XTQ-nin kəşfiyyatçısı, “Xanış” ləqəbli qəhrəman baş gizir Şərafəddin Xankişiyevlə müsahibə
Ağcabədidə Qarabağ və Şərqi Zəngəzur regionundan olan gənclər üçün “Könlüm Qarabağda, Könlüm Zəngəzurda” düşərgəsi başlayıb.
Sadə dəyişikliklə sağlamlıq: Bir çimdik kakao ilə səhər içdiyiniz kofe daha faydalı ola bilər
Azərbaycan Dillər Universitetinin Tərcümə fakültəsində görkəmli Azərbaycan şairi və dramaturqu Səməd Vurğunun 120 illiyinə həsr olunmuş tədbir keçirilib.
Qərbi Azərbaycan Amasiya rayon İcmasında Özbəkistan və Tacikistandan gələn şairlər, yazıçılarla görüş keçirildi.
6 milyonluq yeyinti edən Abşeron - Xızı regional Təhsil İdarəsinin müdiri İlhamə abdullayeva ilə bağlı ŞOK
Ayda ən azı 20 zeytun yesəniz...
Zeytun 5-11 metr hündürlüyə qədər qalxa bilən həmişəyaşıl zeytun ağacının meyvəsidir. Zeytun meyvəsindən qədim zamanlardan zeytun yağı alınır.
“Qafqazinfo” xəbər verir ki, bu ağac yabanı halda bitmir. Zeytunun vətəni Aralıq dənizi ölkələri hesab edilir. Bu ağacın iki min əvvələr də yetişməsi barədə əlyazmalarda qeydlərə rast gəlinib. Azərbaycanda da qədim zamanlarda zeytunun yetişdirilməsi ilə məşğul olunub. Ən çox da Abşeron bölgəsində zeytun ağacının yetişdilməsi planlı şəkildə həyata keçirilir. Nardaranda 180-200 ildir ki, zeytun yetişdirilir.
Zeytundan istifadə edərkən onun süni şəkildə yaradılmış zeytun olmadığını anlamaq lazımdır. Belə zeytun süni kimyəvi rənglərlə boyanır və onun tərkibində E 579 kimyəvi qatqı var. Bu zeytunun rəngi zil qara və parlaq olur ki, bu da təbii rəng deyil.
Zeytunun tərkibində yüksək keyfiyyətli yağlar var. Bu bitki yağının qida və enerji dəyəri çox yüksəkdir. Zeytunun tərkibini 6% zülallar, 9% liflər, 23% su, pektin maddəsi, 56% yağlar, şəkər, karotin, B, C vitaminləri, kalium, kalsium, qlikozidlərlə zəngindir. Zeytunun tərkibində olan maddələr hüceyrə membranının möhkəmlənməsinə və onun selikli qişasının sağlamlaşmasına səbəb olur.
Zeytun mədənin, mədəaltı vəzin, qaraciyər və ürək-damar sisteminin yaxşılaşmasına səbəb olur. O yaraların sağalmasını sürətləndirir, orqanizmin toksinlərdən və şlaklardan təmizlənməsinə səbəb olur.
Zeytun yemək yaşlı adamların sümük toxumasını möhkəmləndirir və qara ciyər fəaliyyətini yaxşılaşdırır.
Dietoloqlar pasiyentlərinə qara zeytun yeməyi məsləhət bilmir. Bunun dəbəbi isə qara zeytunun tərkibində duzların miqdarının yaşıl zeytuna nisbətən daha az olmasıdır. Onların fikrinə görə pəhriz saxlayanların çoxlu qara zeytun yeməsi mədə yaralarını əmələ gəlməsinə səbəb ola bilir. Ayda ən azı 20 zeytun yemək diş daşlarının, öd kisəsi, sidik kisəsi və böyrəklərdə daşların əmələ gəlməsinin qaşısını alır. Zeytun yağı içmək böyrəklərdəki qumların və duzların tökülməsinə səbəb olur. Zeytun yağı ən keyfiyyətli yağ hesab edilir. Yağın tərkibində olan süzülməmiş yağ turşuları ( stearin, olein, palmitin) qanda xolesterinin miqdarının aşağı düşməsinə, orqanizmin qocalmasının qarşısını alınmasına səbəb olur. Zeytun və zeytun yağı Aralıq dənizi bölgələrinin ən vacib qidalarındandır. Zeyutun yağının tərkibində olan antioksidantlar xərçəng hüceyrələrinin əmələ gəlməsinin qarşısını alır. O dəri və bağırsaq xərçənginin inkişafını ləngidir, öd kisəsinin fəaliyyətini yaxşılaşdırır, qəbizliyi aradan qaldırır, mədənin selikli qişasını bərpa edir. Konservləşdirilmiş zeytun yağı da təbii yollarla əldə edilmiş zeytun yağı qədər orqanizm üçün çox faydalıdır. Zeytun yağını dəri yanıqlarılna, kəsiklərə, sıyrıqlara və ağcaqanad dişləyən nahiyələrə sürtdükdə yaraların sağalması sürtətlənir. Zeytun yağını yumurta sarısı ilə qarışdırıb üzə sürtdükdə dərinin tonusu artır, dəri hüceyrələri təzələnir. Zeytun yağı ilə hazırlanmış şampunlar da saçların sağlamlığının artmasına səbəb olur. Zeytun yarpaqlarından dəmlənmiş çay arterial təzyiqi aşağı salır.
Zeytunun praktikada heç bir zərərinə rast gəlinməyib.
Bəzi hallarda ondan istifadə etmək narahatçılıqlara səbəb olur. Bu isə ən çox özünü xolisistit xəstəliyi zamanı zeytun yağı içdikdə göstərir. Bu zaman ödün ifrazı sürətlənir. Piylənmədən əziyyət çəkənlər zeytundan istifadə edərkən onun miqdarına nəzarət etmələrində fayda var. Qara zeytun yeyərkən diqqətli olmaq lazımdır. Onun texniki işlənməsi zamanı istifadə edilən maddələr orqanizm üçün zərərli ola bilir.























































