İlham Əliyev Bakıda İslam İnkişaf Bankı Qrupunun illik toplantılarının açılış mərasimində iştirak edib
İlham Əliyev Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumların rəhbər şəxslərini qəbul edib
Gəncənin Su Təchizatının İnkişafına və Əhalinin Rahatlığına Xidmət Edən Rəhbər – Şöhrəddin Verdiyev
Səhiyyəyə həsr olunan peşəkar fəaliyyət- 1 saylı Kliniki Tibbi Mərkəzin direktoru Musa Abbasov
İnsan sağlamlığına həsr olunan fədakar fəaliyyət-Siyəzən RMX-nın direktoru Nərgiz Əliyeva
Elxan Yaqubov – Sahibkarlıq, tibb və maarifçilik fəaliyyətini uğurla birləşdirən ziyalı
Ağ xalatın məsuliyyət yükünü şərəflə daşıyan rəhbər – Elçin Bilalovun fədakarlıq yolu
Şəfa bəxş edən əllər, ümid yaşadan ürəklər – Hümbət Səfərovun səhiyyəyə xidmət yolu
Saniyələrlə ölçülən həyat missiyası – Rauf Sadıxovun rəhbərlik etdiyi təcili yardım fədakarlığı
Ürəyin içindən həyata açılan yol – invaziv kardiologiyanın fədakar əli Dr. Vüqar Zamanov
Uşaqların sağlamlığına həsr olunan nəcib ömür – Esmira Hüseynovanın fədakar həkimlik missiyası
Инициативная группа по созданию политической партии «Туран» приступает к подготовке Учредительного съезда
Xəzərdən su götürənlər bu qədər ödəniş etməlidirlər - Sentyabrın 1-dən
Bu il sentyabrın 1-dən su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə bağlı ödənişlərin tətbiq edilməsinə başlanılacaq.
Bu barədə “Qafqazinfo”ya ADSEA yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətindən məlumat verilib.
Bildirilib ki, su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə bağlı məsələlər adından məlum olduğu kimi hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər tərəfindən texniki qurğu və avadanlıq tətbiq etməklə su obyektlərindən suyun götürülməsi, tullantı sularının təmizlənərək su obyektlərinə axıdılması və su akvatoriyasından istifadə olunması ilə əlaqədardır.
Suyun götürülməsi zamanı su obyektindən və götürülmə məqsədindən asılı olaraq məbləğlər müxtəlifdir. Belə ki, sənaye məqsədilə Xəzər dənizindən götürülən 100 m3 suya görə 0.4 manat, çay və göllərdən götürülən 100 m3 suya görə 4 manat, yeraltı sulardan götürülən 100 m3 suya görə 40 manat müəyyənləşdirilib. Xəzər dənizinə axıdılan 100 m3 tullantı suyu üçün 1 manat, çay və göllərə axıdılan 100 m3 tullantı suyu üçün 4 manat nəzərdə tutulur.
Bu və digər ödənişlər barədə daha ətraflı məlumatları Nazirlər Kabinetinin 14 aprel 2026-cı il tarixli 99 nömrəli Qərarı ilə təsdiq edilmiş “Su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə bağlı ödənişlərin məbləğləri” qanunvericilik aktından əldə etmək mümkündür.
Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazənin alınması ilə bağlı öncəliklə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə ərizə ilə müraciət edilməlidir. Bunun üçün ərizəçi su obyektindən istifadə növündən və hüquqi şəxs və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olmasından asılı olaraq tələb olunan sənədləri təqdim etməli, icazə alındıqdan sonra müqavilə bağlamalı və 2026-cı ilin 1 sentyabr tarixindən su obyektindən istifadə üçün ödəmələri həyata keçirməlidir.
Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazənin alınması proseduru Azərbaycan Prezidentinin 2025-ci il 18 dekabr tarixli 554 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazənin verilməsi Qaydası” ilə müəyyən edilib. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi ilə fiziki və hüquqi şəxslər arasında su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə dair müqavilənin, həmçinin su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə dair icazənin forması ilə bağlı ətraflı məlumat əldə etmək üçün bu linklərə keçid etmək mümkündür: https://e-qanun.az/framework/61055, https://e-qanun.az/framework/61660




















































