Menu
Xəbər Lenti
Bu gün 5 matç var
28-10-2026, 10:30

Bu gün 5 matç var

İsmail Kartal qəza etdi
28-10-2026, 09:33

İsmail Kartal qəza etdi

23 Dekabr 2022 14:04Dünya

Parisdə silahlı hücum nəticəsində azı iki nəfər ölüb, yaralalananlar var VİDEO

Fransanın paytaxtı Parisdə silahlı şəxsin atəş açması nəticəsində iki nəfər həlak olub.

AZƏRTAC BFM telekanalına istinadla xəbər verir ki, hadisə paytaxtın Engien küçəsində yerləşən kürd mədəniyyət mərkəzinin yaxınlığında baş verib.

İnsident nəticəsində, həmçinin dörd nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Həkimlər yaralılardan ikisinin vəziyyətinin ağır olduğunu deyirlər. Cinayəti törətməkdə şübhəli bilinən 69 yaşlı şəxs polis tərəfindən saxlanılıb.

Təhlükəsizlik qüvvələrinin ilkin məlumatına görə, atəş açan şəxs təklikdə hərəkət edib. Hazırda cinayətin motivləri araşdırılır. Prokurorluq faktla bağlı təhqiqata başlayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır