Menu
Xəbər Lenti
Neftimiz bahalaşdı
Bugün, 11:49

Neftimiz bahalaşdı

DYP-dən xəbərdarlıq
Bugün, 11:43

DYP-dən xəbərdarlıq

Avropaya köçür
Bugün, 11:18

Avropaya köçür

"Korrupsiya haqqında"
Dünən, 10:33

"Korrupsiya haqqında"

Cənubunsəsi təqdim edir
6-05-2026, 14:24

Cənubunsəsi təqdim edir

01 Noyabr 2023 07:25Manşet / Gündəm

Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib

 

2023-cü il oktyabrın 31-də Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib.

Bu barədə Məhkəmə-Hüquq Şurası məlumat yayıb.

Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov çıxışında ədalət mühakiməsi və məhkəmə sisteminin təkmilləşdirilməsi üzrə qarşıda duran vəzifələri diqqətə çatdırıb, bu istiqamətdə görülmüş işlər barədə məlumat verib. Sonra hakimlər tərəfindən təqdim olunmuş təkliflər müzakirəyə çıxarılıb.

İclasda məhkəmə fəaliyyətinin ayrı-ayrı istiqamətləri ilə bağlı məruzələr dinlənilib, bir sıra hüquqi akt layihələrinə dair fikir mübadiləsi aparılıb, habelə hakimlərin fəaliyyətinin qiymətləndirilməsi məsələlərinə baxılıb.

Daha sonra iclasda təqaüdə yola salınan hakim uzun illər məhkəmə sistemində öz fəaliyyəti ilə ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına əhəmiyyətli töhfə verdiyinə görə fəxri fərmanla təltif edilib.

Bizimlə əlaqə saxlayın