Vəkillərə "Elektron Məhkəmə" informasiya sisteminin yeni versiyası ilə bağlı təlim keçiriləcək
Xəyalə İmanova: “31 Mart – Azərbaycanlıların Soyqırımı Günü tariximizin ən ağrılı və unudulmaz səhifəsidir”
Günay Muradova: “31 Mart – Azərbaycanlıların Soyqırımı Günü milli yaddaşımızın silinməz faciəsidir”
ATİAHİ RK-nın sədri Araz Paşayev: “31 Mart – Azərbaycan xalqının qan yaddaşı və tarixi ədalətin çağırışı”
İlqar Talıbov: “31 Mart – Azərbaycanlıların Soyqırımı Günü tariximizin unudulmayan faciəsidir”
Əməkdar mədəniyyət işçisi, Ədalət Hacıyev: 31 Mart – Azərbaycanlıların Soyqırımı: Tarixin unudulmaz səhifəsi
Xeyriyyəçi xanım Zərniyar Kərimova: 31 Mart – xalqımızın qan yaddaşı və ədalətə çağırış günü
Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov: 31 Mart – Xalqımızın qan yaddaşı və unudulmaz faciəsi
Taleh Məmmədov: 31 Mart – tariximizin unudulmaz faciəsi və milli yaddaşımızın sınağı
Qusar Rayon Mərkəzi Xəstəxanasının direktoru İmran Qurbanov: “31 Mart – Azərbaycan xalqının qan yaddaşı və unudulmaz faciəsi”
“Kids Era” körpələr evi-uşaq bağçasının müdiri Sevda Quliyeva: “31 Mart – Azərbaycan xalqının qan yaddaşı və soyqırım faciəsi”
Bərdə Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin rəisi Emin Musayev: Peşəkarlığın və vətəndaş xidmətinin nümunəsi
İranla müharibə nəzarətdən çıxır? – Dünya iqtisadiyyatının tənəzzülü ilə bağlı SOS
Nərimanov Rayon MKTB-nin rəisi Manaf Manafov: “31 Mart – Azərbaycanlıların Soyqırımı Günü. Tarixin qan yaddaşı və milli birliyin sarsılmaz ruhu”
Musiqi sahəsində uğurlarına görə Nesli Özsoy “Meslek Onur Ödülü” ilə təltif olundu
“Medilife Klinika” – Müasir tibbin ünvanı: Peşəkar həkimlər və ən son texnologiyalar bir arada
ARHD.AZ İNFORMASİYA AGENTLİYİNİN MOSKVA ŞƏHƏRİNDƏ İSLAM MƏDƏNİYYƏT MƏRKƏZİNDƏ RƏSMİ GÖRÜŞÜ KEÇİRİLDİ
O “əjdaha”lardan bizdə də var...
Bu gün Azərbaycan kinosunun yaranması günüdür.
“Qafqazinfo” xəbər verir ki, ümummilli lider Heydər Əliyevin 2000-ci il 18 dekabr tarixli Sərəncamı ilə avqustun 2-si kino işçilərinin peşə bayramı - Azərbaycan Kinosu Günü kimi qeyd olunur.
Bu məqamda “Bəyin oğurlanması” bədii filimi ilə məşhurlaşan “Niyə o əjdahadan bizdə yoxdur?” frazasını yerli aktyorlarımız üçün təhlil edirik.
Başlayaq elə dünən Azərbaycan kino sənətinin inkişafında xidmətlərinə görə Prezidentin Sərəncamı ilə “Şöhrət” Ordeni ilə təltif edilən Fəxrəddin Manaf oğlu Manafovdan.
70 yaşlı Xalq artisti Azərbaycan kinosunun unudulmaz adlarındandır.
O, “Təhminə”nin “Zaur”u, “Ölsəm bağışla”nın “Yusif”i, “Gecə qatarında qətl”in “Rüstəmi”, “Park”ın “Marat”ı, kinomuzun “Kefli İsgəndəri” və adını yazmadığım neçə-neçə obrazdır.
.jpg)
Kinomuza rolları ilə damğa vuran növbəti aktrisamız “Qayınana” Nəsibə Zeynalovadır.
