“Böyük Qayıdış” Gənclər Təşkilatı Ulu Öndərin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirib
ATU rəhbərliyi Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibəti ilə Ulu Öndərin məzarını ziyarət edib
Azərbaycan-Ermənistan sərhədində delimitasiya üzrə işlər nə yerdədir? - Nazirdən AÇIQLAMA
Arzu Əliyeva ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar paylaşım edib
Azərbaycan - Britaniya Peşəkarları Assosiasiyası ilə ATU arasında əməkdaşlıq genişlənir
İlham Əliyev Heydər Əliyevin ömür yolundakı vacib məqamları əks etdirən videoçarx paylaşıb
DYP Kürdəmir Postunun komandiri Ruslan İsayev: “Ulu Öndər Heydər Əliyev – Azərbaycan dövlətçiliyinin xilaskarı”
İş adamı Cəbrayıl Cəbrayılov: “Ümummilli Lider Heydər Əliyev Azərbaycanın dövlətçilik tarixində əbədi imzadır”
Kliniki Tibbi Mərkəzin direktoru Musa Abbasov: “Ulu Öndər Heydər Əliyev və Azərbaycan səhiyyəsinin inkişafı”
Geofizika və Geologiya İdarəsinin rəisi Ziya Rəhimov: “Ulu Öndər Heydər Əliyev və neft strategiyası”
YAP İsmayıllı rayon təşkilatının sədri Zaur Muradov: “Heydər Əliyev – müasir Azərbaycan modeli və dövlətçilik strategiyasının müəllifi”
Taleh Məmmədov: “Heydər Əliyev və müasir Azərbaycan modeli dövlətçilik strategiyasının müəllifi”
Qobustan Rayon Mərkəzi Xəstəxanasının Terapiya Şöbəsinin müdiri Lamiyə Nəsibova: “Ulu Öndər Heydər Əliyev və tibb sahəsində uğurlar”
Qobustan Rayon Mərkəzi Xəstəxanasının direktoru Günay Muradova: “Ulu Öndər Heydər Əliyev - Azərbaycan səhiyyəsinə layiqli xidmətin nümunəsi”
Qobustan Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Xəyalə İmanova: “Ulu Öndər Heydər Əliyev və Azərbaycan səhiyyəsi”
Xətai rayonunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş möhtəşəm konsert proqramı və atəşfəşanlıq təşkil olunub
Azərbaycan Tibb Universiteti Türkiyənin Yozqat Bozok Universiteti ilə əməkdaşlığa başlayır
İpək Yol MMC-nin rəhbəri Qəzənfər Niftəliyev: “Mən fəxr edirəm ki, Ulu Öndər Heydər Əliyevin dövrünün ziyalıları ilə çiyin-çiyinə çalışıram”
Xeyriyyəçi, vətənpərvər sahibkar xanım Zərniyar Kərimova: “Ulu Öndər və Azərbaycan qadını”
Tibb üzrə fəlsəfə doktoru Dilqəm Məhərrəmov beynəlxalq tibb konqresində məruzə ilə çıxış edib
“Sağlığında sahə həkiminin qəbuluna düşməyibsə, ölüm kağızı almaq olmur” - Rəsmi açıqlama
İctimai xadim Pərvanə İmamquliyeva: “Almaniyada Azərbaycan diasporu Vətən Azərbaycana sədaqət nümayişi”.
Sentyabr 2025-ci ildə Almaniyanın Nürnberg şəhərində keçirilən “Azərbaycan günləri” tədbiri diaspor fəaliyyətinin ən uğurlu nümunələrindən biri kimi yadda qaldı. Bu möhtəşəm tədbir, Almaniyada yaşayan soydaşlarımızın milli kimliyə, dövlətçiliyimizə və Vətənə olan sədaqətinin parlaq təzahürü idi. Tədbir, Nürnberqdə yerləşən muzeydə müzeyin rəhbəri, mədəniyyətlərarası əməkdaşlığa önəm verən Cəmaləddin Öztürkün təşəbbüsü ilə ərsəyə gəlmişdir.
Bu mədəniyyət bayramında Azərbaycanın zəngin incəsənəti, qədim tarixi və milli ruhu təbliğ olundu. Muzeyin zallarında Azərbaycanın tarixi keçmişini əks etdirən sərgilər, şəhidlərimizin şücaətini və qəhrəmanlığını göstərən guşələr, milli musiqi və rəqs nümunələri qonaqların böyük marağına səbəb oldu. Tədbir, həm azərbaycanlı icma üzvləri, həm də Almaniyanın müxtəlif şəhərlərindən gələn yerli və xarici qonaqlar tərəfindən böyük coşqu ilə qarşılandı.
Tədbirin fəxri qonaqları arasında ictimai xadim Pərvanə İmamquliyeva da yer almışdı. O, çıxışında Azərbaycan diasporunun dünya miqyasında gördüyü işlərin əhəmiyyətini vurğulayaraq, Nürnberqdə keçirilən bu tədbirin sadəcə bir mədəniyyət nümayişi deyil, eyni zamanda Azərbaycan sevgisinin və dövlətə sədaqətin təntənəsi olduğunu qeyd etdi.
