Xeyirxahlığı və vətənpərvərliyi ilə seçilən nümunəvi iş adamı – “Sultan” marketlər şəbəkəsinin rəhbəri Mehman müəllim
Ömrünü elmə və səhiyyəyə həsr edən ziyalı xanım – Səlimova Ofeliya Miryusif qızının 80 illik yubileyi
Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının təşəbbüsü ilə Tibb İşçilərinin Peşə Bayramına həsr olunmuş tədbir keçirilib
İlham Əliyev Bakıda İslam İnkişaf Bankı Qrupunun illik toplantılarının açılış mərasimində iştirak edib
İlham Əliyev Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumların rəhbər şəxslərini qəbul edib
Gəncənin Su Təchizatının İnkişafına və Əhalinin Rahatlığına Xidmət Edən Rəhbər – Şöhrəddin Verdiyev
Səhiyyəyə həsr olunan peşəkar fəaliyyət- 1 saylı Kliniki Tibbi Mərkəzin direktoru Musa Abbasov
İnsan sağlamlığına həsr olunan fədakar fəaliyyət-Siyəzən RMX-nın direktoru Nərgiz Əliyeva
Elxan Yaqubov – Sahibkarlıq, tibb və maarifçilik fəaliyyətini uğurla birləşdirən ziyalı
Ağ xalatın məsuliyyət yükünü şərəflə daşıyan rəhbər – Elçin Bilalovun fədakarlıq yolu
"Ədalət mühakiməsi hüququ" adlı dərs vəsaiti çap olunub
Milli Aviasiya Akademiyasının dəstəyi ilə hüquq elmləri doktoru, professor Firuzə Abbasova, hüquq elmləri doktoru, professor Ayxan Rüstəmzadə və hüquq elmləri doktoru Fərdin Xəlilovun müəllifliyi ilə "Ədalət mühakiməsi hüququ" adlı kitab işıq üzü görüb.
Oxu.Az xəbər verir ki, bu barədə Məhkəmə-Hüquq Şurası məlumat yayıb.
Bildirilib ki, vəsait Azərbaycan Respublikasında ədalət mühakiməsinin nəzəri və praktiki aspektlərinə həsr olunub. Kitabda ədalət mühakiməsinin anlayışı, müasir məhkəmə-hüquq islahatları, məhkəmələrin fəaliyyətində informasiya texnologiyalarının, rəqəmsallaşmanın və süni intellekt sistemlərinin perspektivləri və ədalət mühakiməsinin həyata keçirilməsinə dair əsas müddəalar təqdim olunub.
Vəsaitdə həmçinin ədalətli məhkəmə araşdırması hüququnun institusional və prosessual təminatları, Azərbaycan Respublikasının məhkəmə sistemi, hakimlərin və ədalət mühakiməsinin digər iştirakçılarının hüquqi statusu, Məhkəmə-Hüquq Şurasının fəaliyyəti, ədalət mühakiməsinin etik aspektləri oxucuya anlaşılan dildə izah edilib.
Dərs vəsaitindən tələbələrlə yanaşı, hakimlər, prokurorluq və digər hüquq-mühafizə orqanları əməkdaşları, vəkillər, elmi tədqiqatçılar, eləcə də ədalət mühakiməsi ilə maraqlanan digər şəxslər faydalana bilərlər.
Kitabın məsləhətçisi Məhkəmə-Hüquq Şurasının Aparat rəhbəri Kərəm Mansurov, rəyçiləri isə Məhkəmə-Hüquq Şurasının üzvü, hüquq elmləri doktoru, professor Azər Cəfərov və Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin sədri, hüquq elmləri doktoru, professor Fərhad Abdullayevdir.
Vəsait hüquq ictimaiyyətinə ilk dəfə 20 fevral 2026-cı il tarixində baş tutmuş Azərbaycan Hakimlərinin II Forumunda təqdim edilib.





















































