Lənkəran ŞİH başçısı şəhid Aqşin İbadov, Emil Şıxəlizadə və Etiram Hüseynlinin məzarını ziyarət edib
Rövşən Məmmədov – milli dəyərlərə sədaqət, dövlətçilik mövqeyi və xeyirxahlıq ənənələrinə bağlılıq
Lənkəranda Prezident cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə dair ümumrayon müşavirəsi keçirilib
Xətai rayonunda "20 Oktyabr – Energetiklər Günü" münasibətilə tədbir keçirilib+VİDEO
Şagirdlərin riyaziyyata marağını artıran yeni layihə – interaktiv təlimlər başladı
Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən elan edilmiş Təhsildə inkişaf və innovasiyalar üzrə IX qrant müsabiqəsinin qalibi olmuş “Riyaziyyat İnteraktiv Öyrənmə” layihəsi çərçivəsində təlimlərin keçirilməsinə başlanılıb.
Layihənin məqsədi 5-7-ci sinif şagirdlərinin riyaziyyat fənninə marağını artırmaq, anlayışlarını dərinləşdirmək və təlim göstəricilərini yaxşılaşdırmaq üçün PhET platformasındakı azərbaycan dilinə tərcümə edilmiş interaktiv simulyasiyalardan mütəmadi və strukturlaşdırılmış şəkildə istifadə olunmasını təmin etməkdir.
Layihə çərçivəsində 5-7-ci sinifdə təhsil alan 20 nəfər şagird üçün Phet platforması üzərindən 16 həftə boyunca həftədə 2 dəfə hər həftə 1.5 saat olmaqla ümumilikdə 48 saatlıq praktiki məşğələlər keçirilir. Təlimlərə başlamazdan əvvəl isə şagirdlərin mövcud bilik səviyyəsinin müəyyənləşdirilməsi məqsədilə test imtahanı keçirilib və əldə olunan nəticələrə əsasən müvafiq təlim proqramı hazırlanıb.
Təlimlər yekunlaşdıqdan sonra nəticələrin ölçüləbilən olması məqsədilə yenidən test imtahanı keçiriləcək.
Xatırladaq ki, layihə Bakı şəhər 279 nömrəli tam orta məktəbinin riyaziyyat müəllimi Anar Əhədli tərəfindən icra olunur.
Xezertv.info


























































