TUBUXANIM QASIMZADƏ ASİYA ELMLƏR AKADEMİYASININ MÜXBİR ÜZVÜ SEÇİLİB - AZƏRBAYCAN ELMİNİN NÖVBƏTİ UĞURU
Lənkəranda keçirilən “Yerli Təlim Kursu 2026” (Local Training Course 2026) layihəsi uğurla başa çatıb
OQTAY MƏSİMOV – YERLİ ÖZÜNÜİDARƏETMƏDƏ MƏSULİYYƏT, XALQA XİDMƏT VƏ GÖYGÖLÜN GƏLƏCƏYİNƏ YÖNƏLƏN İNKİŞAF MƏRAMI
Vətəndaş ödəniş etdi, 2-3 saat sonra avtomobili XƏBƏRSİZ GÖTÜRÜLDÜ — Azərmaşın bu münasibətinə KİM CAVAB VERƏCƏK?
ŞÜKRAN VƏ MİNNƏTDARLIQ DOLU GÖZ YAŞLARI — DÖVLƏT QAYĞISI, İNSANLIQ VƏ TƏMƏNNASIZ HÜQUQİ DƏSTƏYİN TƏSİRLİ TƏZAHÜRÜ!
MSİM və Harvardın dövlət sektoru rəhbərləri üçün təlim proqramı başa çatdı - Fotolar
Dərin hüznlə başsağlığı
Azərbaycan Respublikası Jurnalistlər Birliyinin üzvi, Azərbaycan Televiziya və Radio verilişləri Qapalı Səhmdar cəmiyyətininnin 40 il ərzində fəaliyyət göstərən redaktoru, Ahıl Jurnalist kimi adı kitaba düşmüş, saysız -hesabsiz verilişlərin həm müəllifi,həm aparıcısı, həm də redaktoru olmus, dövlət tərəfindən yaradıcılıq mükafatlarına layiq görülmüş, dəyərli Jurnalistimiz-Lutfiyyə Yəhyazadəni itirdik. Dəyərli ziyalı, Mehriban ana, qayğıkeş ictimai sima! Qeyd edək ki, Lutfiyyə xanımın iki övladi var. Qız övladı onun yolunu davam etdirən-ssenarist, rejissor Ülkər Yəhyazadədir.Ailəsinə və yaxınlarına dərin hüznlə baş sağlığı veririk.
Allah rəhmət etsin. Məkanı cənnət olsun.
Qeyd edək ki, Lutfiyyə xanım ziyalı, jurnalist olmaqla bərabər həm də bir xeyriyyəçi idi. Diqqətə və qayğıya ehtiyacı olan hər bir kəsə kömək etməyə, maddi, mənəvi dayaq olmağa çalışırdı.İnsanlara gözəl məsləhətlər verir və istənilən vəziyətdən çıxış yolu tapmağa kömək edirdi .
Bu ağır itki həm ailəyə, həm yaxınlara, həm də onu tanıyan hər kəsə böyük hüzn gətirmişdir. Lütfiyyə xanımın həyat boyunca göstərdiyi mərhəmət, qayğıkeşlik və səmimiyyət onu tanıyanların yaddaşında daim yaşayacaq.
Hər bir insanın həyatda öz izi, xatirəsi olur və Lütviyyə xanım da dəyərlərinə sadiq, ailəsinə bağlı, vətənpərvər və mərhəmətli bir insan kimi xatırlanacaq. Onun saf qəlbi, nurlu siması və xoş xasiyyəti yaxınları üçün əvəzsiz bir dəstək və xatirə olmuşdur. Bu çətin gündə yaxınlarına səbir, dözüm və Allahdan qüvvət arzulayırıq.
Uca Allahdan Lutfiyyə Yəhyazadə Əlisaab qızına rəhmət diləyir, məkanının cənnət, ruhunun şad olmasını niyaz edirik. Onun xatirəsi bizdə daim yaşayacaq və biz onu hörmət və ehtiramla anacağıq.
Ulusestv.az internet televiziyasının kollektivi adından dərin hüznlə başsağlığı verir, ailəsinə səbir diləyirik.
Ulusestv.az internet televiziyasının kollektivi adından dərin hüznlə başsağlığı verir, ailəsinə səbir diləyirik.























































