Samuxda torpaq qalmaqalı – “6500 dollara aldığım torpaq başqasına satılıb”/ İDDİA-VİDEO FAKT
Gəncə ŞPİ-nin rəisi, polis generalı Teymur Hacıyev: "Mehriban Əliyeva – Sədaqət, fədakarlıq və vətənpərvərlik nümunəsi"
FHN, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Cəbrayıl Xanlarov: “Qayğının, xeyirxahlığın və ədalətin ünvanı – Mehriban xanım”
“El-Plastik” MMC-nin rəhbəri Hacı Hülağa Abışov: "Xalqın qəlbində taxt quran Lider Xanım"
İş xanımı Zərniyar Kərimova: "Mehriban Əliyeva – Zəka, məsuliyyət və humanizmin vəhdəti"
İş adamı Cəbrayıl Cəbrayılov: “Mehriban Əliyeva – Dövlətçilik düşüncəsinin mərhəmətlə birləşdiyi unikal sima”.
Bioloji Təbabət-İnteqrativ Sağlamlıq Mərkəzinin rəhbəri Elxan Yaqubov: “Mehriban Əliyeva tibb sahəsinə böyük diqqət göstərir”
Bakı şəhəri 14 nömrəli tam orta məktəbin direktoru Rəfail Hüseynov: “Mehriban Əliyeva çağdaş Azərbaycan təhsilinin himəyadarı”
DYP avtomobillərin sənədləşdirilməsi üzrə müfəttiş polis mayoru Eldar İbrahimov – “ Peşəkarlığın və səmimiyyətin vəhdəti”
Münsterdə 28 May – Azərbaycan Respublikasının Müstəqillik Günü qürurla qeyd olundu
Münster, 24 may 2025 – 28 May – Azərbaycan Respublikasının Müstəqillik Günü Almaniyanın Münster şəhərində xüsusi coşqu və qürur hissi ilə qeyd olundu. Tədbir Avropa Azərbaycan Mərkəzi e.V. və Almaniya Azərbaycanlıları Alyansının birgə təşkilatçılığı, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə baş tutdu.
Tədbirin rəsmi hissəsi filologiya və fəlsəfə elmləri doktoru, Həftəsonu məktəbinin müəlliməsi Sahibə Payıküçükün aparıcılığı ilə başladı. O, açılış nitqində tədbir iştirakçılarını salamlayaraq bu əlamətdar günün milli dövlətçilik tariximizdəki önəmini vurğuladı. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni ifa olundu. Himn Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə fəaliyyət göstərən Həftəsonu məktəbinin şagirdləri tərəfindən canlı şəkildə təqdim edildi.
Dövlət himnindən sonra Azərbaycanın azadlığı və suverenliyi uğrunda canlarını fəda etmiş bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sükut anından dərhal sonra tədbir iştirakçıları 44 günlük Vətən müharibəsinin rəmzinə çevrilmiş səmimi və təsirli bir an yaşadılar – qəhrəman şəhidimiz Xudayar Yusifzadənin şəhid olmamışdan öncə öz səsi ilə ifa etdiyi "Vətən yaxşıdır" mahnısı səsləndirildi.
Bu unudulmaz səs yazısı tədbirdə dərin emosional təsir yaratdı və azadlıq, vətən, şəhidlik kimi ali dəyərlərin nə qədər müqəddəs və canlı olduğunu bir daha xatırlatdı. İştirakçılar sanki Xudayarın səsində o sarsılmaz inamı, sevgini və vətənə bağlılığı bir daha hiss etdilər.
Daha sonra çıxış edən Avropa Azərbaycan Mərkəzinin sədri və Almaniya Azərbaycanlıları Alyansının idarə heyətinin üzvü Zaur Əliyev 28 May tarixinin yalnız keçmişin deyil, bu günkü güclü dövlətimizin və xalqımızın iradəsinin simvolu olduğunu vurğuladı. O, bildirdi ki, Azərbaycan bu gün bölgənin aparıcı ölkələrindən biridir, iqtisadi və siyasi baxımdan öz müstəqil qərarlarını verən, mühüm qlobal layihələrə imza atan güclü dövlətdir.
Zaur Əliyev həmçinin qeyd etdi ki, son 200 il ərzində ilk dəfə olaraq Azərbaycan ərazisində heç bir xarici dövlətin hərbi varlığı yoxdur. Bu fakt Azərbaycanın real və tam suverenliyinin, müstəqil qərarvermə imkanlarının və milli təhlükəsizlik sisteminin uğurla formalaşmasının bariz göstəricisidir.
Bu uğurların əsasını isə Prezident və Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli, uzaqgörən və məqsədyönlü siyasəti təşkil edir. Onun rəhbərliyi ilə Azərbaycan öz tarixi torpaqlarını işğaldan azad etmiş, beynəlxalq arenada nüfuzunu daha da artırmış, regionda və dünyada siyasi və iqtisadi güc mərkəzlərindən birinə çevrilmişdir. Bu siyasətin nəticəsi olaraq dövlətimiz bu gün öz daxili və xarici məsələlərini tam müstəqil şəkildə müəyyənləşdirir və strateji hədəflərinə ardıcıl şəkildə çatır.
Tədbirdə Həftəsonu məktəbinin şagirdləri Azərbaycan şairlərinin vətənə, torpağa və milli kimliyə bağlılığı əks etdirən poeziyasından parçalar təqdim etdilər. Ardınca tədbirə dəvət olunmuş qonaqlar, diaspor nümayəndələri və fəallar öz təbrik və təəssüratlarını paylaşdılar.
Tədbirin ikinci hissəsində musiqili və əyləncəli proqramla yanaşı, iştirakçılar arasında sərbəst ünsiyyət və dostluq şəraitində fikir mübadiləsi baş tutdu.
Bu əlamətdar gün Avropada yaşayan azərbaycanlıların birliyini, vətənə bağlılığını və güclü milli şüurunu bir daha nümayiş etdirdi.
Azərbaycan Respublikasının Müstəqillik Günü mübarək olsun!