Lənkəran ŞİH başçısı şəhid Aqşin İbadov, Emil Şıxəlizadə və Etiram Hüseynlinin məzarını ziyarət edib
Rövşən Məmmədov – milli dəyərlərə sədaqət, dövlətçilik mövqeyi və xeyirxahlıq ənənələrinə bağlılıq
Lənkəranda Prezident cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə dair ümumrayon müşavirəsi keçirilib
Xətai rayonunda "20 Oktyabr – Energetiklər Günü" münasibətilə tədbir keçirilib+VİDEO
İyulda həkimə müraciət edənlərin sayı artıb
TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində 2025-ci ilin iyul ayı ərzində ümumilikdə 2 142 858 müraciət qeydə alınıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.
Bildirilib ki, bunlardan 47 217-si stasionar, 2 095 641-i ambulator olub. 2024-cü ilin eyni dövrü ilə müqayisədə müraciətlərin ümumi sayında 7 % artım qeydə alınıb.
İyul ayında göstərilən xidmət sayında da ötən ilin eyni dövrü ilə müqayisədə artım müşahidə olunub. Belə ki, ay ərzində 7 921 888 (1 043 077 stasionar, 6 878 811 ambulator olmaqla) tibbi xidmət göstərilib. Tibb müəssisələrində göstərilən xidmətlərin ümumi sayı ötən ilin eyni dövrü ilə müqayisədə 15 % artıb.
Tibb müəssisələri üzrə vətəndaşlara göstərilən laborator xidmətlərdə də artım qeydə alınıb. Ay ərzində 3 476 517 sayda laborator müayinələr aparılıb ki, onların da 540 972-si stasionar, 2 935 545-i ambulator olub. Beləliklə, tibb müəssisələrində göstərilən laborator xidmətlərin ümumi sayında 2024-cü illə müqayisədə 23 % artım qeydə alınıb.
İyul ərzində cərrahi əməliyyat və prosedurların sayı isə 34 860 (32 931 stasionar, 1 929 ambulator olmaqla) olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əməliyyat və prosedurların sayında 2 % azalma qeydə alınıb.






















































