Menu
Xəbər Lenti
Ağ xalat, ağ ümid
Bugün, 13:39

Ağ xalat, ağ ümid

TƏBRİK MÜRACİƏTİ
15-06-2026, 18:17

TƏBRİK MÜRACİƏTİ

17 İyun 2026 13:38Manşet / Gündəm / Səhiyyə

Ağ xalatın məsuliyyət yükünü şərəflə daşıyan rəhbər – Elçin Bilalovun fədakarlıq yolu

 

İnsan həyatının ən həssas və ən dəyərli sahələrindən biri səhiyyədir. Bu sahədə çalışan hər bir insan təkcə peşə sahibi deyil, həm də bir ümid daşıyıcısıdır. Xəstənin ağrısını yüngülləşdirmək, həyatını xilas etmək, ailələrə sevinc bəxş etmək kimi müqəddəs missiyanı yerinə yetirən tibb işçiləri cəmiyyətin ən böyük dəyər sütunlarından birini təşkil edir. Hər il 17 iyun – Səhiyyə İşçilərinin Peşə Bayramı Günü məhz bu fədakar insanların əməyinə verilən yüksək qiymətin təntənəsi kimi qeyd olunur.


Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının direktoru Elçin Bilalov da bu şərəfli missiyanı üzərinə götürən, səhiyyə sisteminin inkişafına öz töhfəsini verən nüfuzlu rəhbərlərdən biridir. Onun fəaliyyəti təkcə idarəçiliklə məhdudlaşmır, həm də insanlara qayğı, diqqət və humanist yanaşma prinsipləri ilə seçilir. Rəhbərlik etdiyi tibb müəssisəsində vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin artırılması, müasir tibbi standartların tətbiqi və xəstələrə münasibətdə həssaslıq əsas prioritetlərdən biridir.


Səhiyyə sistemində uğur yalnız tibbi biliklərlə deyil, həm də düzgün idarəetmə, güclü komanda ruhu və insan amilinə verilən dəyərlə ölçülür. Elçin Bilalovun rəhbərliyi altında Kürdəmir Rayon Mərkəzi Xəstəxanasında bu prinsiplər uğurla həyata keçirilir. Burada çalışan həkimlər və tibb personalı peşəkar yanaşmaları ilə yanaşı, pasiyentlərə göstərdikləri səmimi münasibətlə də seçilirlər.


Azərbaycan səhiyyəsi son illərdə mühüm inkişaf yolu keçmişdir. Dövlət tərəfindən səhiyyə infrastrukturunun yenilənməsi, yeni xəstəxanaların tikilməsi və müasir tibbi avadanlıqlarla təmin olunması bu sahənin daha da güclənməsinə şərait yaratmışdır. Bu inkişaf prosesində region xəstəxanalarının rolu xüsusilə böyükdür. Kürdəmir Rayon Mərkəzi Xəstəxanası da əhaliyə yaxın və əlçatan tibbi xidmət göstərən mühüm səhiyyə ocaqlarından biridir.


Elçin Bilalovun rəhbərliyi ilə xəstəxanada həyata keçirilən islahatlar, tibbi xidmətlərin optimallaşdırılması və pasiyent məmnunluğunun artırılması istiqamətində görülən işlər səhiyyə sisteminin inkişafına mühüm töhfə verir. Burada hər bir pasiyentə göstərilən diqqət və qayğı insan sağlamlığının ən ali dəyər kimi qəbul edildiyini bir daha sübut edir.


Həkimlik peşəsi fədakarlıq, səbir və yüksək məsuliyyət tələb edir. Gecə-gündüz demədən insanların sağlamlığı uğrunda çalışan tibb işçiləri əsl qəhrəmanlardır. Onların hər bir uğuru bir insan həyatının xilas olması deməkdir. Elçin Bilalov da bu dəyərlərin daşıyıcısı kimi səhiyyə sahəsində öz nümunəvi fəaliyyəti ilə seçilir.


Bu gün Kürdəmir Rayon Mərkəzi Xəstəxanasında çalışan kollektiv bir ailə kimi fəaliyyət göstərir. Onların birgə əməyi sayəsində yüzlərlə insan sağlamlığına qovuşur, ailələr sevincə bürünür. Bu isə səhiyyə işçilərinin ən böyük mükafatıdır.


17 İyun – Səhiyyə İşçilərinin Peşə Bayramı Günü münasibətilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının direktoru Elçin Bilalovu və bütün tibb kollektivini səmimi qəlbdən təbrik edir, onlara möhkəm cansağlığı, ailə səadəti, çətin və şərəfli fəaliyyətlərində uğurlar və insanlara xidmət yolunda yeni nailiyyətlər arzulayırıq. Bayramınız mübarək!


 

 

Fərid Faiqoğlu

Azərbaycan Jurnalistlər Birliyinin üzvü,

“Qızıl qələm” mükafatçısı,

Azərbaycan Vətən Müharibəsi Veteranları İB-nin fəxri üzvü