Menu
Xəbər Lenti
Qalibin ədaləti...
30-08-2026, 19:31

Qalibin ədaləti...

Dieqo Rosa “Qarabağ”da
30-08-2026, 14:23

Dieqo Rosa “Qarabağ”da

Faktiki hava - Açıqlandı
30-08-2026, 14:09

Faktiki hava - Açıqlandı

Abubakarın yeni klubu
29-08-2026, 17:21

Abubakarın yeni klubu

Bakıda güclü külək əsir
29-08-2026, 16:55

Bakıda güclü külək əsir

27 Fevral 2026 10:55Manşet / Dünya

ABŞ hərbçiləri hədəfi qarışdırdılar - Öz gömrükçülərinin dronunu vurdular

 

ABŞ hərbçiləri lazer-silah vasitəsilə Texasda ölkənin Gömrük Sərhəd Xidmətinin PUA-sını (Pilotsuz Uçuş Aparatı - dron) vurublar.

Oxu.Az-ın xəbərinə görə, bu barədə "Associated Press" (AP) məlumat verib.

Bildirilib ki, hadisə El-Paso yaxınlığında baş verib və ABŞ Konqresinin üzvlərinin diqqətini cəlb edib.

"Bizim bu xəbərdən "başımız fırlanır" ki, Pentaqon Gömrük-Sərhəd Xidmətinin dronunu vurub", - deyə ABŞ Nümayəndələr Palatasının Nəqliyyat və İnfrastruktur Komitəsinin üzvləri qeyd ediblər.

ABŞ Federal Mülki Aviasiya Administrasiyası (FAA) hadisənin baş verdiyi ərazidə hava məkanını bağlayıb.

Xatırladaq ki, oxşar hadisə bir neçə həftə əvvəl Texasda baş vermişdi. ABŞ nəqliyyat naziri Şon Daffi Pentaqon və FAA-nın ölkənin hava məkanını pozan və Meksika narkokartelinə məxsus olduğu iddia edilən dronu zərərsizləşdirdiyini açıqlamışdı.

Lakin bir sıra ABŞ KİV-nin məlumatına görə, əslində lazer texnologiyalarından sərhədçilərin dronlarla səhv saldığı şarlara qarşı istifadə edilib.