Menu
Xəbər Lenti
16 oyunda 68 qol vuruldu
Bugün, 12:35

16 oyunda 68 qol vuruldu

BAŞSAĞLIĞI
Dünən, 10:44

BAŞSAĞLIĞI

Belçika da “yox” dedi
17-03-2026, 09:38

Belçika da “yox” dedi

T Ə B R İ K
16-03-2026, 11:27

T Ə B R İ K

26 Fevral 2026 17:01Manşet / Gündəm / Sosial

Dərin hüznlə başsağlığı

 

Azərbaycan Respublikası Jurnalistlər Birliyinin üzvi, Azərbaycan Televiziya və Radio verilişləri Qapalı Səhmdar cəmiyyətininnin 40 il  ərzində fəaliyyət göstərən redaktoru, Ahıl Jurnalist kimi adı kitaba düşmüş, saysız -hesabsiz verilişlərin həm müəllifi,həm aparıcısı, həm də redaktoru olmus, dövlət tərəfindən yaradıcılıq mükafatlarına layiq görülmüş, dəyərli Jurnalistimiz-Lutfiyyə Yəhyazadəni itirdik. Dəyərli ziyalı, Mehriban ana, qayğıkeş  ictimai sima! Qeyd edək ki, Lutfiyyə xanımın iki övladi var.  Qız övladı onun yolunu davam etdirən-ssenarist, rejissor Ülkər Yəhyazadədir.Ailəsinə və yaxınlarına dərin hüznlə baş sağlığı veririk.

Allah rəhmət etsin. Məkanı cənnət olsun.

Qeyd edək ki, Lutfiyyə xanım ziyalı, jurnalist olmaqla bərabər həm də bir xeyriyyəçi idi. Diqqətə və qayğıya ehtiyacı olan hər bir kəsə kömək etməyə, maddi, mənəvi dayaq olmağa çalışırdı.İnsanlara gözəl məsləhətlər verir və istənilən vəziyətdən çıxış yolu tapmağa kömək edirdi .
Bu ağır itki həm ailəyə, həm yaxınlara, həm də onu tanıyan hər kəsə böyük hüzn gətirmişdir. Lütfiyyə xanımın həyat boyunca göstərdiyi mərhəmət, qayğıkeşlik və səmimiyyət onu tanıyanların yaddaşında daim yaşayacaq.

Hər bir insanın həyatda öz izi, xatirəsi olur və Lütviyyə xanım da dəyərlərinə sadiq, ailəsinə bağlı, vətənpərvər və mərhəmətli bir insan kimi xatırlanacaq. Onun saf qəlbi, nurlu siması və xoş xasiyyəti yaxınları üçün əvəzsiz bir dəstək və xatirə olmuşdur. Bu çətin gündə yaxınlarına səbir, dözüm və Allahdan qüvvət arzulayırıq.

Uca Allahdan Lutfiyyə Yəhyazadə Əlisaab qızına rəhmət diləyir, məkanının cənnət, ruhunun şad olmasını niyaz edirik. Onun xatirəsi bizdə daim yaşayacaq və biz onu hörmət və ehtiramla anacağıq.

Ulusestv.az internet televiziyasının kollektivi adından dərin hüznlə başsağlığı verir, ailəsinə səbir diləyirik.

Ulusestv.az internet televiziyasının kollektivi adından dərin hüznlə başsağlığı verir, ailəsinə səbir diləyirik.