Xəbər Lenti
Dünən, 17:02
Əsabil Qasımov 5 milyonluq əmlakı ələ keçirib, indi də sahibini və mətbuatı susdurmağa çalışır
13-11-2026, 15:07
BDYPİ-nin YPX Alayının 7-ci tağımının post komandiri Süleyman – “Dövlətə və dövlətçiliyə sədaqət andı”
13-11-2026, 10:17
Nəvəsinin andiçməsindən sonra meyiti tapılan Mirzəcan kişi ilə bağlı - Yeni detallar
12-11-2026, 18:57
Azərbaycan incəsənəti Çilidə: Santyaqoda Zəfər Gününə həsr olunmuş beynəlxalq sərgi açılıb
12-11-2026, 14:10
Qax RİH-nin başçısı Elvin Paşayev: KONSTİTUSİYA – MÜSTƏQİL AZƏRBAYCANIN QÜRURU, DÖVLƏTÇİLİYİNİN HÜQUQİ SÜTUNU VƏ XALQIN İRADƏSİNİN TƏCƏSSÜMÜ
12-11-2026, 13:53
12 NOYABR – KONSTİTUSİYA GÜNÜ: MÜSTƏQİL AZƏRBAYCANIN HÜQUQİ TƏMƏLİ, DÖVLƏTÇİLİK İRADƏSİ VƏ MİLLİ SUVERENLİYİNİN TƏNTƏNƏSİ
11-11-2026, 14:01
GÜLNARA HƏMİDOVA – SÖZÜNƏ, QƏLƏMİNƏ VƏ İNSANLIĞINA SADİQ ÖMÜR YOLU! DOĞUM GÜNÜNÜZ MÜBARƏK!
10-11-2026, 21:07
Gülnara Həmidova: ŞAHİN BABAYEVİN ƏZİZ XATİRƏSİ QƏLBİMİZDƏ DAİM YAŞAYACAQ – BİR İLİN AĞRISI, BİR ÖMRÜN UNUDULMAZ İZLƏRİ...
Xərçəng ölüm göstəricisində liderə çevirilir: Səbəb nədir? - Professor danışır
Yaxın illərdə xərçəng xəstəliyi ölüm göstəricisinə görə ürək-damar xəstəliklərini geridə qoya bilər. Bu barədə rusiyalı tibb elmləri doktoru, cərrah və Xərçəngə Qarşı Beynəlxalq İttifaqın direktorlar şurasının üzvü Mayra Kaleflini bildirib. Onun sözlərinə görə, 2030-cu ilə qədər xərçəngdən ölüm halları ürək-damar xəstəliklərindən olan ölümləri üstələyə bilər.
Professor Adil Qeybulla isə Qaynarinfo-ya açıqlamasında xərçəng xəstəliyinin artım dinamikasının tamamilə məntiqli olduğunu vurğulayıb. Onun sözlərinə görə, bu xəstəliyin yaranmasında əsas rol oynayan faktorlar kanserogen maddələrdir və onların orqanizmdə toplanması getdikcə artır:
"Süni qidalar, keyfiyyətsiz yağlar, çirklənmiş atmosfer havası, zərərli vərdişlər - siqaret və qəlyan istifadəsi, iri şəhərlərdə avtomobillərin buraxdığı qazlar, kənd təsərrüfatında istifadə olunan pestisidlər və digər kimyəvi maddələr xərçəngin yaranmasına və inkişafına şərait yaradır".
Ekspert qeyd edib ki, ətraf mühitin çirklənməsi artıq qlobal miqyas alıb:
"Məsələn, Amazon hövzəsində anakonda dərisindən götürülən nümunələrdə belə pestisid izləri aşkarlanıb. Bu isə göstərir ki, zərərli maddələr təbiətin ən uzaq nöqtələrinə qədər yayılıb. Belə şəraitdə xərçəng xəstəliyinin artması tam təbii prosesdir".

Professor əlavə edib ki, xərçəngin tam aradan qaldırılması ilə bağlı fikirlər reallıqdan uzaqdır:
"Nə qədər ki, yer üzündə həyat var, xərçəng də olacaq. Kim iddia edirsə ki, bu xəstəliyin tam dərmanı tapılacaq, o, prosesin mahiyyətini tam anlamır. Xərçəng orqanizmdə nəzarətdən çıxmış hüceyrə inkişafıdır".
Bununla belə, Adil Qeybulla vurğulayıb ki, müalicə sahəsində mühüm irəliləyişlər əldə olunur:
"Müasir tibbdə xərçəngin müalicəsi istiqamətində ciddi nailiyyətlər var. Yeni metodlar, dərmanlar tətbiq olunur. Lakin bu, xəstəliyin tam aradan qalxması demək deyil - xərçəng mövcuddur və artmaqda davam edir".
Bahar Rüstəmli























































