Xəbər Lenti
19-11-2024, 08:11
Azərbaycan ədliyyəsi də yeni tarixi mərhələyə qədəm qoyur. Ədliyyə orqanlarının yaradılmasından 106 il ötür
18-11-2024, 09:55
“Böyük Qayıdış” Gənclər Təşkilatı Zəfər Günü və Dövlət Bayrağı Günü ilə bağlı bir sıra tədbirlər həyata keçirib
19 Mrt 12:31Manşet
Bu il Azərbaycandan ərzaq mallarının çıxarılması tənzimlənəcək
Nazirlər Kabineti “Minimum istehlak səbətinin tərkibinə daxil olan bir sıra əsas ərzaq mallarının və onların istehsalında istifadə olunan malların ölkə ərazisindən aparılmasının tənzimlənməsinə dair tədbirlər haqqında” qərar imzalayıb.
Qərara əsasən müəyyən edilib ki, siyahısı bu Qərarın əlavəsi ilə müəyyən edilən ərzaq mallarının və onların istehsalında istifadə olunan malların gömrük ərazisindən aparılması ölkədə mövcud olan ehtiyatlar və əhalinin müvafiq mallar ilə qısamüddətli dövrdə təminatı ilə bağlı proqnoz əsas götürülməklə İqtisadiyyat Nazirliyinin müsbət rəyi əsasında həyata keçiriləcək.
Bu Qərara əlavə edilən siyahıya daxil olan malların gömrük orqanları tərəfindən gömrük ərazisindən buraxılışı həmin malların İqtisadiyyat Nazirliyinin müsbət rəy məktubu ilə müşayiət olunması şərtilə həyata keçiriləcək. Siyahıya daxil olan malların ölkədən aparılması ilə bağlı müraciət edən şəxs “İnzibati icraat haqqında” qanuna uyğun olaraq tərtib olunmuş ərizəni gömrük ərazisindən aparılması istənilən malların növü, həcmi, təyinat ölkəsi, planlaşdırılan aparılma vaxtı, habelə həmin şəxs malların bilavasitə istehsalçısı olduğu təqdirdə, istehsal həcmi barədə məlumatlar ilə birlikdə “İnzibati icraat haqqında” qanuna uyğun olaraq İqtisadiyyat Nazirliyinə təqdim edəcək.
İqtisadiyyat Nazirliyi siyahıya daxil olan malların ölkədən aparılması ilə bağlı müraciətə onun təqdim olunduğu gündən 5 (beş) iş günü müddətində baxacaq. İqtisadiyyat Nazirliyi tərəfindən müsbət rəy müraciətlə əhatə olunan mal partiyasının həcmi və müvafiq malların ölkədə mövcud olan ehtiyatları nəzərə alınmaqla, həmin malların gömrük ərazisindən aparılmasının yerli təchizata mənfi təsiri proqnozlaşdırılmadığı halda təqdim ediləcək. İqtisadiyyat Nazirliyi tərəfindən müsbət rəyin təqdim edilməsindən imtina olunduğu halda, bu barədə müraciət edən şəxsə 5 (beş) iş günü müddətində əsaslandırılmış imtina məktubu təqdim ediləcək.
İqtisadiyyat Nazirliyi və Dövlət Gömrük Komitəsi bu Qərardan irəli gələn məsələləri həll etməlidirlər.
Bu qərar 2022-ci il dekabrın 31-dək qüvvədədir.
Sıra
№-si
XİF MN üzrə
kod
Malın adı
1.
0102
Diri iribuynuzlu mal-qara
2.
0104
Diri qoyunlar və keçilər
3.
0201
Təzə və ya soyudulmuş
iribuynuzlu mal-qara əti
4.
0202
Dondurulmuş iribuynuzlu
mal-qara əti
5.
0204
Təzə, soyudulmuş və ya
dondurulmuş qoyun əti və ya keçi əti
6.
0207 11
Ev toyuqlarının (Gallus domesticus) hissələrə ayrılmamış, təzə və ya
soyudulmuş əti
7.
0207 12
Ev toyuqlarının (Gallus domesticus) hissələrə ayrılmamış, dondurulmuş əti
8.
0207 13
Ev toyuqlarının (Gallus domesticus) təzə və ya soyudulmuş cəmdək hissələri
və ətin əlavə məhsulları
9.
0207 14
(0207 14 990 1
istisna olmaqla)
Ev toyuqlarının (Gallus domesticus) dondurulmuş cəmdək hissələri və ətin
əlavə məhsulları
10
0402
Qatılaşdırılmış və ya şəkər və ya digər şirinləşdirici
maddələr əlavə edilmiş süd
və qaymaq
11.
0405
Kərə yağı və süddən
hazırlanmış digər piylər və yağlar; südlü pastalar
12.
0407
Qabıqlı, təzə,
konservləşdirilmiş və ya suda
bişirilmiş quş yumurtaları
13.
0701-dən
Təzə və ya soyudulmuş kartof (istixanada yetişdirilən
faraş kartof istisna olmaqla)
14.
Qrup 10
Dənli bitkilər
15.
Qrup 11
Unüyütmə-yarma sənayesi məhsulları; səməni;
nişastalar; inulin; buğda özü
16.
Qrup 12
Yağlı toxumlar və bar; Digər toxumlar, bar və dən; Dərman bitkiləri və texniki
bitkilər; Saman və yem
17.
1509
Saflaşdırılmamış və ya saflaşdırılmış, lakin kimyəvi tərkibi dəyişdirilməmiş zeytun yağı və onun fraksiyaları:
18.
1510 00
Saflaşdırılmamış və ya saflaşdırılmış, lakin kimyəvi tərkibi dəyişdirilməmiş, yalnız zeytundan hasil olunmuş digər yağlar və onların fraksiyaları, bu yağların və ya fraksiyaların 1509 mal mövqeyindəki yağları ilə və ya fraksiyaları ilə qarışıqları da daxil olmaqla
19.
1512 11
Günəbaxan və ya saflor yağı
və onların fraksiyaları, xam
yağ
20.
1512 19
Günəbaxan və ya saflor yağı və onların fraksiyaları, digərləri
21.
1515 21
Qarğıdalı yağı və onun
fraksiyaları, xam yağ
22.
1515 29
Qarğıdalı yağı və onun
fraksiyaları, digərləri
23.
1516 20
Bitki piyləri və yağları və onların fraksiyaları
24.
1517
Marqarin; 1516 mal mövqeyindəki qida üçün yararlı olan piylərdən və ya yağlardan, yaxud onların fraksiyalarından başqa, bu qrupdakı heyvan və ya bitki piylərinin və ya yağlarının, yaxud müxtəlif piylərin və ya yağların fraksiyalarının qida üçün yararlı olan qarışıqları
və ya hazır məhsulları
25.
1701
Bərk halda şəkər qamışı və ya şəkər çuğunduru şəkəri və kimyəvi təmiz saxaroza
26.
1901 10 000 0
Pərakəndə satış üçün qablaşdırılmış körpə uşaqlar
üçün hazır məhsullar
27.
1902
İsti emala məruz qalmış və ya qalmamış, içlikli (ətdən və ya digər məhsullardan) və ya içliksiz, yaxud başqa üsulla hazırlanmış və ya hazırlanmamış, spagetti,
makaron, əriştə, lazanya, klyotsklar, ravioli, kannelloni
kimi makaron məmulatları; hazırlanmış və ya
hazırlanmamış kuskus
28.
Qrup 23
Yeyinti sənayesinin qalıqları və tullantıları; heyvanlar üçün hazır yem