Xəbər Lenti
Dünən, 13:13
Hər kəs öz hekayəsinin qəhrəmanıdır... Qalibin yaşı olmur... Kiçik qəhrəmanın Böyük yolu
20-09-2026, 15:51
Qaradağ rayon Qobustan qəsəbəsində itkin düşmüş Şəhid Cəlal Abdullayevin anım günü keçirildi
20-09-2026, 15:45
Şuşa Dövlət Dram Teatrında Şəhid kapitan Əli Abbasquluzadə və kəşfiyatçı Elman Əliyevin mövlud günü tədbiri keçirildi
20-09-2026, 11:54
Geofizika və Geologiya İdarəsinin rəisi Ziya Rəhimov-Neftçi əməyinə ehtiram, dövlətçilik ənənələrinə sədaqət
20-09-2026, 11:40
20 sentyabr – Azərbaycanın Dövlət Suverenliyi Günü milli qürur və dövlətçilik tariximizin şərəfli səhifəsidir
19-09-2026, 13:30
Xeyriyyəçi, vətənpərvər xanım Zərniyar Kərimova - Vətən sevgisi, dövlətçilik ruhu və neftçi əməyinə ehtiram
18-09-2026, 18:23
Hər bir müraciət qeydiyyata alınaraq problemlərin aradan qaldırılması istiqamətində aidiyyəti üzrə müvafiq göstəriş və tapşırıqlar verilib
“Unibank”a aid şirkətin biznes itkiləri 217 milyon manata çatıb
"Unibank”a aid şirkətin biznes itkiləri 217 milyon manata çatıb.
Valyuta.az xəbər verir ki, söhbət "Unicapital İnvestisiya Şirkəti"ndən gedir.
Belə ki, investisiya şirkətinin bu ilin yanvar-mart aylarında Bakı Fond Birjasında apardığı əməliyyatların həcmi 1723 əqd üzrə 591 milyon manat təşkil edib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 26,8% və ya 216,7 milyon manat azdır. Halbuki, şirkətin 2024-cü ilin ilk rübündə daxili birja dövriyyəsi 1071 əqd üzrə 807 milyon 782 min manata bərabər olmuşdu.
"Unicapital”ı dövriyyəsinin bir əqd üzrə orta dəyəri 343 min manat təşkil edib ki, bu ötən ilin eyni dövrü ilə müqayisə edildikdə 54,5% azalma deməkdir.
İnvestisiya şirkətinin portfelinin əsas hissəsini əsasən repo əməliyyatları və korporativ istiqrazlar təşkil edib. Belə ki, bu dövrdə şirkətin dövriyyəsinin 224 milyon 535 min manatı korporativ istiqrazların, 309 milyon 143 min manatı repo əməliyyatlarının payına düşüb.
Portfeldə dövlət istiqrazlarının payı 48 milyon 831 min manat, AMB-nin notları 7 milyon 597 manat, səhmlər isə 927,3 min manat təşkil edib.
Xatırladaq ki, "Unicapital İnvestisiya Şirkəti” 2007-ci ildə yaradılıb və "Unibank”ın törəmə şirkətidir. Şirkətin qanuni təmsilçisi isə Vüqar Namazovdur.























































