Ticarətdən birgə istehsala: Azərbaycan və Mərkəzi Asiya arasında yeni iqtisadi model
Deputat: Müasir Azərbaycan müstəqil siyasət həyata keçirir, nəqliyyat, enerji və siyasi layihələri inkişaf etdirir
Dövlətə və dövlətçiliyə sədaqətli xidmətin nümunəsi – Taleh Məmmədova ad günü təbriki!
“Heydər Əliyev - Azərbaycan fenomeninin uydurulmamış tarixi” kitabı xarici müəllifin Azərbaycan həqiqətlərinə baxışıdır
Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının - Yeni tərkibi
Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkiyə, Rusiya, İrlandiya, İsrail və Azərbaycan — Bakıda bir ideya ətrafında səkkiz ölkə
“Epşteyn sənədləri”ndə COVID-19-la bağlı - Şok məktub
Son zamanlar dünya gündəmində olan amerikalı maliyyəçi Ceffri Epşteynin işi üzrə sənədlərdə pandemiyanın müzakirə olunduğu məktub aşkar edilib.
“Qafqazinfo” xəbər verir ki, müzakirələr COVID-19 pandemiyası başlamazdan üç il əvvəl, 2017-ci ildə aparılıb.
Söhbət amerikalı milyarder Bill Qeytsə ünvanlanmış və daha sonra Epşteynə yönləndirilmiş yazışmadan gedir.
Sözügedən yazışmada pandemiyanın modelləşdirilməsi üçün tövsiyələrin və texniki həllərin işlənib hazırlanması müzakirə edilib. Belə ki, məktubun müəllifi Qeytsə həmkarları ilə birlikdə yerinə yetirilməsi planlaşdırılan tapşırıqlar siyahısının və analitik materialların hazırlanması barədə məlumat verib.
Təklif olunan tapşırıqlar arasında təhlükəli virusların yayılmasının proqnozlaşdırılması ilə bağlı bənd də var. Bu təklif səhiyyə, tibbi məlumatların qorunması və ABŞ əhalisinin müalicə xərclərinin təhlilinə aid layihələr kontekstində xatırlanır.
Qeyd edək ki, C.Epşteyn ABŞ Ədliyyə Departamentinin cinsi istismar, pedofiliya və fahişəlik şəbəkəsi yaratmaq ittihamları ilə həbs olunmuş və 2019-cu ildə həbsxanada ölü tapılmışdı. Bir neçə gün əvvəl isə Ədliyyə Departamenti “Epşteyn işi” ilə bağlı genişmiqyaslı arxiv məlumatlarını ictimaiyyətə açıqlayıb.























