Pərvanə İmamquliyeva vurğuladı ki, bu gün Avropanın müxtəlif şəhərlərində yaşayan azərbaycanlılar Vətəndən uzaqda olsalar da, Azərbaycanın milli dəyərlərini yaşadır, ölkəmizin adını ucaldır və dövlətimizin müstəqilliyinə sədaqətlə xidmət edirlər. O bildirdi: “Almaniyada Azərbaycan diasporu sadəcə bir icma deyil, milli birliyin, dövlətçilik ideyasının daşıyıcısıdır. Biz Vətəndən uzaqda olsaq da, qəlbimiz hər zaman Azərbaycandadır. Nürnbergdə keçirilən bu tədbir də bizim Vətənə olan sevgimizin göstəricisidir.”
Azərbaycan günləri çərçivəsində keçirilən sərgilərdə milli geyimlər, xalçalar, qədim sənət nümunələri, musiqi alətləri və fotoekspozisiyalar nümayiş etdirildi. Azərbaycan musiqisinin inciləri – muğam ifaları, xalq rəqsləri və saz havaları ziyarətçiləri sanki Qafqazın qədim diyarına aparırdı.
Müzeyin rəhbəri Cəmaləddin Öztürk çıxışında qeyd etdi ki, bu cür tədbirlər xalqlar arasında mədəni əlaqələri möhkəmləndirir, qarşılıqlı anlaşmanı və dostluğu daha da dərinləşdirir. O bildirdi ki, Azərbaycan xalqının mədəniyyəti zəngin və çoxşaxəlidir və bu sərgilər vasitəsilə Avropa ictimaiyyəti Azərbaycanı daha yaxından tanımaq imkanı əldə edir.
Tədbir zamanı şəhidlərimizə həsr olunmuş xüsusi güşə hamının qəlbini sızlatdı. Hər bir şəkil, hər bir eksponat Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda canından keçən qəhrəmanların xatirəsini yaşadırdı. Bu guşədə dayanmaq hər bir iştirakçı üçün həm bir fəxarət, həm də duyğusal anlar yaşamaq demək idi.
Nürnberqdə keçirilən bu tədbir, Azərbaycanı yalnız incəsənət və musiqi ilə deyil, həm də dövlətçilik ruhu, qəhrəmanlıq tarixi və humanist dəyərləri ilə təqdim etdi. Azərbaycan mədəniyyətinin zənginliyi, xalçalarımızın rəng harmoniyası, milli musiqimizin ahəngi və mətbəximizin dadı bu tədbirin hər bir iştirakçısının yaddaşına həkk olundu.
İctimai xadim Pərvanə İmamquliyeva öz çıxışında qeyd etdi ki, Prezident İlham Əliyevin diaspor siyasəti bu cür uğurlu tədbirlərin əsasını təşkil edir. Onun rəhbərliyi ilə dünya azərbaycanlılarının birliyi və həmrəyliyi daha da möhkəmlənmiş, hər bir soydaşımız milli kimliyini qorumağa və Azərbaycan adını yüksəltməyə səfərbər olmuşdur.
Tədbirin sonunda Azərbaycan və Almaniya bayraqları bir-birinin yanında dalğalanarkən zalda duyulan musiqi, səslənən alqışlar və azərbaycanlıların qürurlu baxışları sanki bir mesaj idi: "Biz harada olsaq da, Azərbaycanla nəfəs alırıq!"
Pərvanə İmamquliyeva tədbiri yekunlaşdırarkən belə dedi: “Azərbaycan diasporu dövlətimizin səfiridir. Hər bir azərbaycanlı Vətənini sevərək, onun adını ucaldaraq, milli dəyərlərimizi qoruyaraq sədaqət andını yeniləyir. Nürnbergdə keçirilən bu tədbir də həmin sədaqətin, həmin ruhun təntənəsidir.”
Beləliklə, “Azərbaycan günləri” təkcə bir mədəni tədbir deyil, milli birliyin, mənəvi gücün və dövlətə sədaqətin simvoluna çevrildi. Bu gün dünyanın müxtəlif ölkələrində Azərbaycan diasporunun fəaliyyəti sayəsində Vətənimizin adı qürurla çəkilir, üçrəngli bayrağımız beynəlxalq arenada daha uca dalğalanır.
Nürnberqdə baş tutan bu tədbir bir daha sübut etdi ki, Azərbaycan xalqı harada yaşamasından asılı olmayaraq, milli kimliyinə, dilinə, mədəniyyətinə və dövlətinə sədaqətlidir. İctimai xadim Pərvanə İmamquliyevanın da dediyi kimi, bu sədaqət ruhu Azərbaycanın gələcəyinin, dövlətçiliyimizin sabitliyinin və xalqımızın birliyinin təminatıdır.
Azərbaycan diasporu – Vətənə sədaqətin və milli həmrəyliyin parlaq rəmzidir.

















Xezertv.info, “Siyasət və Gerçək Uğur” jurnalı























































