Pərvaz Kişiyev məsələsində susqunluq davam edir: LOR həkimi kimi fəaliyyətinin hüquqi əsası niyə açıqlanmır?
Vətənpərvər iş adamı Əliyar Fərzəliyevə 64 yaş tamam olması münasibətilə təbrik...
Gənc media araşdırmaçısı və təşkilatçısı Asim Asif oğlu Abdullayev BTV Xəbərin baş redaktor müavini vəzifəsinə təyin edilib
“Bir” Azərbaycanda ilk süni intellekt əsaslı elektron pulqabı asistentini təqdim etdi
Bilgəhdə tikinti ilə bağlı suallar: “Qazaxlı Faiq” obyektə hansı sənədlərlə rəhbərlik edir?
İSMAYIL ZALOVA BEYNƏLXALQ SƏVİYYƏDƏ YÜKSƏK ETİMAD: HÜQUQ, İNSAN HAQLARI VƏ ŞƏFFAFLIQ PRİNSİPLƏRİNƏ SƏDAQƏT
“Onlarla zarafat etmək olmaz”
“Bu insanlarla zarafat etmək olmaz”.
“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putin və Çin Sədri Si Cinpinə qarşı münasibətini şərh edərkən bildirib.
“Hər ikisi sərtdir. Hər ikisi ağıllıdır. Hər ikisi çox güclü liderdir. Bu insanlarla zarafat etmək olmaz. Onlara çox ciddi yanaşmaq lazımdır. Onlar gəlib “Ah, necə gözəl gündür? Baxın, necə gözəldir. Günəş parlayır, necə də əladır” deyən insanlardan deyillər. Onlar ciddi insanlardır. Onlar sərt və ağıllı liderlərdir”, - o jurnalistin kiminlə əlaqə saxlamağın daha çətin olması ilə bağlı sualını cavablandırarkən deyib.
Tramp həmçinin Putin üçün Alyaskada qırmızı xalça açılması ilə bağlı sualı da cavablandırıb. “Mən hamı üçün qırmızı xalça açıram”, - ABŞ lideri söyləyib.























































