Bu sevda Vətən sevdasıdır... XTQ-nin cəsur döyüşçüsü, Şuşa fatehi Zaur Ələkbərovun qəhrəman obrazı
Masallı qaz idarəsindən şikayət: “Heç bir rəsmi xəbərdarlıq edilmədən qazımız kəsildi” -VIDEO
ZAQATALA RAYONU, MAZIX KƏNDİNDƏ NƏZARƏTSİZLİK TƏHLÜKƏLİ HƏDDƏ ÇATIB - SÜRÜCÜLƏR HƏR GÜN RİSK ALTINDADIR -VİDEO
Sözün, zəkanın və insanlığın 50 illik işıqlı yoluna ehtiramla – Təyyar Yəhyayevə yubiley təbriki
Aztürk Holding-in təşkilatçılığı ilə 28 May – Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib.
Milli geyim sənayesinin inkişafına töhfə verən rəhbər – Bakı Tikiş Evinin direktoru Fədai Rəhimov
Dövlətinə sədaqətlə xidmət edən peşəkar rəhbər – “Aran” Regional Enerji Təchizatı və Satış İdarəsinin rəisi Zülfi Ağayev
Dövlətinə və xalqına sədaqətlə xidmət edən rəhbər – “Azərişıq” ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satış İdarəsinin rəisi Nəriman Mahmudov
"Sistemdə ciddi islahatlara ehtiyac var" - Kənd təsərrüfatı üzrə subsidiyalar niyə effektiv deyil?
Dəhşətə salan görüntü: Milyarder Ceff Bezosun raketi Floridada sınaq zamanı partladı
Gənclərin İnkişaf və Karyera Mərkəzi tərəfindən regionlarda Müstəqillik Günü münasibətilə tədbirlər təşkil olunub
YAP İsmayıllı Rayon Təşkilatının sədri Zaur Muradovun 28 May – Müstəqillik Günü Münasibətilə təbriki və dövlətçilik dəyərlərinə sədaqət nümunəsi
Vaqif Abdullayev: 28 MAY siyasi təqvimdə Türk tarixi üçün uğur hekayəsi sayıla bilər.
İsmayıllı RİH-nin başçısı Nahid Bağırov 28 May – Müstəqillik Günü münasibəti ilə təbriki
Azərbaycanın aqrar inkişaf strategiyası: Prezident İlham Əliyevin kənd təsərrüfatı və su təhlükəsizliyi siyasəti
Səhiyyədə peşəkarlıq və humanizm nümunəsi – Gəncə Şəhər Birləşmiş Xəstəxanasının direktoru İlkin İsmayılov
NAYORA 20 Yanvar faciəsinin 36-ci ildönümü ilə əlaqədarbir sıra tədbirlər keçirib
Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi ilə, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (NAYORA) tərəfindən 20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş tədbirlər təşkil olunub.
Tədbirlər 20 Yanvar faciəsində canlarından keçən şəhidlərimizin əziz xatirəsini anmaq məqsədilə Şəhidlər Xiyabanına təşkil olunan yürüşlə başlayıb. Gənclər təşkilatlarının rəhbər və nümayəndələri, həmçinin Tələbə Gənclər Təşkilatlarının üzvlərinin iştirakı ilə baş tutan tədbir zamanı ölkəmizin suverenliyi və müstəqilliyi uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsini hörmət və ehtiramla yad edilib. Qəhrəmanlarımızın xatirəsini anmaq üçün “Əbədi məşəl” abidəsinin önünə və şəhidlərin məzarlarına gül dəstələri düzülüb.
O cümlədən, Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) və “Böyük Qayıdış” Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinin anım gününə həsr olunmuş “20 Yanvar: Tarix, Yaddaş və Milli Şüur” adlı panel müzakirəsi keçirilib. Tədbir Dövlət Himninin səsləndirilməsi və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə açıq elan edilib. Açılış nitqi ilə çıxış edən NAYORA-nın sədri Rafael Hacıbəyli və digər natiqlər çıxışlarında qeyd ediblər ki, 20 Yanvar yalnız faciə deyil, həm də xalqımızın mübarizlik və qəhrəmanlıq simvoluna çevrilmiş bir tarixdir. Xüsusilə qeyd olunub ki, faciədən dərhal sonra Ümummilli Lider Heydər Əliyev həyati təhlükəsizliyini riskə ataraq sovet rəhbərliyinin məsuliyyətini açıq şəkildə bəyan etmiş, xalqımıza qarşı törədilən terror aktını dünya ictimaiyyətinin diqqətinə çatdırmışdır. Bu cəsarətli mövqe, 20 Yanvar hadisələrinə verilən ilk siyasi-hüquqi qiymət kimi tarixə düşmüşdür. Bütün bu tarixi proseslərin məntiqi nəticəsi olaraq, 2020-ci ilin sentyabrında başlayan 44 günlük Vətən müharibəsi Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun 8 noyabrda əldə etdiyi möhtəşəm Zəfərlə yekunlaşmış, torpaqlarımızın uzun illər davam edən işğalına son qoyulub. Bu tarixi Qələbə ilə həm 20 Yanvar faciəsi, həm də Qarabağ müharibəsi şəhidlərinin qanı yerdə qalmayıb.
Daha sonra gənclərlə aparılan müzakirələr zamanı 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə əli silahsız dinc əhalinin vəhşicəsinə qətlə yetirilməsinin, tökülmüş nahaq qanların Azərbaycan xalqının müstəqillik uğrunda mübarizə əzmini qıra bilmədiyini vurğulanıb.
Qeyd edək ki, tədbirlərin keçirilməsində məqsəd 20 Yanvar faciəsinin tarixi və siyasi əhəmiyyətini gənclər təşkilatları arasında daha geniş şəkildə təbliğ etmək, şəhidlərimizin əziz xatirəsini ehtiramla anmaq, gənc nəslin milli-mənəvi dəyərlərə, vətənpərvərlik ruhuna və dövlətçilik ideyalarına bağlılığını gücləndirmək, eyni zamanda xalqımızın müstəqillik və azadlıq uğrunda apardığı mübarizənin gələcək nəsillərə doğru və dolğun şəkildə çatdırılmasını təmin etməkdir.
Xezertv.info
































































