İqrar Həsənov: 18 Oktyabr – Azərbaycan dövlətçiliyinin yenidən doğuluşu və azadlıq salnaməmizin şanlı səhifəsi
ATİLLA TRANS SERVICES A MMC-NİN FƏALİYYƏTİ: 20 NƏQLİYYAT VƏ VERGİ ÖHDƏLİKLƏRİ İLƏ BAĞLI SUALLAR CAVAB GÖZLƏYİR
AVROPA ZİRVƏSİNDƏ AZƏRBAYCANIN QÜRURU — FUAD HƏSƏNOVDAN ÜÇ MEDAL, DÖVLƏT QAYĞISININ VƏ GƏNCLİYİMİZİN ZƏFƏR TƏNTƏNƏSİ!
Turqut Hüseynovun rəhbərlik etdiyi “TOURGOOD TRAVEL” Azərbaycan turizmində liderliyini qoruyur
“AI Career Navigator” proqramı 200-dən çox gənci süni intellektin karyerada rolu ilə tanış edib.
HƏKİM, "YOD ÇƏK KEÇƏCƏK" DEDİ.../ VİDEO-SƏS YAZISI
“ELMED” klinikasında səhlənkarlıq iddiası – vətəndaş üz sinirinin sıradan çıxarıldığını bildirir
“Heqiqixeber.az” xəbər portalına daxil olan məlumata görə, “Karona LTD” MMC-yə məxsus “ELMED” özəl Tibb Mərkəzində çalışan həkim-stomatoloq Afət Məmmədağa qızı Ağayevanın səhlənkarlığı nəticəsində ciddi fəsad yaranıb. Vətəndaş Ruslanə Zaxarova iddia edir ki, həkimin düzgün olmayan müalicəsi nəticəsində onun üz siniri zədələnib və üzünün bir hissəsində hissiyat tamamilə itib.
Zaxarova bildirib ki, diş müalicəsi zamanı yaranan ağrılarla bağlı həkimə dəfələrlə müraciət edib, lakin həkim Afət Ağayeva vəziyyəti ciddiyə almayıb və sadəcə “yod çək, keçəcək” deyərək onu sakitləşdirməyə çalışıb. Nəticədə, müalicə gecikib, iltihab dərinləşib və sinir toxumalarında ciddi fəsadlar yaranıb.
Vətəndaş qeyd edib ki, hadisədən sonra üzündə deformasiya, şiş və ağrılar başlayıb. Müxtəlif tibb müəssisələrinə müraciət etdikdə ona bildirilib ki, sinir zədəsi artıq bərpa olunmaz səviyyədədir. Ruslanə Zaxarova məsul şəxslərin diqqətinə çatdırmaq üçün məsələni ictimailəşdirmək qərarına gəlib:
“Sadəcə bir diş müalicəsinə görə üzümün bir hissəsini itirmişəm. Həkimin səhlənkarlığı və laqeyd münasibəti məni bu hala saldı. İndi isə nə maddi, nə də mənəvi baxımdan cavab verən yoxdur.”
Məsələ ilə bağlı “Heqiqixeber.az” redaksiyası “ELMED” klinikası ilə əlaqə saxlayıb. Klinikadan münasibət öyrənmək məqsədilə edilən zənglərdə əməkdaşlar məsələni şərh etməkdən imtina edib və redaksiyanı başqa ünvana yönləndiriblər. Bu isə, öz növbəsində, iddiaların obyektiv araşdırılmadığını göstərir.
Hazırda sosial şəbəkələrdə bu məsələ ilə bağlı çoxsaylı paylaşımlar və vətəndaş rəyləri yer almaqdadır. Bir çox istifadəçi klinikanın adının daha əvvəl də müxtəlif şikayətlərdə hallandığını bildirir. İnsanlar səhiyyə sahəsində bu cür halların qarşısının alınması üçün ciddi nəzarət mexanizmlərinin gücləndirilməsini tələb edirlər.
Qeyd edək ki, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, tibb işçilərinin səhlənkarlığı nəticəsində vətəndaşa zərər vurulması halları hüquqi məsuliyyət yaradır. Belə vəziyyətlərdə vətəndaşın hüquqları qanunla qorunur və məsul şəxslər barəsində müvafiq tədbirlər görülməlidir.
“Heqiqixeber.az” xəbər portalı məsələ ilə bağlı qarşı tərəfin – “ELMED” klinikasının və həkim Afət Ağayevanın mövqeyini dinləməyə və dərc etməyə hazırdır. Jurnalistik prinsip olaraq obyektivlik və balans əsas şərtdir. Lakin qeyd edilən iddiaların ciddiliyi nəzərə alınaraq, məsul orqanların və səhiyyə sahəsindəki nəzarət strukturlarının da məsələyə diqqət ayırması vacibdir.
Belə hallar bir daha göstərir ki, tibbi etikaya və pasiyentin hüquqlarına hörmət, hər bir həkimin əsas vəzifəsi olmalıdır. Çünki bir anlıq səhlənkarlıq, bir insanın bütün həyatını dəyişə bilər.
























































