Xəbər Lenti
Dünən, 15:32
MKİ direktorunun Rusiyaya məxfi səfəri: ABŞ kəşfiyyatının bir nömrəli şəxsi Moskvada nə axtarırdı?
Dünən, 12:58
Anar Cəfərov – Yol hərəkəti təhlükəsizliyinə məsuliyyətli və peşəkar yanaşmanın nümunəsi
Dünən, 12:48
Əhməd Məmmədov – “İsti-isti” kulinariyanın uğurunda zəhməti və peşəkarlığı ilə seçilən rəhbər
Dünən, 12:27
Mehriban Əliyeva – Dövlətçilik missiyasına sədaqət və Prezident İlham Əliyevin etibarlı silahdaşı
25-08-2026, 21:32
Xeyriyyəçi, Vətənpərvər xanım Zərniyar Kərimova: “Mehriban Əliyeva – mələk simalı qadın”
25-08-2026, 21:18
Mehriban Əliyeva – Azərbaycan mədəniyyətinin və teatr sənətinin inkişafına böyük töhfə verən şəxsiyyət
25-08-2026, 21:08
Mehriban Əliyeva – ictimai-siyasi fəaliyyətin və humanizm dəyərlərinin parlaq nümunəsi
25-08-2026, 15:48
O, hər kəsin Mehribanıdır – hər evdə mərhəmətə, ümidə və xeyirxahlığa açılan bir pəncərə var onun simasında...
25-08-2026, 14:53
Beynəlxalq hüquq müdafiəçisi İsmayıl Zalov Gəncə Ağır Cinayətlər Məhkəməsində şəffaf və obyektiv məhkəmə prosesini yüksək qiymətləndirdi
Dekabrın 24-də Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev 76 №-li tam orta məktəbdə Hövsan qəsəbəsinin sakinləri ilə görüşüb

Suraxanıda Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyevin səyyar görüşləri davam edir
Dekabrın 24-də Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev 76 №-li tam orta məktəbdə Hövsan qəsəbəsinin sakinləri ilə görüşüb.
Görüşdə RİHB-nin müavinləri və şöbə müdirləri, qəsəbə nümayəndəsi və bələdiyyə sədri, dövlət orqanlarının yerli idarələrinin və xidmət sahələrinin rəhbərləri, qəsəbə sakinləri iştirak ediblər.
Rayon İcra hakimiyyətinin başçısı Adil Əliyev sakinləri qarşıdan gələn 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təbrik edib, xalqımıza sabitlik və əmin-amanlıq şəraitində yaşamağı, müstəqil dövlətimizin daha da qüdrətlənməsini arzulayıb.
O, həmçinin, son illər ölkədə həyata keçirilən genişmiqyaslı islahatlardan danışaraq bildirib ki, həm iqtisadi, həm də sosial sahəni əhatə edən islahatlar arasında əhalinin sosial müdafiəsi xüsusi yer tutur. RİH başçısı qeyd edib ki, Prezident cənab İlham Əliyev öz çıxışlarında dəfələrlə vurğulayıb ki, həyata keçirilən islahatların əsas məqsədi Azərbaycan vətəndaşının rifah halının yaxşılaşdırılmasıdır. Adil Əliyev eyni zamanda rayonda aparılan abadlıq-quruculuq işləri haqqında da ətraflı məlumat verib.
Səyyar görüş zamanı Hövsan qəsəbə sakinləri müxtəlif məsələlərlə bağlı müraciətlərini və təkliflərini səsləndiriblər. Qaldırılan problemlərdən araşdırma tələb edən məsələlərlə bağlı aidiyyəti qurumlara konkret tapşırıqlar verilib və nəzarətə götürülüb.























































