Dövlətə sədaqətlə xidmət edən rəhbər: Şəmkir Elektrik Şəbəkəsinin rəisi Mehman Xəlilovun fəaliyyəti
Vahid aylıq müavinət kimlərə verilir? - Dövlət Komitəsindən açıqlama vahid-ayliq-muavinet-kimlere-verilir
... O, hər kəsin şairi idi, uşaqların, gənclərin, böyüklərin qəlbinə yol tapan incə qəlbli söz sərrafı idi...
"Sabimed" Sağlıq və Turizm şirkətindən növbəti xeyirxah addım – Türkiyədə müalicə alan körpəyə hərtərəfli dəstək
Elşad Abbasov – sosial məsuliyyəti, xeyriyyəçiliyi və milli dəyərlərə bağlılığı ilə seçilən nüfuzlu rəhbər
Silahlı Qüvvələr Gününə həsr olunmuş “Hədəf 12” gənclər arasında atıcılıq turniri keçirilib.

“Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə Bakı Atıcılıq Mərkəzində 26 iyun - Silahlı Qüvvələr Gününə həsr olunmuş “Hədəf 12” gənclər arasında atıcılıq turniri keçirilib.
Gənclər tərəfindən böyük maraqla qarşılanan, artıq dördüncü ildir ki, həyata keçirilən turnirin təşkilində əsas məqsəd hərbi-vətənpərvərlik hissinin aşılanması, bu idman növünə marağın artırılması və gənclərin asudə vaxtının səmərəli təşkil edilməsidir.
Bu il turnirə 300-dən çox gənc müraciət edib. Müraciəti müsbət dəyərləndirilmiş 100 nəfərə yaxın gənc komandalar şəklində turnirə qatılaraq qalibiyyət uğrunda mübarizə aparıb.
Turnirdən öncə gənclər peşəkar təlimçilər tərəfindən silahla davranış qaydaları, silahdan təhlükəsiz istifadə, müxtəlif hərəkətli və dayanıqlı hədəflərə atış, dəqiq nişanalma və digər təməl bacarıqlar haqqında ətraflı məlumat əldə ediblər. Gənc qazilər turnirin formatına uyğun olaraq komanda kapitanı və təlimatçı kimi yarışa qatılıblar. 15 komandanın iştirak etdiyi 2 mərhələdən ibarət turnirdə ən çox hədəfi vuran “Fatehlər” komandası qalib elan olunub, “Zərbə” və “Zəfər” müvafiq olaraq 2-ci və 3-cü yerləri tutublar. Həmçinin ən yüksək nəticə ilə turnirin “Sərrast atıcı”sı müəyyənləşib.
Mükafatlandırma mərasimində iştirak edən Azərbaycan Respublikasının Gənclər Fondunun Gənclər təşkilatları ilə iş şöbəsinin müdiri Orduxan Qəhrəmanzadə, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Baş Direktoru Azər Əliyev və “Böyük Qayıdış” Gənclər Təşkilatının sədri Nail Şükürov qalibləri kubok, medal və sertifikatlarla təltif edib, onlara hədiyyələr təqdim ediblər.
Təşkilat tərəfindən Silahlı Qüvvələr Gününə həsr olunmuş silsilə tədbirlər çərçivəsində Azərbaycan Hərb Tarixi Muzeyinə ekskursiya təşkil olunub. Ekskursiyada iştirak edən gənclər açıq səma altında qoşun növləri üzrə hərbi texnikadan ibarət ekspozisiyanı, muzeyin daxilində isə qədim dövrlərdən bu günə kimi hərb tariximizə aid eksponatların nümayiş olunduğu zalları ziyarət ediblər. Muzey əməkdaşı tanklar, PDM və KDM, təyyarə və helikopterlər, HHM vasitələri, HDQ silah və sursatları, gəmilər, artilleriya və zenit qurğuları haqqında məlumat verərək iştirakçıların suallarını cavablandırıblar.








Xezertv.info























































