“Kibermühitdə bu günün şifrəli sirr tarixçəsi sabahın açıq kitabıdır” - DTX-nin rəis müavini
ŞÜKRAN SOLTANOV – ADINA, AMALINA VƏ MƏNƏVİ DÜNYASINA LAYİQ YAŞAYAN, VƏTƏNİNƏ, İNSANLIĞA VƏ ALLAHININ LÜTFÜNƏ ŞÜKÜR EDƏN BƏNDƏ!
ŞÜKRAN SOLTANOV – MƏRHƏMƏTİN, QAYĞININ, DİQQƏTİN VƏ İNSANLIĞIN BİR ADI! HƏYATIN AĞIR SINAQLARINDAN UĞUR ZİRVƏSİNƏ UZANAN ŞƏRƏFLİ ÖMÜR YOLU
Qax RİH-nin başçısı Elvin Paşayev: 17 NOYABR – MİLLİ DİRÇƏLİŞ GÜNÜ, TARİXİ YADDAŞDAN MÜASİR AZƏRBAYCANIN QÜDRƏTİNƏ DOĞRU
Yazı makinasından süni intellektə: Azərbaycanda özəl tibbin və tibbi maarifləndirmənin ilk şahidi – Dr. Davud Qüdrətovun xatirələri
İcbari sığorta müqavilələri üzrə bildirişlər artıq “mygov” vasitəsilə də təqdim olunur
Vətənpərvər iş adamı Eldəniz Zeynalov: 17 NOYABR – MİLLİ DİRÇƏLİŞ GÜNÜ: XALQIN TARİXƏ YAZDIĞI AZADLIQ SALNAMƏSİ!
Biznes xərclərindən də millər qazandıran “ABB AZAL Miles Business” kartları təqdim olundu
Lənkəran ŞİH başçısı Taleh Qaraşov: MİLLİ DİRÇƏLİŞ GÜNÜ – AZƏRBAYCANIN MÜSTƏQİLLİK YOLUNDA MİLLİ İRADƏNİN VƏ TARİXİ QƏTİYYƏTİN TƏNTƏNƏSİ
Gələcəyin şəhərlərinə gənclərdən innovativ baxış: “İnsanyönümlü şəhərlər” hakatonu başa çatıb
Azərbaycan Avropanın yaşıl enerji gələcəyinin etibarlı tərəfdaşlarından biri olacaq
"Böyük Qayıdış" Gənclər Təşkilatı Gənclər Günü münasibətilə bir sıra tədbirlər keçirib
2 Fevral - Azərbaycan Gəncləri Gününə həsr olunmuş silsilə tədbirlər çərçivəsində təşkilat nümayəndələrinin və üzv gənclərin iştirakı ilə Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarı ziyarət edilib. Gənclər dahi şəxsiyyətin əziz xatirəsini ehtiramla yad edərək məzarı önünə gül dəstələri qoyublar.
Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə "Böyük Qayıdış" Gənclər Təşkilatı tərəfindən Gənclər Gününə həsr olunmuş silsilə tədbirlər çərçivəsində təşkilatın fəaliyyətində aktivlik göstərən üzv gənclərin, Qayıdış Könüllülərinin və Təcrübə Proqramının iştirakçılarının təltifetmə mərasimi keçirilib.
Mərasimdə Gənclərin İnkişaf və Karyera Mərkəzinin Baş direktoru Azər Əliyev, Azərbaycan Respublikasının Gənclər Fondunun şöbə müdiri İsmayıl Süleymanov və “Böyük Qayıdış” Gənclər Təşkilatının sədr vəzifəsini müvəqqəti icra edən Hikmət Qaffarov çıxış edərək, hər il ölkəmizdə təntənəli surətdə Azərbaycan Gəncləri Günü kimi qeyd edilən bu əlamətdar tarixin uzaqgörən siyasətçi, dahi lider Heydər Əliyevin adı ilə bağlı olmasını diqqətə çatdırıblar. Qeyd olunub ki, əsası Ulu Öndər tərəfindən qoyulan gənclər siyasətinin əsas hədəflərindən biri gənclərin cəmiyyət həyatının bütün sahələrində aktiv iştirakını təmin etmək olub. Ümummilli Liderin layiqli siyasi varisi və davamçısı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev hazırda gənclər siyasətini qətiyyətli və uğurlu şəkildə icra edir. Bu uğurlu siyasətin nəticəsi olaraq Azərbaycan gəncliyi Vətən müharibəsi dövründə istər ön cəbhədə, istər arxa cəbhədə, istərsə də informasiya müharibəsində aktiv şəkildə iştirak edərək gücünü göstərib. Həmçinin o da vurğulanıb ki, bu gün ərazi bütövlüyü və suverenliyi tam bərpa olunmuş ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Qalib xalqın gəncləri bu gün cəmiyyətimizin ən fəal hissəsi kimi ölkənin sosial-iqtisadi və ictimai-siyasi həyatında yaxından iştirak edirlər. İşğaldan azad olunmuş ərazilərimizin dirçəldilməsində, əzəli torpaqlarımızda həyatın yenidən bərpa olunmasında və Böyük Qayıdış prosesində gənclərin aktiv iştirakı ilə bağlı gözləntilər də böyükdür. Təltiflərdən sonra tədbir yaradıcı gənclərin təqdimatında bədii hissə ilə davam edib.
Tədbirlər planına uyğun olaraq "Qayıdış Könüllüləri" Proqramının “Cəbrayıl Könüllüləri” qrupunun iştirakı ilə Cəbrayıl şəhərində yerləşən Mehdi Mehdizadə adına tam orta məktəbdə intellektual yarış keçirilib. Baş tutan yarış zamanı iştirakçılar müxtəlif sualları cavablandıraraq məntiqi düşünmə və komanda işi bacarıqlarını nümayiş etdiriblər. Sonda bütün iştirakçılara sertifikatlar təqdim olunub, qaliblər isə mükafatlandırılıb.


























































