Menu
Xəbər Lenti
“Azeri Light” ucuzlaşdı
11-11-2026, 10:34

“Azeri Light” ucuzlaşdı

Pezeşkian Türkiyəyə gedir
11-11-2026, 10:18

Pezeşkian Türkiyəyə gedir

08 Oktyabr 2025 06:02Manşet / İdman

18 aylıq cəzalandırıldı

 

UFC keçmiş çempion Konor Makqreqorun dopinq qaydalarını pozduğu üçün 18 ay yarışlardan uzaqlaşdırıldığını açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, 37 yaşlı irlandiyalı döyüşçü 2024-cü ildə üç dəfə dopinq testinə qatılmayıb.

Bu səbəbdən ona qarşı “yerləşmə barədə məlumat verməmək” qayda pozuntusu tətbiq edilib. O, günahını etiraf edib və araşdırma ilə əməkdaşlıq etdiyindən cəza müddəti 24 aydan 18 aya endirilib.

Qeyd edək ki, diskvalifikasiya 2026-cı il martın 20-də başa çatacaq.

Xatırladaq ki, K. Makqreqor bu ay İrlandiyada keçirilməsi planlaşdırılan prezident seçkilərində əvvəlcə iştirak edəcəyini söyləsə də, daha sonra fikrindən daşınmışdı.