Xəbər Lenti
31-08-2026, 15:27
31 AVQUST 2026 — İSMAYIL ZALOVDAN BAŞ PROKURORLUĞUN FƏALİYYƏTİNƏ YÜKSƏK QİYMƏT: ƏDALƏT, ŞƏFFAFLIQ VƏ VƏTƏNDAŞA DİQQƏT
30-08-2026, 17:10
İSMAYIL ZALOV: AZƏRBAYCANDA SÖZ AZADLIĞI, DEMOKRATİYA VƏ İNSAN HÜQUQLARININ QORUNMASI DÖVLƏT SİYASƏTİNİN ƏSAS İSTİQAMƏTLƏRİNDƏN BİRİDİR
Pakistanda polis qərargahına hücum, yaralılar var
Pakistanın Pişəvər şəhərində federal polisin qərargahına hücum cəhdi olub.
“Qafqazinfo” yerli “Samaa” telekanalına istinadən xəbər verir ki, hücumda iştirak edən iki terrorçu zərərsizləşdirilib.
Məlumata görə, terrorçuların polis qərargahının binasına daxil olmasına imkan verilməyib. Onlardan biri girişdə özünü partladıb, digəri isə polis əməkdaşları tərəfindən məhv edilib.
Hücum nəticəsində üç polis əməkdaşı ağır yaralanıb. Daha üç nəfər - hüquq-mühafizə orqanlarının iki əməkdaşı və bir mülki şəxs xəsarətlər alıb.























































