Bu sevda Vətən sevdasıdır... XTQ-nin cəsur döyüşçüsü, Şuşa fatehi Zaur Ələkbərovun qəhrəman obrazı
Masallı qaz idarəsindən şikayət: “Heç bir rəsmi xəbərdarlıq edilmədən qazımız kəsildi” -VIDEO
ZAQATALA RAYONU, MAZIX KƏNDİNDƏ NƏZARƏTSİZLİK TƏHLÜKƏLİ HƏDDƏ ÇATIB - SÜRÜCÜLƏR HƏR GÜN RİSK ALTINDADIR -VİDEO
Sözün, zəkanın və insanlığın 50 illik işıqlı yoluna ehtiramla – Təyyar Yəhyayevə yubiley təbriki
Aztürk Holding-in təşkilatçılığı ilə 28 May – Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib.
Milli geyim sənayesinin inkişafına töhfə verən rəhbər – Bakı Tikiş Evinin direktoru Fədai Rəhimov
Dövlətinə sədaqətlə xidmət edən peşəkar rəhbər – “Aran” Regional Enerji Təchizatı və Satış İdarəsinin rəisi Zülfi Ağayev
Dövlətinə və xalqına sədaqətlə xidmət edən rəhbər – “Azərişıq” ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satış İdarəsinin rəisi Nəriman Mahmudov
"Sistemdə ciddi islahatlara ehtiyac var" - Kənd təsərrüfatı üzrə subsidiyalar niyə effektiv deyil?
Dəhşətə salan görüntü: Milyarder Ceff Bezosun raketi Floridada sınaq zamanı partladı
Gənclərin İnkişaf və Karyera Mərkəzi tərəfindən regionlarda Müstəqillik Günü münasibətilə tədbirlər təşkil olunub
YAP İsmayıllı Rayon Təşkilatının sədri Zaur Muradovun 28 May – Müstəqillik Günü Münasibətilə təbriki və dövlətçilik dəyərlərinə sədaqət nümunəsi
Vaqif Abdullayev: 28 MAY siyasi təqvimdə Türk tarixi üçün uğur hekayəsi sayıla bilər.
İsmayıllı RİH-nin başçısı Nahid Bağırov 28 May – Müstəqillik Günü münasibəti ilə təbriki
Azərbaycanın aqrar inkişaf strategiyası: Prezident İlham Əliyevin kənd təsərrüfatı və su təhlükəsizliyi siyasəti
Səhiyyədə peşəkarlıq və humanizm nümunəsi – Gəncə Şəhər Birləşmiş Xəstəxanasının direktoru İlkin İsmayılov
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası 27 Sentyabr – 44 günlük Şanlı Zəfərimizin 5- ci ildönümü ilə əlaqədar Anım Günü münasibətilə silsilə tədbirlər təşkil edib
Xezertv.info xəbər verir ki, Gənclər təşkilatlarının rəhbərləri, nümayəndələri və tələbə gənclərin iştirakı ilə Anım Günü münasibətilə Zəfər abidəsi ziyarət olunub. 2000-dən çox gəncin iştirak etdiyi yürüş zamanı şəhidlərimizin əziz xatirəsi dərin hörmət və ehtiramla yad edilib, abidə önünə gül dəstələri qoyulub.
Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, NAYORA və Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının birgə təşkilatçılığı ilə tədbirlər çərçivəsində xarici gənclərin iştirakı ilə “Unity in Remembrance: Azerbaijan’s Story for the World” adlı tədbir keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və 44 günlük Vətən müharibəsində canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.
Tədbirdə NAYORA-nın sədri Rafael Hacıbəyli, Polkovnik leytenant, 44 günlük Vətən Müharibəsinin iştirakçısı Muraz Sadıqov, Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının Proqram meneceri Gülüstam Kərimli çıxış ediblər. Natiqlər öz çıxışlarında 44 günlük Vətən müharibəsinin gedişi, Azərbaycan xalqının milli həmrəyliyi, ordumuzun şücaəti və Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə əldə edilən tarixi Qələbənin əhəmiyyəti barədə fikirlərini bölüşüblər. Onlar həmçinin şəhidlərimizin qəhrəmanlığını, qazilərimizin fədakarlığını və bu zəfərin gələcək nəsillər üçün əbədi örnək olduğunu vurğulayıblar. Xarici gənclər tədbirdə iştirak edərək Azərbaycanın tarixində 44 günlük müharibənin rolu, xalqın birlik və həmrəyliyi, eyni zamanda post-müharibə dövründə həyata keçirilən bərpa və sülh quruculuğu addımları barədə geniş məlumat alıblar. Tədbirdə gənclər arasında interaktiv sual-cavab sessiyası ilə davam edib.
Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, NAYORA-nın və “Böyük Qayıdış” Gənclər Təşkilatı İctimai Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən tədbirlər silsiləsi çərçivəsində Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsini yad etmək və qazilərimizin göstərdiyi qəhrəmanlığa hörmət ifadə etmək məqsədilə onların ailələri ziyarət olunub. Ziyarət çərçivəsində Vətən müharibəsinin şəhidlərinin ailələri ilə görüşlər keçirilib, şəhidlərimizin əziz xatirəsi ehtiramla yad olunub. Görüşlər zamanı vurğulanıb ki, 44 günlük Vətən müharibəsində Müzəffər Ordumuzun qəhrəmanlığı nəticəsində Qarabağ və digər işğal altındakı torpaqlarımız azad olundu və bu Qələbə Azərbaycan tarixində əbədi iz qoydu.
Şəhid ailələri dövlətimizin daim onların yanında olduğunu qeyd edərək, şəhid övladlarının qəhrəmanlığı ilə fəxr etdiklərini bildiriblər. Onlar həmçinin, qazanılan tarixi Qələbənin hər bir azərbaycanlının həyatında xüsusi önəm daşıdığını və övladlarının bu Zəfərdə payı olduğu üçün qürur duyduqlarını ifadə ediblər. Görüşlər zamanı şəhidlərimizin döyüş yolundan, həyat hekayələrindən, gənc yaşlarından daşıdıqları vətənpərvərlik və mübarizlik ruhundan danışılıb. Onların Ali Baş Komandan İlham Əliyevin çağırışına böyük qürurla qoşularaq Vətən uğrunda canlarını fəda etməsi xüsusi olaraq vurğulanıb. Qeyd edək ki, layihə 44 gün müddətində davam edəcək.
Eyni zamanda, ölkənin gənclər və könüllü təşkilatları 44 günlük Vətən müharibəsinin 5-ci ildönümü ilə bağlı beynəlxalq təşkilatlara bəyanat ünvanlayıblar.
Bəyanatda vurğulanır ki, 2020-ci ildə qazanılmış tarixi Zəfər Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün tam bərpası ilə nəticələnmiş, əsrlərə yazılacaq qəhrəmanlıq səhifəsi yaratmışdır. Bu qələbə ölkə başçısının dəmir iradəsi, şəhidlərimizin canı, qazilərimizin fədakarlığı və xalqımızın birliyi sayəsində mümkün olmuşdur. Azərbaycan gəncliyi şəhidlərimizin müqəddəs xatirəsi qarşısında baş əyir və onların qəhrəmanlığını gələcək nəsillərə ötürməyi özünün ən ali vəzifəsi hesab edir.




























