Onun tək oynadığı rol bu olmasa da, nədənsə yazını yazanda ağlıma ilk bu film gəlir.

“Ögey ana” və “Fəryad”ın “İsmayıl”ı Ceyhun Mirzəyevi təkcə obrazlarının adları yox, həm də illər keçsə də dəyişməyən dərin mənalı baxışları yaddaşımıza həkk edib.
.jpg)
Komik və dramatik rollarının ayrı-ayrılıqda haqqını verən Yaşar Nuri filmoqrafiyamızın “ənlər”indəndir. O, təkcə aktyor yox, həm də xalqın güzgüsü idi. Onun yaratdığı hər obraz sadəcə gülmək üçün deyildi. Bu obrazlarda bir cəmiyyətin iztirabı, sevinci, qayğısı və ümidi var idi.
Özü öz yaradıcılığını belə dəyərləndirirdi:
“Gülmək təkcə əylənmək deyil, bəzən bir göz yaşının səsini kəsməkdir”.
.jpg)
Burada güclü xarakterli qadın obrazlarımızın mahir ifaçısı Amaliya Pənahovanın adını qeyd etməmək olmaz.
Onu özünəməxsus edən təkcə zahiri görünüşü yox, həm də rollarının öhdəsindən ustalıqla gəlməsidir.
.jpg)
Azərbaycan ekranlarının tarixi sənətkarlarından biri də Fuad Poladovdur. O, düşünən aktyor idi. Təkcə ssenarini deyil, obrazın ruhunu oxuyurdu. Rollarında çox vaxt sözlə deyil, baxışla danışırdı. Onun oynadığı obrazlar tamaşaçını düşünməyə, suallar verməyə vadar edirdi.
.jpg)
İndi adını çəkəcəyim sənətçimiz hər kəsin həyatında bir az “qonşu dayı”, bir az “əliaçıq ata”, bir az da “şirin qaynata” idi. Onun oynadığı obrazlarda xalqın dili, yumoru və ağrısı vardı. Çox zaman bir cümlə ilə tamaşaçını həm güldürür, həm düşündürürdü. Bəli, Azərbaycan kinosunda adı illər keçsə də silinməyəcək olan o sənətkar Siyavuş Aslandır.
Aktyorun öz dili ilə desəm:
“Gülmək asandır, güldürmək çətindir. Mən bu çətinliyi sevirəm.”
.jpg)
Kinomuzun “diri-diri dərisi soyulan” ismi-Rasim Balayev.
“Babək”, “Nəsimi”, “Dədə Qorqud” kimi tarixi və mifik obrazlarda Rasim Balayev sadəcə rol oynamayıb- o, onların qəlbini, atəşini və mübarizəsini özüylə cəmiyyətimizə gətirib. Hər baxışında azadlıq, hər sözündə döyüş ruhu var.
.jpg)
Bu xanım isə “Gözəllik və zəka bir qadında birləşərsə nə baş verər?” sualının cavabıdır.
Yaradıcılığı boyu qadınları təkcə estetik baxımdan deyil, həm də intellektuallıq və mənəvi azadlıq tərəfdən cəmiyyətə təqdim etməyə çalışıb.
Onun oynadığı məşhur filmdən bir sitatı desəm, kimliyi artıq bəlli olacaq:
“Həyatda, məncə ən gözəl şey odur ki, insan özü üçün bir nağıl uydura bilsin. Əfsanə, ya həqiqət, dəxli yoxdur. Əsas odur ki, uydurduğu nağıla inansın”. (Leyla Şıxlinskaya “Gün keçdi” b/f)
.jpg)
Bu elə bir yazıdır ki, yazdıqca siyahı da uzanır. Çünki kinomuzda əjdahalar saysız-hesabsızdır.
Yazıda adını qeyd edə bildiyim, bilmədiyim, yazmağı unutduğum bütün kino sənətkarları yaddaşlarımızda dərin izlər, fraqmentlərlə qalıb. Heç biri də dünyaşöhrətli ulduzlardan nəyəsə görə geri qalmır.
Telli Minbir























































