Ömrünü elmə və səhiyyəyə həsr edən ziyalı xanım – Səlimova Ofeliya Miryusif qızının 80 illik yubileyi
Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının təşəbbüsü ilə Tibb İşçilərinin Peşə Bayramına həsr olunmuş tədbir keçirilib
İlham Əliyev Bakıda İslam İnkişaf Bankı Qrupunun illik toplantılarının açılış mərasimində iştirak edib
İlham Əliyev Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumların rəhbər şəxslərini qəbul edib
Gəncənin Su Təchizatının İnkişafına və Əhalinin Rahatlığına Xidmət Edən Rəhbər – Şöhrəddin Verdiyev
Səhiyyəyə həsr olunan peşəkar fəaliyyət- 1 saylı Kliniki Tibbi Mərkəzin direktoru Musa Abbasov
İnsan sağlamlığına həsr olunan fədakar fəaliyyət-Siyəzən RMX-nın direktoru Nərgiz Əliyeva
Elxan Yaqubov – Sahibkarlıq, tibb və maarifçilik fəaliyyətini uğurla birləşdirən ziyalı
Ağ xalatın məsuliyyət yükünü şərəflə daşıyan rəhbər – Elçin Bilalovun fədakarlıq yolu
Şəfa bəxş edən əllər, ümid yaşadan ürəklər – Hümbət Səfərovun səhiyyəyə xidmət yolu
Saniyələrlə ölçülən həyat missiyası – Rauf Sadıxovun rəhbərlik etdiyi təcili yardım fədakarlığı
Ürəyin içindən həyata açılan yol – invaziv kardiologiyanın fədakar əli Dr. Vüqar Zamanov
Almaniyada Azərbaycan Müstəqillik Günü təntənəli şəkildə qeyd olundu
Bottrop şəhərində təşkil olunan tədbir diasporun birlik və mədəni gücünü nümayiş etdirdi.
29 may 2025-ci il tarixində Almaniyanın Bottrop şəhərində Azərbaycan Respublikasının Müstəqillik Gününə həsr olunmuş möhtəşəm mədəni tədbir baş tutdu. Interkultureller Kooperationsverein Aserbaidschan–Ukraine–Deutschland e.V. (Azərbaycan–Ukrayna–Almaniya Mədəniyyətlərarası Əməkdaşlıq Cəmiyyəti) tərəfindən təşkil olunan tədbir Almaniyada fəaliyyət göstərən Azərbaycan diasporunun mədəni birliyinin, təşkilatlanmasının və qarşılıqlı həmrəyliyinin nümayişi baxımından xüsusi önəm daşıyırdı.
Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başladı, Vətən uğrunda canından keçmiş şəhidlər bir dəqiqəlik sükutla yad edildi, qazilərə sağlamlıq və uzun ömür arzulanaraq onların göstərdiyi qəhrəmanlıqlar yüksək qiymətləndirildi.
Tədbirdə çıxış edən Cəmiyyətin sədri Günay Hüseynova iştirakçılara xoş gəlmisiniz deyərək Müstəqillik Gününün tarixi əhəmiyyətindən, Almaniyada yaşayan azərbaycanlıların bir araya gəlməsinin vacibliyindən və bu kimi tədbirlərin diaspor üçün oynadığı birləşdirici roldan bəhs etdi. O, həmçinin təşkilatın yaxın gələcəkdə Almaniya qanunvericiliyinə uyğun olaraq rəsmi qeydiyyatını başa çatdıracağını və bu mərhələdən sonra daha geniş fəaliyyət göstərəcəyini qeyd etdi. Bildirildi ki, bu tədbir eyni zamanda yeni yaradılmış Cəmiyyətin ictimai tanıtım xarakteri daşıyır və təşkilat ilk fəaliyyətini bu mühüm gündə qeyd etməklə rəsmi fəaliyyətə başlamış olur.
Tədbirdə Almaniya Azərbaycanlıları Alyansı adından İdarə Heyətinin üzvü və Avropa Azərbaycan Mərkəzinin sədri Zaur Əliyev iştirak etmiş və təşkilatları təmsil etmişdir. Həmçinin, Avropa Azərbaycan Mərkəzinin sədr müavini Ramiz Qasımov da tədbirə qatılmışdır. Onların iştirakı Almaniyada fəaliyyət göstərən Azərbaycan diaspor qurumları arasında əməkdaşlıq və qarşılıqlı əlaqələrin gücləndirilməsi baxımından əhəmiyyətli hesab olunmuşdur.
GLOW EVENT mərkəzində keçirilən tədbirdə müxtəlif şəhərlərdən azərbaycanlılar və digər xalqlardan olan qonaqlar iştirak edirdi. Səhnədə tanınmış müğənni İlahə Fəda və DJ Tarananın çıxışları gecəyə rəng qatdı. Qonaqlara milli mətbəximizin ləzzətləri təqdim olundu, Azərbaycan musiqisi və sənət nümunələri ilə zəngin proqram nümayiş etdirildi.
Tədbirin sonunda iştirakçılar arasında fikir mübadiləsi aparıldı, gələcəkdə təşkil olunacaq birgə layihələr və əməkdaşlıq imkanları müzakirə olundu. Belə tədbirlər Almaniyada yaşayan azərbaycanlıların milli kimliklərinin qorunması və birliyinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

























































