İlham Əliyev Bakıda İslam İnkişaf Bankı Qrupunun illik toplantılarının açılış mərasimində iştirak edib
İlham Əliyev Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumların rəhbər şəxslərini qəbul edib
Gəncənin Su Təchizatının İnkişafına və Əhalinin Rahatlığına Xidmət Edən Rəhbər – Şöhrəddin Verdiyev
Səhiyyəyə həsr olunan peşəkar fəaliyyət- 1 saylı Kliniki Tibbi Mərkəzin direktoru Musa Abbasov
İnsan sağlamlığına həsr olunan fədakar fəaliyyət-Siyəzən RMX-nın direktoru Nərgiz Əliyeva
Elxan Yaqubov – Sahibkarlıq, tibb və maarifçilik fəaliyyətini uğurla birləşdirən ziyalı
Saniyələrlə ölçülən həyat missiyası – Rauf Sadıxovun rəhbərlik etdiyi təcili yardım fədakarlığı
Ürəyin içindən həyata açılan yol – invaziv kardiologiyanın fədakar əli Dr. Vüqar Zamanov
Uşaqların sağlamlığına həsr olunan nəcib ömür – Esmira Hüseynovanın fədakar həkimlik missiyası
Инициативная группа по созданию политической партии «Туран» приступает к подготовке Учредительного съезда
Leyla Əliyeva Bonnda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icraçı katibi ilə görüşüb
Leyla Əliyevanın iştirakı ilə Bonnda Xəzərin səviyyəsinin azalmasının ekoloji təsirləri müzakirə olunub
“TABIA Group” və “FlyKhiva” arasında əməkdaşlıq memorandumu imzalandı
Azərbaycanın qonaqpərvərlik, sağlamlıq turizmi və hotelçilik sektorunda fəaliyyət göstərən aparıcı şirkətlər qruplarından biri olan “TABIA Group” ilə Özbəkistanın turizm və aviasiya sahəsində tanınmış şirkəti “FlyKhiva” arasında strateji əməkdaşlığa dair memorandum imzalanıb.
“Hilton Garden Inn Baku” hotelində keçirilən mərasimdə hər iki şirkətin rəhbər heyəti, Azərbaycan Turizm Bürosunun rəhbər və nümayəndə heyəti, eyni zamanda media təmsilçiləri iştirak ediblər.
Memorandumun əsas məqsədi Naftalanın beynəlxalq bazarlarda tanıdılmasını gücləndirmək və Özbəkistandan Azərbaycana
turist axınının artırılmasına dəstək verməkdir.
Əməkdaşlıq çərçivəsində həyata keçirilən çarter proqramı Naftalan neftinin müalicə xidmətlərindən yararlanmaq istəyən qonaqların
regiona birbaşa və rahat şəkildə səfər etməsinə imkan yaradır. Bu təşəbbüs qonaqların səyahət təcrübəsinin yaxşılaşdırılmasına və
Naftalanın beynəlxalq turistlər üçün daha əlçatan istiqamətə çevrilməsinə xidmət edir.
Tərəfdaşlığın ilk nəticələri artıq uğurla özünü göstərib. “FlyKhiva” tərəfindən Özbəkistandan Gəncə şəhərinə təşkil olunan ilk çarter reysi böyük maraqla qarşılanıb və uğurla həyata keçirilib. Artan maraq və yüksək tələbi nəzərə alaraq, tərəflər hazırda həftədə bir dəfə həyata keçirilən uçuşların gələcəkdə daha da artırılması imkanlarını nəzərdən keçirirlər. Bu təşəbbüsün Azərbaycan və Özbəkistan arasında turizm əlaqələrinin inkişafına, eyni zamanda regionun iqtisadi və mədəni əməkdaşlığının güclənməsinə töhfə verəcəyi gözlənilir.
“TABIA Group”un Baş İcraçı Direktoru Uygar Koçaş bildirib:
“Naftalan Azərbaycanın sağlamlıq turizmi sahəsində ən dəyərli istiqamətlərindən biridir. FlyKhiva ilə əməkdaşlığımız bu potensialın
daha geniş auditoriyaya çatdırılmasına və ölkəmizə yeni turist axınının cəlb edilməsinə xidmət edəcək. İlk çarter proqramının uğuru
bu istiqamətdə böyük imkanların mövcud olduğunu göstərir”.
“FlyKhiva”nın təsisçisi İmran Nəzərov isə qeyd edib:
“Naftalan Özbəkistan bazarında böyük maraq doğuran istiqamətlərdən biridir. Biz bu əməkdaşlıq vasitəsilə Azərbaycanla turizm əlaqələrinin daha da inkişafına töhfə verməyi hədəfləyirik”.
İmzalanan memorandum iki ölkə arasında turizm əməkdaşlığının inkişafına, Naftalanın beynəlxalq tanıtımına və Azərbaycanın sağlamlıq turizmi sektorunun mövqeyinin daha da güclənməsinə xidmət edəcək.
Onu da qeyd edək ki, Naftalan dünyada analoqu olmayan müalicəvi nefti ilə tanınan və Azərbaycanın ən mühüm sağlamlıq turizmi
mərkəzlərindən biri hesab olunan kurort şəhəridir. Tərkibinə görə digər neft növlərindən fərqlənən Naftalan nefti uzun illərdir dayaq-
hərəkət sistemi, dəri və periferik sinir sistemi ilə bağlı problemlərin müalicəsində effektiv təsir göstərən əvəzolunmaz vasitədir. Məhz
bu unikal təbii resurs sayəsində Naftalan hər il dünyanın müxtəlif ölkələrindən minlərlə qonağı qəbul edir və regionun aparıcı müalicəvi turizm istiqamətlərindən biri kimi tanınır.
“TABIA Group”un Naftalandakı portfelinə daxil olan Garabagh Resort & Spa, Chinar Health Hotel və Gashalti Health Hotel kimi sağlamlıq hotelləri qonaqlara beynəlxalq standartlara uyğun yerləşmə, peşəkar tibbi xidmətlər, fərdiləşdirilmiş müalicə proqramları və spa imkanları təqdim edir. Müasir qonaqpərvərlik standartlarını Naftalanın əsrlər boyu formalaşmış müalicə ənənələri ilə birləşdirən bu hotellər regionun sağlamlıq turizmi potensialının inkişafında mühüm rol oynayır və hər il dünyanın müxtəlif ölkələrindən gələn minlərlə qonağa yüksək səviyyəli xidmət göstərir.






















































