Menu
Xəbər Lenti
“Sabah”ın oyunu var
28-07-2026, 12:01

“Sabah”ın oyunu var

“Azeri Light” ucuzlaşdı
28-07-2026, 11:30

“Azeri Light” ucuzlaşdı

Çində iki zəlzələ oldu
28-07-2026, 11:26

Çində iki zəlzələ oldu

Güclü külək əsir
27-07-2026, 11:36

Güclü külək əsir

Başsağlığı
25-07-2026, 14:20

Başsağlığı

Əsl dəniz havasıdır!
25-07-2026, 11:51

Əsl dəniz havasıdır!

12 Mart 2026 09:54Manşet / İqtisadiyyat

“Aztelekom” ilk dəfə günəş enerjisi ilə işləyən stansiyalarını istismara verdi

 

AZCON Holding şirkətlərindən olan “Aztelekom” MMC telekommunikasiya infrastrukturunun dayanıqlığını artırmaq və alternativ enerji həllərini genişləndirmək istiqamətində yeni mərhələyə başlayıb.

“Qafqazinfo” xəbər verir ki, şirkət ilk dəfə olaraq Kürdəmir rayonunun Qarasaqqal və Mollakənd kəndlərində yerləşən GPON (Qiqabit Tutumlu Passiv Optik Şəbəkə) OLT (Optik Xətt Terminalı) stansiyalarında günəş enerjisi sistemlərini quraşdıraraq alternativ enerji qida mənbəyi formalaşdırıb.

Layihə çərçivəsində hər iki stansiyada 5 kVt gücündə günəş enerji sistemi quraşdırılıb. Qarasaqqal kəndində mövcud OLT stansiyası iki qrup 12V/100A AGM batareya ilə inteqrasiya olunmuş günəş panelləri vasitəsilə alternativ enerji ilə təmin olunub. Mollakənd kəndində isə dörd 48V/50A litium batareya ilə təchiz edilmiş 5 kVt-lıq günəş sistemi istismara verilib. Layihələr üzrə planlama, tikinti və istismara təhvil prosesi tamamlanıb.

Tətbiq olunan həllər nəticəsində enerji təchizatında sabitlik gücləndirilib, kənar enerji kəsintilərinin xidmətə təsir riski azaldılıb və GPON şəbəkəsinin fasiləsiz fəaliyyəti əlavə təminat altına alınıb. Alternativ enerji sistemlərinin qurulması əməliyyat xərclərinin optimallaşdırılmasına və karbon emissiyalarının azalmasına da imkan yaradıb.

Qeyd edək ki, “Aztelekom” 2026-cı il ərzində bərpa olunan enerji mənbələrinin tətbiqini digər ərazilərdə mərhələli şəkildə genişləndirməyi planlaşdırır.