Hər kəs öz hekayəsinin qəhrəmanıdır... Qalibin yaşı olmur... Kiçik qəhrəmanın Böyük yolu
Qaradağ rayon Qobustan qəsəbəsində itkin düşmüş Şəhid Cəlal Abdullayevin anım günü keçirildi
Şuşa Dövlət Dram Teatrında Şəhid kapitan Əli Abbasquluzadə və kəşfiyatçı Elman Əliyevin mövlud günü tədbiri keçirildi
Geofizika və Geologiya İdarəsinin rəisi Ziya Rəhimov-Neftçi əməyinə ehtiram, dövlətçilik ənənələrinə sədaqət
20 sentyabr – Azərbaycanın Dövlət Suverenliyi Günü milli qürur və dövlətçilik tariximizin şərəfli səhifəsidir
Adı Epşteyn sənədlərində qəsdən gizlədilib?
Prezident Donald Trampın adının yer aldığı bəzi Ceffri Epşteyn sənədlərinin “qəsdən ictimaiyyətdən gizlədildiyi” iddialarının ardından ABŞ Ədliyyə Nazirliyi bu sənədlərin mövcudluğunu araşdıracağını açıqlayıb.
“Qafqazinfo” xəbər verir ki, nazirlik xüsusilə demokratların Trampın adını çəkən sənədlərin açıqlanmadığı yönündəki iddialarına cavab olaraq yazılı açıqlama yayıb.
Bildirilib ki, bütün sənədlər müvafiq qanunlara uyğun olaraq açıqlandığı halda, bəzi sənədlər qurbanların məlumatlarını ehtiva etdiyindən etiketlənib və müvəqqəti olaraq gizlədilib:
“Prezident Trampın adının çəkildiyi bəzi sənədlərin qəsdən gizlədildiyi iddialarını araşdırırıq. Baxış prosesi zamanı hər hansı bir sənədin düzgün etiketlənmədiyi və qanunauyğun olduğu müəyyən edilərsə, həmin sənədlər qanunauyğun şəkildə açıqlanacaq”.
Ağ Evin açıqlamasında isə qeyd olunub ki, Tramp bu prosesdə heç bir səhv etməyib. Nazirliyin “hər hansı sənədin redaktə olunub-olunmadığını araşdıracağıq” bəyanatı xüsusilə diqqət çəkib.
ABŞ Konqresindəki demokratlar isə Ədliyyə Nazirliyini Trampla bağlı Epşteyn sənədlərini ictimaiyyətə açıqlamamaqda günahlandıraraq, “Epşteyn Sənədlərinin Şəffaflığı Qanunu” çərçivəsində sənədlərin açıqlanmasını tələb ediblər.























































