Qaradağ rayon Qobustan qəsəbəsində itkin düşmüş Şəhid Cəlal Abdullayevin anım günü keçirildi
Şuşa Dövlət Dram Teatrında Şəhid kapitan Əli Abbasquluzadə və kəşfiyatçı Elman Əliyevin mövlud günü tədbiri keçirildi
Geofizika və Geologiya İdarəsinin rəisi Ziya Rəhimov-Neftçi əməyinə ehtiram, dövlətçilik ənənələrinə sədaqət
20 sentyabr – Azərbaycanın Dövlət Suverenliyi Günü milli qürur və dövlətçilik tariximizin şərəfli səhifəsidir
Xeyriyyəçi, vətənpərvər xanım Zərniyar Kərimova - Vətən sevgisi, dövlətçilik ruhu və neftçi əməyinə ehtiram
Hər bir müraciət qeydiyyata alınaraq problemlərin aradan qaldırılması istiqamətində aidiyyəti üzrə müvafiq göstəriş və tapşırıqlar verilib
Sentyabrın 17-də Yeni Azərbaycan Partiyası (YAP) İsmayıllı rayon təşkilatının XI konfransı keçirilib.
“Daş abidə” parkının yerini kim alıb? - Bu tikintiyə kim icazə verib?... - Yenilənib - VİDEO
ABB-nin “AI-nur” və “AI-khan”ı - 1 milyondan çox qarşılıqlı ünsiyyət,3 yeni imkan!
ABB müştərilərinin danışan süni intellekt köməkçiləri “AI-nur” və “AI-khan”ın imkanları yeni funksiyalarla daha da genişlənib.
Mobil rabitə ödənişləri, bankdaxili və digər banklara köçürmələr, fərdi maliyyə məsləhəti
Artıq mobil rabitə ödənişlərini (Azercell, Bakcel, Nar) də sadəcə onlarla danışıb həyata keçirmək olar.
Bundan başqa, “AI-nur” və “AI-khan” indi müştərilərə fərdi maliyyə meneceri kimi də kömək göstərir. Apardıqları əməliyyatlara əsasən, onların aylıq gəlir və xərcləri ilə bağlı suallarını cavablandırır, vəsaitlərini düzgün idarə etməkdə dəstək olur.
Artıq həm ABB kartına, həm digər bank kartına kart nömrəsi və ya şablonla köçürmələri də süni intellekt köməkçiləri ilə yerinə yetirmək mümkündür.
İstifadəçilərin 56%-i “AI-nur”la, 44%-i “AI-khan”-la danışıb
Qısa zamanda ABB-nin 150 minə yaxın müştərisi süni intellekt köməkçisinin xidmətindən faydalanıb və istifadəçi sayı sürətlə artmaqdadır. İndiyə qədər süni intellekt köməkçiləri ilə 1 milyondan çox qarşılıqlı ünsiyyət qurulub. İstifadəçilərin 56%-i köməkçi kimi “AI-nur”u, 44%-i isə “AI-khan”ı seçib.
“AI-nur” və “AI-khan” bankın xidmət və məhsulları ilə bağlı əksər məsələlərdə operativ kömək göstərir, bank əməliyyatlarını, o cümlədən müştərinin kartları və hesabları arasında, eləcə də mobil nömrə ilə digər şəxslərə köçürmə əməliyyatlarını səsli komandalarla yerinə yetirir, sualları cavablandırırlar.
Zərurət yarandıqda müştərinin kartının bloklaşdırılmasını, yaxud yenidən aktivləşdirilməsini də “AI-khan” və “AI-nur” həyata keçirir!
Bank əməliyyatları daha rahat, sürətli və təhlükəsiz
Yeni süni intellekt texnologiyası müştərilərə bank əməliyyatlarını daha rahat və sürətli şəkildə həyata keçirməyə imkan yaradır. Bu zaman təhlükəsizlik də ən yüksək səviyyədə qorunur.
ABB yeni funksiyalarla müştərilərin süni intellektdən istifadə təcrübəsini tezliklə daha da inkişaf etdirəcək.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları bankın filial və şöbələrindən, rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən əldə etmək olar.























































