Xəbər Lenti
Bugün, 09:38
Xəstələrə iynə vuraraq yatırdıb, ölüm saatlarını dəyişdirib - “Güllü”nün qızı ilə bağlı şok iddialar
26-10-2026, 14:29
Lənkəran ŞİH başçısı şəhid Elməddin Məmmədli və Ramid Əliyevin məzarını ziyarət edib
26-10-2026, 13:21
26 oktyabr 2026-cı il tarixində Vətən Müharibəsi şəhidi İbrahimov Xeyrilla Mais oğlunun məzarı ziyarət edilib
Mollacəlilli kəndinin su ilə imtahanı

Göygöl rayonu Mollacəlilli kəndi günlərdir, susuzluqan əziyyət çəkir.
Kənd sakinləri deyirlər ki, artıq beş gündür, suyun verilişi rayon Sukanal Sahəsi tərəfindən borcların ödənilməməsi əsas gətirilərək kütləvi şəkildə dayandırılıb. İndi nə içməyə və məişətdə işlətməyə su var, nə də heyvanlara verməyə.
Sakinlərin bir qismi ümumiyyətlə suya görə borcunun olmadığını və ödəniş çeklərini saxladığını deyir. Bəziləri isə borclu olduqlarını qəbul edir, ödəməkdə çətinlik çəkdiklərini və ya hissə-hissə ödəyə biləcəklərini bildirirlər. Sakinlər həmçinin suya qanunsuz qoşularaq istifadə edənlərin olduğunu da iddia edirlər.
Məsələ ilə bağlı “Azərsu” ASC-nin mətbuat xidmətindən bildirilib ki, Göygöl Rayon Sukanal Sahəsi borcların ödənilməsi çağırışlarına abonentlər tərəfindən cavab verilmədiyi üçün məcburi qaydada su təminatını dayandırıb. Amma borcu olmayan abonentlərə maşınlar vasitəsilə suyun verilməsi təmin olunur.
Qeyd edək ki, qurumun regional idarəsindən suya qanunsuz qoşulmalar iddiasına da münasibət bildirilib. Qeyd olunub ki, bu cür halların aşkar olunması və qanunamüvafiq tədbir görülməsi üçün vaxtaşırı reydlər keçirilir.























































