Xəbər Lenti
Dünən, 12:24
Xeyirxahlığı və vətənpərvərliyi ilə seçilən nümunəvi iş adamı – “Sultan” marketlər şəbəkəsinin rəhbəri Mehman müəllim
19-06-2026, 17:48
Ömrünü elmə və səhiyyəyə həsr edən ziyalı xanım – Səlimova Ofeliya Miryusif qızının 80 illik yubileyi
19-06-2026, 17:39
Biləcəri qəsəbəsi 297 nömrəli orta məktəbin 10B sinif məzunlarının 50 illik yubileyi böyük sevinc və nostalji hisslərlə qeyd olundu
19-06-2026, 11:36
“Kinolardakı driftləri təkrarlamaq istəyirlər” - 16 yaşlılara hansı halda icazə var?
18-06-2026, 18:48
Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının təşəbbüsü ilə Tibb İşçilərinin Peşə Bayramına həsr olunmuş tədbir keçirilib
18-06-2026, 16:01
İlham Əliyev Bakıda İslam İnkişaf Bankı Qrupunun illik toplantılarının açılış mərasimində iştirak edib
18-06-2026, 14:46
İlham Əliyev Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumların rəhbər şəxslərini qəbul edib
Suraxanı rayonunda xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün Yeni il şənliyi keçirilib

Suraxanı rayonunda xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün Yeni il şənliyi keçirilib
Dekabrın 24-də Dövlət Məşğulluq Agentliyinin, Sosial Xidmətlər Agentliyinin, Suraxanı Rayon İcra Hakimiyyətinin və “Ballı” Marketlər Şəbəkəsinin birgə təşkilatçılığı ilə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün Yeni il şənliyi keçirilib.
Bayram şənliyində Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev, Bakı Regional Məşğulluq filialının müdiri Habil Alıyev, Sosial Xidmətlər Agentliyinin Bakı regional filialının müdiri Rafiq Zamanov, “Ballı” Marketlər Şəbəkəsinin müdiri Elman Əsədov, RİHB-nin və Bakı Regional Məşğulluq filialının müavinləri və digər qonaqlar iştirak ediblər.
Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev çıxış edərək qarşıdan gələn 31 Dekabr- Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı münasibəti bütün balaları təbrik edib, onlara ən səmimi arzularını çatdırıb. 24 dekabr tarixinin həmçinin Şanlı qələbəmizin memarı, Ali Baş Komandan cənab İlham Əliyevin doğum gününə təsadüf etdiyini vurğulayan RİH başçısı dövlət başçımıza uzun ömür və möhkəm cansağlığı, ölkəmizin bundan sonra da tərəqqisi, təhlükəsizliyi və vüsətli inkişafı naminə həyata keçirdiyi ali dövləti fəaliyyətində yeni-yeni uğurlar və nailiyyətlər arzulayıb.
Tədbirdə Bakı Regional Məşğulluq filialının müdiri Habil Alıyev, Sosial Xidmətlər Agentliyinin Bakı regional filialının müdiri Rafiq Zamanov, “Ballı” Marketlər Şəbəkəsinin müdiri Elman Əsədov da çıxış edərək ölkəmizin firavan və xoşbəxt gələcəyi naminə uşaq və yeniyetmələrlə bağlı həyata keçirilən dövlət siyasətindən, xüsusi qayğıya ehtiyacı olan şəxslərə göstərilən dövlət qayğısından, bu sahədə görülən işlərdən danışıblar.
Bayram şənliyində animatorların, Şaxta baba və digər personajların əyləncəli proqramları, təşkil olunmuş oyunlar və yarışmalar, eləcə də hazırlanmış hədiyyələr uşaqlara əsl bayram əhval-ruhiyyəsi yaşadıb.





















































