ANIM GÜNÜ İLƏ BAĞLI GİKM-İN REGİONAL NÜMAYƏNDƏLİK VƏ BÖLMƏLƏRİNDƏ SİLSİLƏ TƏDBİRLƏR KEÇİRİLİB
Ağırlıqqaldırma üzrə tələbələr arasında ilk dünya çempionumuz Tehran Məmmədov Vətənə qayıdıb
Xətai rayon ictimaiyyəti 27 Sentyabr – Anım Günü ilə əlaqədar şəhid məzarlarını ziyarət edib
“Avtopilot” MMC-nin rəhbəri İqrar Həsənov: 27 Sentyabr – Yarımçıq qalan arzuların əbədi Vətən hekayəsi
Qusar Rayon Yol İdarəsinin rəisi Güloğlan Əliyev: 27 Sentyabr – Zəfərə aparan yolun müqəddəs yaddaşı
Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi Teymur Hacıyev: 27 Sentyabr – Əbədi yaddaşa çevrilən qəhrəmanlıq
Gəncə şəhər İcra hakimiyyətinin başçısı Niyazi Bayramov: 27 Sentyabr – Bir xalqın qürur və ehtiram günü
Vətənpərvər xanım, xeyriyyəçi Zərniyar Kərimova: 27 Sentyabr – Qəlblərdə yaşayan müqəddəs yaddaş
“Gəncə Körpü Tikinti-2” ASC-nin rəhbəri Aqibət Məmmədov: “27 Sentyabr – Yaddaşdan tarixə, tarixdən gələcəyə”
İş adamı Qəzənfər Niftəliyev: 27 Sentyabr – Xalqın yaddaşında əbədi yaşayan qəhrəmanlıq günü
Arif Rəsulov: 27 Sentyabr – Anım Günü: Şəhidlərin əziz xatirəsi qarşısında baş əyirik
27 Sentyabr – Milli iradənin, xalq birliyinin və qəhrəmanlığın tarixə həkk olunduğu gün
Məcid Məmmədov: 44 günlük vətən müharibəsi milli birliyimizin gücünü bütün dünyaya nümayiş etdirdi
Nuranə Axundova: “Zəfərin Səsi – Qürur Günümüzün Əbədi Nidası”
8 Noyabr – Azərbaycan xalqının tarixində ən şərəfli, ən qürurlu səhifələrdən biridir. Bu tarix təkcə torpaqlarımızın azad edilməsi günü deyil, eyni zamanda xalqımızın birliyinin, dövlətimizin qüdrətinin və milli ruhumuzun təntənəsidir. Zəfər Günü – hər bir azərbaycanlının ürəyində qürurla səslənən, tarix boyu unudulmayacaq bir simvoldur.
Bu Zəfəri qazanmaq üçün xalqımız və dövlətimiz 30 il boyunca möhkəm iradə, sonsuz dözüm və böyük inamla mübarizə apardı. İşğal illərində qəlblərdə bir ümidsizlik deyil, əksinə, sarsılmaz bir əzm, “Bir gün torpaqlarımıza qayıdacağıq” inancı yaşadı. Azərbaycan xalqı heç vaxt məğlubiyyətlə barışmadı. O, hər zaman sülhsevərlik nümayiş etdirdi, lakin eyni zamanda tarixi ədalətin bərpası üçün səbrlə, ümidlə Ali Baş Komandanın əmrini gözlədi.
Və o gün gəldi...
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin dəmir iradəsi, uzaqgörən siyasəti və müdrik qərarları ilə Azərbaycan ordusu 44 gün ərzində tarixi ədaləti bərpa etdi. Qarabağ uğrunda gedən Vətən müharibəsi xalqımızın bir yumruq kimi birləşdiyi, millətin öz gücünə və rəhbərinə sonsuz inamının təntənəsinə çevrildi. Bu qələbənin hər səhifəsində şəhidlərin qanı, qazilərin rəşadəti, anaların duası və xalqın sarsılmaz inamı yazılıb.
Bizə bu qürur gününü bəxş edənlər – Vətən uğrunda canını fəda edən şəhidlər, ölməz qəhrəmanlardır. Onların hər biri bu xalqın yaddaşında əbədi yaşayacaq. Qazilərimizin sinəsində daşıdığı hər yara, azadlıq uğrunda döyüşən hər əsgərin addımı, sanki Qarabağın azad torpağında yenidən səslənir.
Zəfər tariximizi vərəqləmək, bu möhtəşəm yolun qəhrəmanlarını tanıtmaq və gələcək nəsillərə ötürmək bizim mənəvi borcumuzdur. Xüsusilə media işçilərinin üzərinə bu istiqamətdə böyük məsuliyyət düşür. Çünki Zəfərin salnaməsini qələmə almaq, şəhidlərin qəhrəmanlığını dünyaya çatdırmaq, qazilərimizin döyüş yolunu işıqlandırmaq həm peşə, həm də vətəndaşlıq borcudur.
Bu baxımdan 8 Noyabr Zəfər gününə həsr olunmuş proqramlar təkcə qələbənin sevincini yaşatmaq üçün deyil, həm də milli birliyin, dövlət-xalq həmrəyliyinin əyani göstəricisidir. Hər bir veriliş, hər bir reportaj, hər bir süjet – Vətən uğrunda canını fəda edənlərin xatirəsinə ehtiram, gələcək nəsillərə isə vətənpərvərlik dərsidir.
Zəfər Günü təkcə keçmişin deyil, həm də gələcəyin bayramıdır. Çünki bu gün biz artıq azad, müstəqil, qalib Azərbaycan vətəndaşlarıyıq. Qarabağ torpaqları üzərində dalğalanan üçrəngli bayrağımız əbədiyyətə səslənən bir nida kimidir – “Biz qalib xalqıq!”
Zəfərin səsi bu gün də dağlardan, çaylardan, azad edilmiş torpaqlardan eşidilir. Hər daşda, hər ağacda, hər nəfəsdə Vətən sevgisinin, qəhrəmanlığın izi var. Bu səsi qorumaq, yaşatmaq, gələcək nəsillərə ötürmək isə hər birimizin borcudur.
8 Noyabr – Zəfər Günümüz mübarək!
Qoy bu günün ucalığı, bu qələbənin ruhu əbədi yaşasın, xalqımızın qəlbində daim qürurla səslənsin.
Zəfər bizimdir – Zəfər Azərbaycanındır!

























































