Zaqatala səhiyyəsinin inkişafına həsr olunmuş ömür: Əfsələddin Buğayevin nümunəvi fəaliyyəti
Təhsilin inkişafına həsr olunan ömür: Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva
Paytaxtın abadlığına xidmət edən nümunəvi rəhbər: Binəqədi rayon MKTİB-nin rəisi Elmin Zamanov
Qanunun keşiyində dayanan nümunəvi rəhbər: Nərimanov Rayon DYP şöbəsinin rəisi Hüseyn Əliyev
Xəyalə İmanova: “Akademik Zərifə Əliyeva – Azərbaycan oftalmologiya elmini dünyada tanıdan böyük alim”
Günay Muradova: “Azərbaycan oftalmologiyasının dünya səviyyəsində tanınmasında Zərifə Əliyevanın misilsiz rolu”
Uğurlu idarəçilik və sosial məsuliyyət nümunəsi – “Xaliq Faiqoğlu” MMC-nin Baş direktoru Faiq Seyidov
İnsanlığa həsr olunan ömür – Zərifə Əliyeva irsinin işığında, Vahidə Turabovanın vətəndaş mövqeyi
Bütün imtahanları bir platformada birləşdirən “AzSınaq” istifadəyə verilir - Azərbaycanda ilk
Tovuz rayonunda sahibkarlıq qanuna əsaslanır, yoxsa İcra hakimiyyəti rəhbərliyinin cibinə?
Yüksək maliyyə nəticələri “Norm” ASC-nin strateji inkişafını dəstəkləyir
“Norm” ASC 2024-cü ilin audit olunmuş maliyyə nəticələrinə dair hesabatı dərc edib.
Hesabata əsasən, şirkətin ötən ilki maliyyə göstəriciləri əvvəlki illə müqayisədə xeyli yüksəlib. Belə ki, “Norm” ASC-də satış gəliri 13% artaraq 256 milyon AZN təşkil edib, ümumi gəlir isə 18,8% artaraq 130 milyon AZN-ə çatıb. Əməliyyat mənfəəti 18 milyon manat, yəni 28,2% artaraq, 81,5 milyon manata, vergidən əvvəlki mənfəəti isə 15,9% artaraq, 77,43 milyon manata çatıb.
“Norm” ASC-nin Maliyyə və strategiya üzrə baş icraçı direktor müavini Elvin Mirzəyev bildirib ki, 2024-cü il ərzində uğurlu idarəetmə və effektiv fəaliyyət nəticəsində şirkət həm gəlirlərini, həm də xalis mənfəətini artırmağa nail olub. O, həmçinin qeyd edib ki, “Norm” ASC ötən il yüksək məbləğdə - 19,2 milyon AZN-dən çox mənfəət vergisi ödəyərək, ölkənin ən iri vergi ödəyicilərindən biri olub.
Şirkətin Baş icraçı direktoru Henning Sasse “Norm” ASC-nin sement bazarının lideri kimi ötən ili uğurlu başa vurduğunu vurğulayıb: “2024-cü ildə əldə etdiyimiz yüksək nəticələrə əsaslanaraq, hazırda tikinti materialları seqmentində genişlənmə strategiyasını uğurla həyata keçiririk. Bu ilin may ayından etibarən şirkətimiz sement əsaslı quru qarışıqlar üzrə yeni məhsullarını Storm brendi ilə bazara təqdim edib. Biz inanırıq ki, tikinti materialları sahəsindəki bu genişlənmə şirkətin fəaliyyət göstəricilərini möhkəmləndirməklə yanaşı, inşaat sektorunun dayanıqlı inkişafına da töhfə verəcək.
“Norm” ASC 10-dan çox ölkədə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən beynəlxalq şirkətlər qrupu olan NEQSOL Holding-in tərkibinə daxildir.























































