Əhaliyə “nüvə zərbəsi” bildirişləri göndərdilər - Dünyada “qiyamət günü” panikası - Fotolar
Batmanlı kürd iş qadını Muazzez Baktaş: “Regional təcrübədən beynəlxalq investisiya baxışına”
Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasından Prezident İlham Əliyevə məktub ünvanlanıb
Azərbaycan və Türkiyə qardaşlığının çağdaşlıq və dövlətçilik idealları: Settar Kaya Prezident İlham Əliyevə təşəkkür məktubu ünvanlayıb
Adının hallandığı “Epşteyn işi”ndən danışdı
ABŞ-nin keçmiş dövlət katibi Hillari Klinton qalmaqallı maliyyəçi Ceffri Epşteynlə hər hansı əlaqəsinin olması barədə iddiaları qəti şəkildə təkzib edib.
“Qafqazinfo” xəbər verir ki, Klinton sosial media hesabında Epşteynin cinayətlərindən xəbərsiz olduğunu və onun adasına heç vaxt baş çəkmədiyini bildirib.
Keçmiş dövlət katibi vurğulayıb ki, maliyyəçi ilə hər hansı görüşünü xatırlamır, onun təyyarəsində uçmayıb, evinə və ya ofislərinə getməyib.
“Bunlara əlavə edəcək başqa bir şeyim yoxdur”, – deyə Klinton Epşteyn və köməkçisi Qislayn Maksvellin cinayət əməlləri barədə məlumatsız olduğunu qeyd edib.
Xatırladaq ki, bu ilin yanvar ayında Bill və Hillari Klinton cütlüyü Epşteyn işi üzrə istintaqda ifadə verməkdən imtina etmişdilər. Ötən ilin noyabrında isə Prezident Donald Tramp Ədliyyə Departamentindən demokratların Epşteynlə əlaqələrinin araşdırılmasını tələb etmişdi.
Ağ Ev və Demokratlar Partiyası istintaqı siyasi manipulyasiya adlandırsa da, Epşteynin sənədlərində yer alan bəzi materiallar, o cümlədən Klintona aid olduğu iddia edilən fotoşəkillər müzakirə mövzusu olaraq qalır.























































