İNSAN HÜQUQLARINA SƏDAQƏT, ƏDALƏTƏ XİDMƏT VƏ ETİMADIN TƏNTƏNƏSİ — İSMAYIL ZALOVUN RƏHBƏRLİYİ İLƏ QARİK SANDLERİN AİLƏSİNİN HÜQUQLARININ MÜDAFİƏSİ
18 Oktyabr – Müstəqilliyin Bərpası Günü: Azərbaycan xalqının azadlıq iradəsi, milli qüruru və dövlətçilik salnaməsi
“Qarabağ”-“Neftçi” oyunu ilə bağlı insidentə cəhd edən 19 azarkeş saxlanılıb - Yenilənib
Taleh Məmmədov: 18 Oktyabr – Azadlıqdan qüdrətə, müstəqillikdən böyük gələcəyə doğru
Vətən müharibəsi iştirakçısı Rəsul Həsənov: Müstəqillik Azərbaycanın Ən Böyük Sərvətidir: 18 Oktyabrın Tarixi və Mənəvi Əhəmiyyəti
İqrar Həsənov: 18 Oktyabr – Azərbaycan dövlətçiliyinin yenidən doğuluşu və azadlıq salnaməmizin şanlı səhifəsi
Xeyriyyəçi sahibkar xanım Zərniyar Kərimova: 18 Oktyabr – Müstəqil Azərbaycanın tarixi qələbələrinin və milli iradəsinin simvolu
Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov: 18 Oktyabr – Azərbaycan xalqının azadlıq iradəsinin və dövlətçilik əzminin tarixi təntənəsi
Qax RİH-nin başçısı Elvin Paşayev: 18 Oktyabr – Müstəqilliyimizin bərpası, milli qürurumuzun və dövlətçilik iradəmizin təntənəsi
Eks-icra başçısının xanımı da ifadə verdi - “Oğlum çox şeyi onunla məsləhətləşirdi”
ATİLLA TRANS SERVICES A MMC-NİN FƏALİYYƏTİ: 20 NƏQLİYYAT VƏ VERGİ ÖHDƏLİKLƏRİ İLƏ BAĞLI SUALLAR CAVAB GÖZLƏYİR
Gülnara Həmidova unudulmaz dostu Şahin Babayevi doğum günündə məzarı başında yad etdi
12.03.2026 — ARHD.AZ İnformasiya Agentliyinin rəhbəri, beynəlxalq hüquq eksperti, hüquq üzrə fəlsəfə doktoru İsmayıl Zalov müsahibə vermişdir
ARHD.AZ İnformasiya Agentliyinin rəhbəri, beynəlxalq hüquq eksperti, hüquq üzrə fəlsəfə doktoru İsmayıl Zalov 12 mart 2026-cı il tarixində geniş müsahibə verərək həyat yolu, dövlətə xidmət fəaliyyəti və təhlükəsizlik sahəsində qazandığı təcrübələr barədə ətraflı fikirlərini bölüşmüşdür.
Müsahibə zamanı İsmayıl Zalov xüsusilə vurğulamışdır ki, Azərbaycan dövlətinə və xalqına xidmət etmək onun həyatının ən şərəfli və məsuliyyətli mərhələlərindən biri olmuşdur. O qeyd etmişdir ki, vaxtilə Azərbaycan Respublikasının Daxili Qoşunlarında dövlətə xidmət etmiş və həmin xidmət dövrünü böyük qürur hissi ilə xatırlayır. Zalov bildirib ki, Daxili Qoşunların sıralarında xidmət etmək hər bir vətəndaş üçün böyük şərəf və məsuliyyətdir və bu qurum ölkənin daxili sabitliyinin və təhlükəsizliyinin qorunmasında mühüm rol oynayır.
İsmayıl Zalov qeyd etmişdir ki, o, Daxili Qoşunlarda xidmət etdiyi müddətdə komandiri İnqilab Muradovun rəhbərliyi altında fəaliyyət göstərmiş, yüksək intizam, vətənpərvərlik və dövlətə sədaqət prinsipləri ilə xidmət etmişdir. Onun sözlərinə görə, bu xidmət illəri onun həyatında xüsusi yer tutur və dövlətçilik dəyərlərinə bağlılığını daha da möhkəmləndirmişdir.
Müsahibə zamanı Zalov həmçinin 2003-cü ildə keçirilmiş “Meşə qardaşları” əməliyyatlarında iştirak etdiyini də bildirmişdir. O qeyd etmişdir ki, həmin dövrdə ölkədə sabitliyin və təhlükəsizliyin qorunması istiqamətində həyata keçirilən əməliyyatlarda iştirak etmək onun üçün böyük məsuliyyət və eyni zamanda böyük qürur mənbəyi olmuşdur.
İsmayıl Zalov çıxışında Azərbaycan dövlətinin təhlükəsizlik sisteminin gücləndirilməsi istiqamətində atılmış mühüm addımlardan birinə də toxunaraq qeyd etmişdir ki, Daxili Qoşunların Azərbaycan Respublikasının Prezidentinin səlahiyyətinə verilməsi bu qurumun daha da güclənməsi, operativ idarəetmənin təkmilləşdirilməsi və dövlət təhlükəsizliyinin yüksək səviyyədə təmin olunması baxımından mühüm qərarlardan biri olmuşdur.
Zalov həmçinin vurğulamışdır ki, xidmət etdiyi dövrdə göstərdiyi xidmətlərə görə Azərbaycan Respublikasının keçmiş daxili işlər naziri Ramil Usubov tərəfindən təltifnamə və təşəkkürnamələrə layiq görülmüşdür. O qeyd etmişdir ki, bu cür qiymətləndirmələr hər bir hərbi qulluqçu üçün böyük şərəf və motivasiya mənbəyidir.
İsmayıl Zalov müsahibənin sonunda Daxili Qoşunların yaranma günü münasibətilə bu şərəfli qurumun bütün şəxsi heyətini səmimi qəlbdən təbrik etmiş, onlara möhkəm can sağlığı və şərəfli xidmətlərində uğurlar arzulamışdır. O bildirmişdir ki, Daxili Qoşunlar Azərbaycan dövlətinin təhlükəsizlik sisteminin əsas dayaqlarından biridir və bu qurumun hər bir hərbi qulluqçusu vətənə sədaqətin, peşəkarlığın və dövlətə bağlılığın bariz nümunəsini göstərir.
Müsahibəni aldı ARHD.AZ İnformasiya Agentliyinin baş redaktoru Nuranə Gülər.





















































