Azərbaycan Respublikasında kənd təsərrüfatının, o cümlədən arıçılığın inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir
Masallıda 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış üç qəhrəmanın doğum günü ehtiramla qeyd olundu.
Lökbatan hövzəsi üzrə gətirici kanalizasiya kollektoru və tullantı sutəmizləyici qurğu tikilir
Xətai rayon İcra Hakimiyyətində 22 İyul – Azərbaycan Milli Mətbuatı və Jurnalistika Günü münasibətilə tədbir keçirilib.
Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatı 22 İyul - Milli Mətbuat Günü münasibətilə tədbir keçirib.
Hikmət Məmmədov – xeyriyyəçiliyi, vətənpərvərliyi və işgüzarlığı ilə seçilən nüfuzlu şəxsiyyət
İbrahim Cəfərov – Azərbaycan aqrar elminin inkişafına töhfə verən alim və təşkilatçı
“Səyyar Gənclər Xidməti” layihəsi növbəti dəfə Ağsu gəncləri üçün yeni imkanlar yaradıb
Əmanətlərin Sığortalanması Fondunun rəsmiləri EFDI-ın illik görüşündə iştirak edib
Jalə Ağakişi: Milli mətbuatın inkişafı dövlətçiliyimizin və milli düşüncəmizin ayrılmaz tərkib hissəsidir
"Merhemet.TV"-nin rəhbəri Gülnara Həmidova: Milli mətbuat cəmiyyətin inkişafının və həqiqətin ən etibarlı tribunasıdır
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov: Milli mətbuat dövlətçiliyimizin, milli həmrəyliyimizin və ictimai inkişafımızın etibarlı dayağıdır
İşıqlı ömrün əbədi xatirəsi – Ədalət Rüstəmin əziz xatirəsinə
17 yanvar 2026-cı il Azərbaycan tibb ictimaiyyəti üçün dərin kədər və böyük itki günü kimi yadda qaldı. Tanınmış həkim, tibb üzrə fəlsəfə doktoru, Azərbaycan Tibb Universitetinin dosenti Ədalət Rüstəm haqq dünyasına qovuşdu. Onun vəfat xəbəri həm həmkarlarını, həm tələbələrini, həm də minlərlə pasiyentini sarsıtdı.
Ədalət Rüstəm ömrünü insan sağlamlığının keşiyində dayanmağa həsr etmiş ziyalı, peşəsinə vurğun, Hippokrat andına sadiq bir həkim idi. O, yalnız bilikli alim və bacarıqlı mütəxəssis kimi deyil, həm də yüksək insani keyfiyyətləri ilə seçilirdi. Onun mülayim davranışı, xəstələrinə göstərdiyi diqqət və qayğı, tələbələrinə aşıladığı bilik və dəyərlər hər zaman hörmətlə xatırlanacaq.
Uzun illər ərzində Azərbaycan Tibb Universitetində çalışaraq yüzlərlə gənc həkimin yetişməsində mühüm rol oynamış, tibb elminin inkişafına dəyərli töhfələr vermişdir. Elmi araşdırmaları, məqalələri və pedaqoji fəaliyyəti ilə o, Azərbaycan səhiyyəsində özünəməxsus iz qoymuşdur.
Ədalət Rüstəmin həyatı insanlara xidmət nümunəsi idi. O, ağrını azaltmağı, ümidi artırmağı, şəfanı yaymağı özünə amal seçmişdi. Bu gün onun yoxluğu ağırdır, lakin xatirəsi daim yaşayacaq. Onun yetişdirdiyi tələbələr, sağaltdığı xəstələr və qoyduğu mənəvi irs ən böyük təsəllimizdir.
Mərhumun ailəsinə, doğmalarına, yaxınlarına və bütün tibb ictimaiyyətinə dərin hüznlə başsağlığı verir, Allahdan ona rəhmət diləyirik. Ruhu şad, məkanı cənnət olsun.
Ehtiramla, Həsən Ağsulu























































