Hər kəs öz hekayəsinin qəhrəmanıdır... Qalibin yaşı olmur... Kiçik qəhrəmanın Böyük yolu
Qaradağ rayon Qobustan qəsəbəsində itkin düşmüş Şəhid Cəlal Abdullayevin anım günü keçirildi
Şuşa Dövlət Dram Teatrında Şəhid kapitan Əli Abbasquluzadə və kəşfiyatçı Elman Əliyevin mövlud günü tədbiri keçirildi
Geofizika və Geologiya İdarəsinin rəisi Ziya Rəhimov-Neftçi əməyinə ehtiram, dövlətçilik ənənələrinə sədaqət
20 sentyabr – Azərbaycanın Dövlət Suverenliyi Günü milli qürur və dövlətçilik tariximizin şərəfli səhifəsidir
Xeyriyyəçi, vətənpərvər xanım Zərniyar Kərimova - Vətən sevgisi, dövlətçilik ruhu və neftçi əməyinə ehtiram
Hər bir müraciət qeydiyyata alınaraq problemlərin aradan qaldırılması istiqamətində aidiyyəti üzrə müvafiq göstəriş və tapşırıqlar verilib
Sirli Zorro Rançosu ilə bağlı araşdırma başlayır
Nyu-Meksiko qanunvericiləri milyarder Ceffri Epşteynin Zorro Rançosunda baş verənlərlə bağlı tam araşdırmanın başlaması üçün qanunu qəbul edib.
“Qafqazinfo” xəbər verir ki, Ranço Epşteynin qadınlara və qızlara qarşı cinsi istismar iddiaları ilə bağlı adıçəkilən mülklərindən biridir.
İkipartiyalı komitə Santa Fe şəhərindən təxminən 30 mil cənubda yerləşən rançoda sağ qalanların ifadələrini toplayacaq. Yerli sakinlər və ranço qonaqları da ifadə verməyə çağırılıb. Araşdırma Epşteynin Nyu-Meksikoda uzun illər “məsuliyyətsiz” fəaliyyət göstərməsinin səbəblərini üzə çıxarmağı hədəfləyir.
Komitəyə verilən ifadələr gələcək məhkəmə işlərində istifadə edilə bilər. Zərərçəkmişlərin vəkilləri araşdırmanı alqışlayaraq, əvvəlki federal araşdırmaların Zorro Rançosunu əhatə etmədiyini bildiriblər.
Demokratların rəhbərlik etdiyi araşdırma Epşteynin rançoda və digər mülklərində etdiyi iddia olunan cinayətləri üzə çıxarmağa yönəlir və federal orqanların əvvəllər diqqət yetirmədiyi hadisələri işıqlandırmaq məqsədi daşıyır.
Araşdırmanın ilkin nəticələri iyul ayında, yekun hesabat isə ilin sonunda açıqlanacaq.
Qeyd edək ki, Zorro Rançosu Ceffri Epşteynə məxsus Nyu-Meksiko ştatında yerləşən geniş mülkdür. Ranço 10 min akrdan (1 akr 40 sota bərabərdir – red.) çox ərazini əhatə edir.
Burada Epşteynin müxtəlif zəngin və nüfuzlu şəxsləri qəbul etdiyi, həmçinin, bir sıra zərərçəkmiş qadınlara qarşı cinsi istismar halları baş verdiyi iddia olunur. Məlumatlara görə, ranço “VIP qonaqlar üçün” və bəzi hallarda “çoxsaylı cinsi istismar hadisələrinin baş verdiyi” məkan kimi tanınıb.
Zorro Rançosu yalnız böyük bir mülk deyil, Epşteynin cinsi istismar şəbəkəsi ilə bağlı iddialarda və federal araşdırmalarda mühüm yer tutan sirli və geniş mülkiyyət sahəsidir.
Epşteynin mülkü istifadə edərək, qadınları süni mayalanma və ya digər yollarla hamilə qoymağı planlaşdırdığı iddia olunur. Zorro Rançonun bir növ “körpə yetişdirmə fabriki” kimi nəzərdə tutulduğunu bildirilir.























































